Icma.az
close
up
RU
Görkəmli bəstəkar Əşrəf Abbasovun anadan olmasının 105 illiyinə həsr olunmuş seminar təşkil edilib

Görkəmli bəstəkar Əşrəf Abbasovun anadan olmasının 105 illiyinə həsr olunmuş seminar təşkil edilib

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı “Üzeyir Hacıbəyli – 140” çərçivəsində Üzeyir məktəbinin yetirməsi, Xalq artisti, professor, görkəmli bəstəkar Əşrəf Abbasovun anadan olmasının 105 illiyinə həsr olunan elmi-praktiki seminar təşkil edib.

AZƏRTAC xəbər verir ki, seminarda BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli Əşrəf Abbasovun insani keyfiyyətləri, müəllimlik fəaliyyəti haqqında danışıb, onun İkinci Dünya müharibəsi zamanı cəbhədə vuruşduğunu xüsusi qeyd edib.

F.Bədəlbəyli 1965-ci ildə Ə.Abbasovun yaradıcılığının zirvəsində yazdığı, libretto müəllifi Xalq artisti Əfrasiyab Bədəlbəyli olan, Azərbaycan musiqi mədəniyyətində ilk uşaq baleti “Qaraca qız”dan söz açıb. Bildirib ki, olduqca qiymətli bu əsər yenidən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulmalıdır.

Səadət Təhmirazqızı Azərbaycan bəstəkarlıq məktəbində öz yeri, öz dəsti-xətti olan Xalq artisti, professor Ə.Abbasov haqqında çəkilən, ssenari müəllifi olduğu və ilk dəfə “Mədəniyyət” kanalında nümayiş olunan “İlmələrin sədası” adlı sənədli filmi təqdim edib.

Tədbirdə musiqişünas Raya Abbasovanın “Əşrəf Abbasovun ictimai fəaliyyəti”, BMA-nın prorektoru, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadənin “Azərbaycan bəstəkarlıq məktəbində Əşrəf Abbasovun rolu” mövzularında məruzələri dinlənilib.

Bəstəkarın oğlu, Əməkdar incəsənət xadimi, professor Cəlal Abbasov, Xalq artisti, Əməkdar incəsənət xadimi, BMA-nın professoru E.Dadaşova bəstəkarla bağlı xatirələrini bölüşüblər.

Tədbirdə BMA-nın tələbələrinin ifasında bəstəkarın əsərləri səsləndirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Mart 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri