Icma.az
close
up
RU
Görkəmli xanəndə Arif Babayev son mənzilə yola salınıb YENİLƏNİB

Görkəmli xanəndə Arif Babayev son mənzilə yola salınıb YENİLƏNİB

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 1 avqust, AZƏRTAC

Avqustun 1-də Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayevlə vida mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərhumun cənazəsi Beynəlxalq Muğam Mərkəzinin matəmsayağı bəzədilmiş səhnəsində postament üzərinə qoyulmuşdu.

Postamentin ətrafına Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, dövlət və hökumət təşkilatları adından əklil düzülmüşdü.

Muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayevin həmkarları, dostları, tanınmış mədəniyyət, incəsənət və elm xadimləri, deputatlar, mərhumun sənətinin pərəstişkarları Muğam Mərkəzinin binasına gələrək, unudulmaz sənətkara son borclarını verirdilər.

Vida mərasimini mədəniyyət naziri Adil Kərimli açaraq, Arif Babayevin zəngin həyat və yaradıcılıq yolundan danışıb. O, böyük sənətkarın Azərbaycan muğam məktəbinin inkişafında və tanıdılmasında göstərdiyi misilsiz xidmətləri vurğulayıb. Bildirib ki, Arif Babayevin ifası və sənətə olan yanaşması nəinki milli musiqimizə, ümumən mənəviyyatımızda dərin izlər buraxıb.

Nazir qeyd edib ki, Arif Babayev öz sənəti ilə sadəcə muğamı deyil, bütöv bir musiqi fəlsəfəsini yaşadıb. Onun muğama gətirdiyi yeniliklər və ən əsası da tələbələrə ötürdüyü ustadlıq dərsləri bu gün muğam sənətimizin əsas dayaqlarından birinə çevrilib.

"Arif Babayevin itkisi bizim üçün çox ağırdır, amma yaratdığı irs, yetişdirdiyi tələbələr və könüllərdə qoyduğu izlər onu daim yaşadacaq", - deyə nazir əlavə edib.

Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə çıxış edərək, Arif Babayevin milli musiqi mədəniyyətimizin inkişafında oynadığı əvəzsiz roldan, onun böyük ustad kimi gənc ifaçılar nəslinin yetişməsindəki misilsiz xidmətlərdən danışıb. O, Arif müəllimin sənət irsinin konservatoriyada və ümumilikdə Azərbaycan musiqisində daim yaşadılacağını vurğulayıb.

Arif Babayevin Azərbaycan muğam sənətinə bəxş etdiyi böyük töhfələrdən danışan Xalq artisti Mənsum İbrahimov bildirib ki, o, yalnız görkəmli ifaçı deyil, həm də əsl ustad, sənət məktəbi yaradan, neçə-neçə sənətkarın yolunu işıqlandıran şəxsiyyət idi.

Mənsum İbrahimov vurğulayıb ki, Arif Babayevin yaratdığı sənət irsi tükənməz xəzinədir və o, öz ifaları, yetirmələri və insani keyfiyyətləri ilə hər zaman xatırlanacaq.

Xalq artisti Vamiq Məmmədəliyev dərin kədərini ifadə edərək deyib: "Bu gün danışmaq çox ağırdır. Arif Babayev mənim yaxın dostum idi. Biz bir yerdə çox çörək kəsmişik, uzun illər çiyin-çiyinə işləmişik. Onunla aramızda böyük səmimiyyət, dostluq və sənət bağları var idi. Arif müəllim Xan Şuşinski məktəbinin layiqli davamçısı idi. Bu sənəti yaşatmaq, onu gələcək nəsillərə ötürmək asan deyil – o, bu çətin və şərəfli missiyanı böyük məsuliyyətlə yerinə yetirirdi".

Bütün iştirakçılara təşəkkürünü bildirən Xalq artistinin oğlu Yaşar Babayev deyib: “Atam bu dünyadan xoşbəxt getdi. Ömrünün son günlərində ona göstərilən sonsuz sevgi, diqqət və qayğı Arif Babayev üçün böyük mənəvi dayaq oldu. O, xalqının sevgisini hiss edərək, əzizlərini, doğmalarını, dostlarını, tələbələrini ətrafında görərək bu dünyaya vida etdi”.

Xalq artisti Arif Babayevin cənazəsi Beynəlxalq Muğam Mərkəzinin binasından qaldırılaraq Fəxri xiyabana gətirilib. Burada mərhumun ruhuna dualar oxunub. Əziz xatirəsi xalqımızın qəlbində yaşayacaq böyük sənətkar Arif Babayevin cənazəsi doğma torpağa tapşırılıb. Məzarı üzərinə əklillər, gül dəstələri düzülüb.

Allah rəhmət eləsin!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Avqust 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri