Goranboyda iki avtomobil toqquşub biri dəmir arakəsməyə çırpılıb FOTO
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, qəza Bakı–Qazax magistral yolunun rayonun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb. Gəncə istiqamətində hərəkətdə olan “Toyota Prius” markalı minik avtomobili “VAZ 2107” markalı avtomobilə arxadan çırpılıb.
Toqquşmanın təsirindən “Prius” yolun kənarındakı dəmir arakəsməyə dəyib. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə və yol təsərrüfatına ciddi ziyan dəyib.
Əraziyə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Müşfiqabadda avtomobil arakəsməyə çırpılıb, sürücü ölüb FOTOLENT
16 Mart 2025 11:47
Goranboyda minik maşını dəmir arakəsməyə ÇIRPILDI
06 Aprel 2025 11:38
Goranboyda iki avtomobil toqquşub, xəsarət alanlar var
28 Dekabr 2024 20:47
Bərdədə avtomobil ağaca çırpılıb FOTO
12 Mart 2025 17:42
Bakıda avtomobil işıq dirəyinə çırpılıb FOTO
25 Yanvar 2025 03:12

