Icma.az
close
up
RU
“Goranboy Gənclər Paytaxtı 2026”nın açılış mərasimi keçirilib

“Goranboy Gənclər Paytaxtı 2026”nın açılış mərasimi keçirilib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Goranboy, 3 fevral, AZƏRTAC

Goranboyda 2026-cı il üçün “Gənclər Paytaxtı” layihəsinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Goranboy şəhər 1 saylı tam orta məktəbdə baş tutan tədbirdə əvvəlcə ölkəmizin suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Dövlət Himni səsləndirilib.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev bildirib ki, bu, həm böyük qürur, həm də ciddi məsuliyyətdir. O, gənclərin potensialını üzə çıxarmaq üçün hər cür şərait yaratmağa hazır olduqlarını söyləyib. İcra başçısı il ərzində həyata keçiriləcək çoxsaylı layihələr və tədbirlərlə etimadı doğruldacaqlarını deyib.

Gənclər və idman naziri Fərid Qayıbov isə vurğulayıb ki, Goranboy rayonu bu il Azərbaycan gəncliyinin mərkəzi olacaq. O, Goranboy gənclərindən il ərzində böyük fəallıq və uğurlu nəticələr gözlədiyini bildirib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Teymur Səmədov ötən il “Gənclər Paytaxtı” seçilən Sumqayıtın bu statusu böyük uğurla daşıdığını qeyd edib. Fərid Qayıbov tərəfindən Teymur Səmədova təşəkkür plaketi, Məhərrəm Quliyevə isə “Gənclər Paytaxtı” simvolik açarı təqdim olunub.

Sonra istedadlı və yaradıcı gənclər mükafatlandırılıb.

Milli Məclisin deputatı Müşfiq Cəfərov Azərbaycanda gənclər siyasətinin dövlət strategiyasının prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb.

Azərbaycan Gəncləri Gününə həsr olunmuş videoçarx nümayiş olunduqdan sonra “Gənclər Paytaxtı” Goranboyun loqosu və maskotu ictimaiyyətə təqdim edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Fevral 2026 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri