Icma.az
close
up
RU
Google telefon nömrənizi xəbəriniz olmadan istifadə edir: necə deaktiv etmək olar

Google telefon nömrənizi xəbəriniz olmadan istifadə edir: necə deaktiv etmək olar

Icma.az bildirir, Lent az portalına istinadən.

Bir neçə Google hesabından istifadə edən Android telefon sahiblərinə nömrənin avtomatik təsdiqlənməsi ayarını yoxlamaq tövsiyə olunur. Bu funksiya telefondakı nömrəni cihazda istifadə edilən müxtəlif hesablara bağlaya bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, avtomatik yoxlama aktiv olduqda SIM kartın nömrəsi telefonda daxil olduğunuz Google hesabları ilə əlaqələndirilə bilər.

Bu, sonradan əlavə edilən hesablara da aid ola bilər. Nömrə dəyişdikdə isə yeni nömrənin həmin profillərlə əlaqələndirilməsi mümkündür.

Bəzi istifadəçilər bu xüsusiyyətdən Google-un nömrənin təsdiqlənməsi barədə göndərdiyi bildirişlərdən sonra xəbər tutublar.

Funksiya nə üçün nəzərdə tutulub?

Nəşrin məlumatına görə, nömrənin təsdiqlənməsi hesaba girişin bərpası, telefon nömrəsi ilə daxilolma və RCS mesajlaşması kimi xidmətlərin işini asanlaşdırmaq məqsədi daşıyır.

Avtomatik əlaqələndirmə hesabları ictimai etmir və onların məzmununu birləşdirmir. Lakin eyni nömrənin müxtəlif profillərdə istifadə olunması şəxsi və iş fəaliyyətini ayrı saxlamaq istəyənlər üçün arzuolunmaz ola bilər.

Avtomatik yoxlamanı necə söndürmək olar?

Məqalədə göstərilən qaydaya əsasən, telefonun “Parametrlər” bölməsindən “Google” menyusuna, daha sonra “Bütün xidmətlər” — “All services” hissəsinə keçmək lazımdır.

“Məxfilik və təhlükəsizlik” - “Privacy & Security” bölməsində “Telefon nömrəsinin təsdiqlənməsi” - “Phone number verification” seçimini taparaq “Nömrələri avtomatik təsdiqlə” - “Verify phone numbers automatically” parametrini söndürmək olar.

Menyu adları telefonun istehsalçısından və Android versiyasından asılı olaraq fərqlənə bilər. Seçimi tapa bilmədikdə parametrlərin axtarış hissəsinə “Phone number verification” yazmaq təklif olunur.

Əvvəldən əlavə edilmiş nömrə silinmir

Avtomatik yoxlamanın söndürülməsi nömrəni artıq əlaqələndirildiyi hesablardan silmir. Bunun üçün hər Google hesabının əlaqə məlumatlarına ayrıca baxmaq və nömrəni lazım olmayan profildən çıxarmaq lazımdır.

Nömrəni silməzdən əvvəl onun hesabın bərpası və təhlükəsizlik yoxlamaları üçün istifadə olunub-olunmadığını nəzərdən keçirmək vacibdir.

Məqalədə bəzi istifadəçilərin söndürdükləri ayarın sonradan yenidən aktivləşdiyini bildirdikləri də qeyd olunur. Buna görə parametrin vəziyyətini vaxtaşırı yoxlamaq tövsiyə edilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://lent.az
archiveBu xəbər 23 Oktyabr 2026 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri