Icma.az
close
up
RU
Görkəmli sərkərdə Əliağa Şıxlinskinin anadan olmasından 163 il ötür

Görkəmli sərkərdə Əliağa Şıxlinskinin anadan olmasından 163 il ötür

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün "Artilleriyanın Allahı" adlandırılan Əliağa Şıxlinskinin anadan olmasından 163 il ötür.

Əliağa İsmayıl ağa oğlu Şıxlinski 1863-ci ilin martın 15-də Qazax qəzasının Qazaxlı (Aşağı Salahlı) kəndində doğulub.

1876-cı ildə Tiflisdə özəl gimnaziya, 1886-cı ildə Peterburqda artilleriya məktəbini bitirib. Aleksandropoldakı (Gümrü) 39-cu topçu briqadasına təyinat alaraq, 1900-cü ilədək bu briqadada xidmət edib, kapitan rütbəsinə qədər yüksəlib.

1886-cı il avqustun 11-də Əliağa Şıxlinski məktəbi podporuçik rütbəsi almaqla birinci dərəcə ilə bitirib.

Xidmətinin birinci ilindəcə öz ilk pedoqoji təcrübəsini qazanıb: artilleriya briqadasının tədris komandasının müəllimi, sonra isə briqada komandasının rəisi olub. O, özünü parlaq artilleriya bilicisi, yaxşı təşkilatçı, bacarıqlı müəllim və tərbiyəçi kimi göstərmişdi. 1900-cü ildə kapitan Şıxlinski Şərqi Sibirə dəyişdirilməsi xahişi ilə müraciət edib.

Onu Əlahiddə Zabaykalye artilleriya divizionunun batareya baş zabiti vəzifəsinə təyin ediblər, bundan başqa, artilleriya toplantısı Komitəsinin sədri kimi, o, dəfələrlə batareya və divizion komandirlərinin səlahiyyətlərini icra edib.

1900-cü ildə Zabaykalye əlahiddə artilleriya diviziyasına göndəriş alan Şıxlinski 1902-ci ilin mayında müvəqqəti olaraq, Peterburqa 6 aylıq kursa göndərilmiş Səməd bəy Mehmandarovun yerinə 2-ci batareya komandiri vəzifəsinin icraçısı təyin edilib. Şıxlinski 4-cü Şərqi Sibir atıcı-topçu briqadasının tərkibində 1904-1905-ci illər Rusiya-Yaponiya müharibəsində iştirak edib. Müharibənin gedişində göstərdiyi igidliyə görə Şıxlinski 4 ordenə, polkovnik-leytenant rütbəsinə və bir sıra qiymətli hədiyyələrə layiq görülüb.

1918-ci il dekabrın 29-da Şıxlinski Azərbaycanın Xalq Cümhuriyyəti hərbi nazirinin müavini təyin edilib, artilleriya və istehkamçı hissələrinə, habelə hərbi-təhsil müəssisələrinə və texniki müəssisələrə, artilleriya və istehkam anbarına nəzarət ona həvalə olunub. 1919-cu ilin əvvəlində isə Şıxlinski qoşun hissələrinin, idarə və müəssisələrin ştatlarının maaş cədvəllərini hazırlayan komissiyanın sədri təyin edilib. Azərbaycan ordusunun şəxsi heyətinin geyim formasının layihəsini hazırlamaq da bu komissiyaya tapşırılıb.

1917-ci ilin noyabrın 15-də Qafqaza qayıdan Şıxlinski ilk dəfə Tiflisdə azərbaycanlılardan ibarət milli korpus yaradıb. Bununla da o, Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun təməl daşını qoyub.

1919-cu il 28 iyulda Azərbaycan Xalq Cümhuriyyətinin 339 saylı əmri ilə Əliağa Şıxlinskiyə tam artilleriya generalı rütbəsi verilib.

1919-cu il yanvarın 10-da Şıxlinski hərbi nazirliyin Müvəqqəti Hərbi Şurasının üzvü təyin edilib və Hərbi Şuranın əsasnaməsini hazırlamaq ona tapşırılıb. O, 1919-cu ilin yanvarında təsdiq edilmiş kiçik və böyük hərbi şuralarının da üzvü olub. Böyük hərbi şura Şıxlinskinin sədrliyi ilə toplaşırdı.

Şıxlinski Türkiyənin Aydın vilayətində ermənilər tərəfindən törədilmiş qətliama məruz qalmış minlərlə türk vətəndaşlarına yardım göstərmək məqsədilə yaradılmış ianə komitəsinə sədrlik edib və bununla bağlı olaraq, 1920-ci il martın 16-da Azərbaycan vətəndaşlarına müraciət edib.

1920-ci ilin avqustunda S.Mehmandarov ilə birlikdə Şıxlinski Baş qərargahda işləmək üçün Moskvaya göndərilərkən N.Nərimanov V.İ.Leninə yazmışdı:

"Biz onları Qərargahda işləmək üçün sizin sərəncamınıza göndəririk, çünki bir hərbi mütəxəssis kimi onlar əvəzedilməzdirlər. Onlardan biri - Şıxlinski Nikolay ordusunda "artilleriyanın allahı" hesab olunurdu...".

Şıxlinski Bakı qarnizonu hərbi-elmi cəmiyyətinin sədr müavini, 1924-cü ildə Azərbaycanın birləşmiş hərbi məktəbinin rəis müavini, 1925-ci ildə Azərbaycan hərbi tərcümə kollegiyasının redaktoru təyin olunub. Səhhəti ilə əlaqədar 1929-cu ildə istefa verərək fərdi təqaüdə çıxıb.

Şıxlinski artilleriya nəzəriyyəsinə yeniliklər ("Şıxlinski üçbucağı", "Şıxlinski düsturu") gətirib. "Cəbhədə səhra toplarının işlədilməsi", "Rusca-türkcə müxtəsər hərbi lüğət" kitablarının, "Öz qoşunlarının başı üzərindən atəş", "Gələcək müharibə", "Dağlıq şəraitdə topçu atəşinin xüsusiyyətləri" və s. məqalələrin müəllifidir.

1942-ci ildə görkəmli Azərbaycan filosofu, o zaman SSRİ EA Azərbaycan filialının sədr müavini olan Heydər Hüseynovun təklifi ilə Şıxlinski öz xatirələrini yazıb. Kitab generalın ölümündən doqquz ay sonra - 1944-cü ilin may ayında nəşr olunub. Kitaba hərb elminin böyük alimi, professor, general-mayor Yevgeni Barsukov çox dəyərli ön söz yazıb.

O, 1909-cu il oktyabrın 27-də, 44 yaşında Zaqafqaziya müftisi Hüseyn Əfəndi Qayıbovun qızı Nigar xanım ilə evlənib.

Əliağa Şıxlinski həm də hərbçi Rüstəm Şıxlinski və Cavad bəy Şıxlinskinin əmisi idi.

Şıxlinski bədii yaradıcılıqla da məşğul olub. Çoxlu şeirlər tərcümələr və bədii parçalar müəllifi olan Əliağa Şıxlinski heç vaxt onları dərc etdirməyib.

O, son günlərini Bakının Cəfər Cabbarlı küçəsi 14 saylı mənzildə keçirib. Ölümündən qabaq, Əliağa Şıxlinski 1942-ci ildə qələmə aldığı "Xatirələrim" hərbi memuar kitabını yazırdı. Kitab generalın ölümündən doqquz ay sonra - 1944-cü ilin may ayında nəşr olundu.

Kitaba hərb elminin böyük alimi professor, general-mayor Yevgeni Barsukov çox dəyərli ön söz yazmışdır. Həmin kitab 1984-cü ildə "Azərnəşrdə" əlavə və izahlarla kütləvi tirajla (60 min) Azərbaycan və rus dillərində nəşr olunmuşdur.

Əliağa Şıxlinski 1943-cü il avqustun 18-də kardiosklerozdan vəfat edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://baku.ws
archiveBu xəbər 15 Mart 2026 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri