Icma.az
close
up
RU
“Görünən odu ki, gələn il daha çox işləməliyik” Qurban Qurbanov

“Görünən odu ki, gələn il daha çox işləməliyik” Qurban Qurbanov

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Misli premyer-liqasının 18-ci turunda “Qarabağ” “Tofiq Bəhramov”da “Araz-Naxçıvan”ı 2:0 məğlub etdi.

“Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında ağdamlıların baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablayıb:
- Futbolçularımı təbrik edirəm. Həqiqətən çox yaxşı komandaya qarşı oynayırdıq. "Araz-Naxçıvan" uduzsa da, çox yaxşı idman forması göstərən kollektivdi. Bütün oyunlarda eynidilər. Nəticələri də çox yaxşıdı. Elmar Baxşıyevə və komandasına uğurlar arzulayıram. Futbolçularıma yanvardan bəri göstərdikləri performansa görə təşəkkür edirəm. Azarkeşlərimizə də həmçinin. Bizi tək qoymadılar. Yaxşı nəticə oldu. Qələbə çox vacib idi ki, tətilə pozitiv notda yollanaq. Görünən odu ki, gələn il daha çox işləməli və daha sağlam, diqqətli olmalıyıq. Xalqımıza gələn il xoş günlər arzulayıram. Ölkəmiz üçün faydalı il olmasını arzulayıram.
- Geridə qoymaqda olduğumuz 2024-ə əvvəldən baxsaq, ili necə qiymətləndirərsiz?
- Çox yaxşı. Bu ili ən uğurlu illərdən adlandırıram. "Braqa", "Bayer" ilə oyunlarımız oldu. Ölkəmiz üçün futbol ili idi. Xalqımız böyük futbol yaşadı. Oyunların hamısı gərgin və maraqlı oldu. Həyəcanlı qələbələr, həyəcanlı məğlubiyyətlər var idi. "Bayer"ə hər iki maçda qalib gəlmək üçün yaxşı şansımız var idi. Çempion olduq, kubok aldıq. Minimum məqsədə çatdıq, ÇL-in pley-off mərhələsində oynadıq. Məğlubiyyətlər oldu AL-də. Olmamalı idi, ancaq oldu.
- İlin ən yaxşılarını seçirlər. Siz özünüz də ilin ən yaxşısı seçildiz. 2024-ün ən yaxşı yerli futbolçusu kimdi?
- Düşünməmişəm. İlk ağlıma gələn Toral oldu. Çox yaxşı mövsüm keçirdi. Avrokuboklarda da, çempionatda da. Komandamın ən fəal oyunçularından oldu. Siyahıya baxacam.
- Serxio Ramos məsələsi doğrudu?
- Yox. Doğru məlumat deyil.
- Müdafiə xəttini gücləndirmək istəyirsiz?
- Düşünürük.
- Qış hazırlıq planınız bəllidi?
- Bəllidi. Bakıda qalacağıq. Yanvarın 9-u və 12-də oyunumuz olacaq. Qısa hazırlıq dönəmidi.
- Juniyno ilə bağlı yeni xəbər var?
- Elə ilk olan danışıqlardı, həmin təklifdi. Sonra dedilər əlaqə saxlayacağıq, hələ ki sakitlikdi.
- Nə qədər məbləğ təklif etsələr, buraxarsız?
- Mənə aid məsələ deyil.
- "Sevilya"dan zəng gəlməməsi sizi sevindirir?
- Normal prosesdi. Böyük klubdu, dərindən düşünürlər. Hansı yaxşıdı, o da olsun.
- “Araz-Naxçıvan" "Qarabağ"la çempionluq uğrunda mübarizə aparacaq klubdu?
- “Araz-Naxçıvan" çox yaxşı komandadı, təcrübəli, bacarıqlı futbolçuları var. Amma bugünkü oyuna görə belə fikir bildirməyim çətin olar. "Araz-Naxçıvan"ın futbolçuları bəlkə daha istəkli idilər. O temp, o dinamika, mübarizə tam yox idi. Bəlkə də yorğunluqdan irəli gəlirdi. Bütün ölkələrdə ilin sonunda gəzə-gəzə oynayırlar. Futbolçular istirahət haqda düşünürlər.
- İllərdi legionerlərə görə təklif gəlir. Bəs nə vaxt "Qarabağ"ın yerli futbolçularını Avropa klubları transfer edəck?
-Bəlkə də tezdi. Bu yöndə ayrıca iş qurulmalıdı. Amma bunun üçün istər-istəməz çempionatımızın səviyyəsi qalxmalıdı. Kənar ölkələr bizim liqaya dəyər verməlidilər. Buna da vaxt lazımdı. Get-gedə alınmalıdı. Xaricə transfer etmək üçün ayrıca iş qurulmalıdı, təbliğat aparılmalıdı. Bəlkə oyunçularımız daha çox reklam olunmalıdı. Yəqin onun da zamanı gələcək.
- İcraiyyə Komitəsində pozitiv hansı müzakirələr oldu?
- Əfsuslar olsun ki, heç nə deyə bilməyəcəm. Çünki gərək rəsmi xəbər verilsin, bəlkə sonra hansısa maddə üçün fikir söyləyə bilərik.
RÖYANƏ OĞUZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 Dekabr 2024 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see375

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see143

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri