Goranboy: “Konstitusiya və Suverenlik ili”ndə şəhid ailələri ilə silsilə görüşlər
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Konstitusiya və Suverenlik İli” ilə bağlı Goranboy Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailə üzvləri və qazilərlə Qaradağlı kəndində görüş təşkil olunmuşdur. Məqsəd şəhid ailələrinin və qazilərin sosial qayğılarının öyrenilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsidir. Qeyd edək ki, son illər Goranboyda bu istiqamətdə həyata keçirilən tədbirlər təqdirəlayiqdir.
Bu dəfəki görüşdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov, YAP rayon təşkilatının sədri, rayonun hüquq mühafizə orqanları və xidmət sahələrinin əməkdaşları iştirak etmişlər.
Görüşdə həmçinin Xoylu və Yolqulular kəndlərindən olan şəhid ailələri də iştirak etmişlər. Bundan əvvəl isə Düzqışlaq və Bağçakürd kəndlərinin eyni kateqoriyadan olan dakinləri ilə görüş baş tutmuşdur.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri, Goranboy.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 06 Mart 2025 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















