Icma.az
close
up
RU
Menu

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

Bakının 27 istiqamətində tıxac VAR Foto

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Kolabasa adı ilə görün nə yeyirmişik Dietoloq sirləri açdı

Kolabasa adı ilə görün nə yeyirmişik Dietoloq sirləri açdı

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi kolbasa, frankfurter, cips və qəlyanaltılar uzun müddətdir ki, bir çox ukraynalıların qidalanmasının adi hissəsinə çevrilib. Lakin dietoloqun sözlərinə görə, rəngarəng qablaşdırmanın və iştahaaçan görünüşün arxasında sağlamlığınız üçün təhlükəli ola biləcək tərkiblər gizlənir.

RBC-Ukrayna ilə müsahibəsində Ukraynanın Əməkdar Həkimi, professor, qastroenteroloq və dietoloq Halyna Anokhina emal olunmuş ət məhsullarında ola biləcək şok edən detallar barədə danışıb.

Onun sözlərinə görə, frankfurterlərin hazırlanmasında bəzən istifadə edilən tərkiblərdən biri... dezinfeksiya olunmuş toyuq tullantılarıdır.

Qastroenteroloqun fikrincə, kolbasa və frankfurterlərdən mümkün qədər uzaq durmaq lazımdır. O, öz məruzələrindən birində heyrətamiz məlumat paylaşdı: quşçuluq fermalarından çıxan toyuq tullantılarının harada istifadə olunduğunu həkimlərdən soruşduqda belə nəticə çıxdı.

Məlum oldu ki, bu tullantılar gübrə kimi istifadə olunmaqla yanaşı (indi daha az yayılıb), bloklar şəklində hazırlanaraq həm yanacaq kimi, həm də qida sənayesində istifadə olunur.

"Həzm məhsullarında çoxlu mikroorqanizmlər və zülallar olur. Onlar dezinfeksiya edilir və tam zülala çevrilir, sonra həmin zülal eyni frankfurterlərə əlavə olunur", - həkim gündəlik məhsullardakı gizli tərkiblərə diqqət çəkib.

Maraqlıdır, Azərbaycanda istehsal olunan kolbasa və kolbasa məmulatlarının hazırlanmasında bu cür toyuq tullantılarından istifadə olunurmu? Ümumiyyətlə, ölkəmizdə istehsal olunan kolbasa və sosislərin tərkibi nə dərəcədə sağlamlıq standartlarına uyğun gəlir?

Dietoloq Ləman Süleymanova Musavat.com-a açıqlamasında qida təhlükəsizliyi ilə bağlı ciddi xəbərdarlıq edərək bildirib ki, bəzi istehsalçılar məhsul hazırlayarkən keyfiyyətsiz, hətta insan istehlakına yararsız quşçuluq tullantılarından istifadə edirlər:

"Təəssüf ki, Azərbaycanda bəzi kolbasa və sosis istehsalçılarının xərclərə qənaət etmək məqsədilə quşçuluq fermalarından çıxan, keyfiyyətsiz və yararsız toyuq tullantılarından istifadə etdiyi faktdır. Normalda heyvansevərlər belə tullantıları yalnız küçə heyvanlarını yemləmək üçün alır. Amma bəzi fabriklər bu məhsulları ucuz olduğu üçün istehsalda istifadə edir və daha sonra baha qiymətə satışa çıxarırlar. Bu, insan sağlamlığı üçün son dərəcə təhlükəlidir. Kolbasa və sosislərin uzun müddət xarab olmaması üçün müxtəlif konservantlar və kimyəvi maddələrdən istifadə olunur. Məsələn, məhsulun rəngini çəhrayı saxlamaq üçün natrium nitrit əlavə edilir. Bu maddə bakteriyalara qarşı qoruyucu təsir göstərsə də, həddindən artıq istifadəsi xərçəng riskini artırır. Rəngdə dəyişikliklər - qəhvəyi, boz və ya yaşıl ləkələrin əmələ gəlməsi məhsulun keyfiyyətsiz və ya vaxtının keçdiyini göstərir".

L.Süleymanova həmçinin bəzi qəlyanaltılar və uşaq qidaları ilə bağlı da xəbərdarlıq edib:

"Çipsilər və müəyyən qəlyanaltı məhsullarında istifadə olunan bəzi yağlar neft mənşəlidir. Bu yağlar insan orqanizminə tamamilə yad maddələrdir. Onlar qaraciyərə, mədəaltı vəzə və digər daxili orqanlara ciddi ziyan vurur. Təəssüf ki, körpə və məktəbyaşlı uşaqlar bu tip məhsulları tez-tez istehlak edir və nəticədə piylənmə, qaraciyər piylənməsi, metabolik pozğunluqlar kimi problemlər erkən yaşlardan müşahidə olunur".

Dietoloq bildirib ki, bu səbəbdən bazardan alınan kolbasa və sosislərdən mümkün qədər uzaq durmaq lazımdır:

"Əgər kolbasa və ya sosis yemək istəyirsinizsə, bunu ev şəraitində, təmiz və keyfiyyətli ətdən hazırlamaq lazımdır. Marketlərdə satılan sənaye istehsalı məhsullar isə həm tərkibinə qatılan yararsız ətlər, həm də qoruyucu kimyəvi maddələr səbəbindən sağlamlıq üçün risklidir".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycanda ət məhsullarının istehsalında vəziyyət digər ölkələrlə müqayisədə xeyli yaxşıdır:

"Bəzi kiçik sexlərdə istehsal olunan kolbasa və sosis məmulatlarını istisna etsək, ölkəmizdə fəaliyyət göstərən böyük istehsalçılar əsasən təmiz ət və quş ətindən istifadə edirlər. Quşların skeleti, əti və dərisindən istifadə olunur".

E. Hüseynov bildirib ki, ölkəyə ət idxalı müxtəlif ölkələrdən həyata keçirilir:

"Azərbaycan bir çox ölkələrdən, o cümlədən Braziliyadan, Hindistandan, Pakistandan, həmçinin böyük həcmdə Monqolustandan ət idxal edir. İdxal olunan məhsulların əksəriyyəti keyfiyyət baxımından standartlara cavab verir. Buna baxmayaraq, istehlakçılar etiket oxumağa və məhsulun mənşəyini diqqətlə öyrənməyə diqqət etməlidirlər. Mən istehlakçılara tövsiyə edirəm ki, mümkün qədər yerli istehsal məhsullarına üstünlük versinlər. Yerli məhsullar təravətli, keyfiyyətli, iqlim və saxlanma şəraitinə daha uyğun olur. Bəzən xaricdən gətirilən məhsulların görünüşü və qablaşdırması cəlbedici ola bilər, amma bu, istehlakçı üçün əsas meyar olmamalıdır. Mənim fikrimcə, yerli məhsullar bir çox hallarda xarici məhsullardan üstündür".
 

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 31 İyul 2025 22:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see363

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see317

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see283

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see259

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see256

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see247

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see236

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see230

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see228

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see226

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see210

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see209

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see206

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see203

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see202

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see201

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see198

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see197

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see187

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri