Icma.az
close
up
RU
Görkəmli kamança ifaçısı Arif Əsədullayevin 75 illiyi qeyd edilib AZƏRTAC

Görkəmli kamança ifaçısı Arif Əsədullayevin 75 illiyi qeyd edilib AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 21 yanvar, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzində görkəmli kamança ifaçısı, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayevin anadan olmasının 75 illiyi qeyd edilib.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist Sahib Paşazadə yubilyarı təbik edərək həyatının 50 ildən çoxunu sənətə həsr edən ifaçının yaradıcılığından, pedaqoji fəaliyyətindən və Əsədullayevlər ailəsinin Azərbaycan musiqi mədəniyyətində önəmli yer tutmasından söz açıb.

Bildirib ki, yubilyar ömrünü kamança sənətini öyrənməyə həsr edən, onun təbliğində böyük işlər görən bir sənətkar olaraq sevilir. Azərbaycan instrumental muğamlarını nota salan ilk ustad kamança ifaçısı və muğam bilicisi kimi milli musiqi xəzinəmizə gözəl ərməğan bəxş edib. Həyat fəaliyyətini kamança sənətinin təbliğinə və pedaqoji fəaliyyətə sərf etməklə ifaçılıq sahəsində də özünəməxsus yer qazanan sənətkar həm solo, həm də müşayiət ifalarında milli ifaçılıq xüsusiyyətlərini əks etdirir.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasında (müəllim, baş müəllim, dosent) professor vəzifəsində çalışmaqla təcrübəli pedaqoq kimi ərsəyə gətirdiyi elmi metodiki vasitələr muğam sənətinin qorunub saxlanılmasında, gələcək nəsillərə olduğu kimi dəyişikliklərə məruz qalmadan çatdırılmasında əvəzsiz elmi mənbədir.

Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov çıxışında Arif Əsədullayevi təbrik edərək onun musiqi sahəsindəki xidmətlərindən söz açıb. Yubilyara milli musiqişünaslığımızın inkişafı yolunda yorulmaz fəaliyyətində uğurlar arzulayıb.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuridə İsmayılzadənin aparıcılığı ilə keçən gecədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, Milli Konservatoriyanın nəzdində Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov, professor Abbasqulu Nəcəfzadə çıxışlarında Arif Əsədullayevin elmi və pedaqoji fəaliyyətindən, zəngin ifaçılıq təcrübəsindən danışaraq ona təbrik ediblər.

Diqqətə çatdırılıb ki, Arif Əsədullayevin nota aldığı muğamlar müəllim və tələbələrin, geniş musiqi ictimaiyyətinin, bəstəkar və musiqişünaslıq ixtisasları üzrə təhsil alan tələbələrin arxalana biləcəyi çox lazımlı tədris vəsaitidir. Bu baxımdan “Kərəmi zərbli muğam”ının ifa prinsiplərini, texniki xüsusiyyətlərini mükəmməl bilən A.Əsədullayein hazırladığı not nümunəsi də təqdirəlayiqdir.

Arif Əsədullayev tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edib.

Tədbir çərçivəsində yubilyara Təhsil İşçiləri Həmkarlar Təşkilatı tərəfindən elm və təhsil sahəsində səmərəli fəaliyyətinə görə fəxri fərman təqdim olunub.

Sonra Xalq artistləri Teyyub Aslanov, Gülyaz Məmmədova yubilyarın ömür-gün yoldaşı, Xalq artisti Şəfiqə Eyvazova, qızı- kamança ifaçısı Mehri Əsədullayeva, BMM-nin solistləri Əməkdar artist Arzu Əliyeva, xanəndələr Nisbət Sədrayeva və Murad Laçının ifaları dinlənilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Yanvar 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri