Icma.az
close
up
RU
Görünmədən görmək, ölmədən geri dönmək

Görünmədən görmək, ölmədən geri dönmək

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məsumə ŞİRƏLİYEVA
Naxçıvan televiziyasının əməkdaşı

"Sənə hər an can qurban"... Dövlət himnimizin sadəcə bir misrası vətən sevdasının nə qədər ali, dərin və müqəddəs olduğunu söyləyir. O vətən ki, uğrunda əsrlərdir igidlər can verir, bir qarışı üçün arzularını, ümidlərini, ömürlərini fəda edirlər. Vətən tam olsun deyə dönüb vətən olur qəhrəmanlar. Elə o oğullardan biridir Elnur Zeynalov.

Zeynalov Elnur Elsevər oğlu 28 iyul 1994-cü ildə Naxçıvan şəhərində anadan olub. 2008-2011-ci illərdə Naxçıvan şəhərində Heydər Əliyev adına Hərbi Liseydə,  2011-2015-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb (indiki Heydər Əliyev adına Hərbi İnstitut). 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələri sıralarında nümunəvi zabit kimi xidmətə başlayıb.

Elnur Zeynalov Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı və Xocavənd istiqamətində gedən döyüşlərdə istirak edib. 31 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Qızılqaya yüksəkliyi uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Qəhrəman vətən oğlu "Qarabağ" ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Elnur Zeynalovu hərb sahəsinə gətirən vətənə xidmət etmək arzusu olur. Bütöv və azad vətəndə, Xocalıda xidmət etmək arzusu...

Zəfərə gedən yol...

Çox yox, Vətən müharibəsindən 4 il əvvəl qazanılan Aprel Zəfəri Azərbaycan Ordusunun gücünü nümayiş edirdi. Aprel döyüşləri böyük zəfərin ilk qığılcımı oldu. Düşmənin hücum əməliyyatı vətən oğulları tərəfindən peşəkarlıqla dəf edildi və Lələtəpə, Qızılqaya yüksəkliyi yenidən ordumuzun nəzarətinə keçdi. Məhz Lələtəpədə dalğalanan üçrəngli bayrağımız qüdrətli ordudan və qaçınılmaz zəfərdən soraq verirdi. Elnur Zeynalov da Aprel döyüşlərində iştirak edən o dağ vüqarlı oğullardan biridir.

Təlimdə tər, döyüşdə zəfər

Güclü ordunun, peşəkar zabitin təməlində təlimlər, kurslar  dayanır. Ötən illərdə keçirilən təlimlər həm maddi texniki bazanın gücünü göstərdi, həm də savadlı kadr hazırlığına böyük töhfə verdi. Təlimdə tər, müharibədə zəfər prinsipi ilə irəli addımlayan Elnur Zeynalov müxtəlif illərdə "snayper", "antiterror", "dalğıc", "paraşüt", "xüsusi təyinatlı" kurslarına qatılıb. Qeyd edək ki, 2017-ci ildə keçirilən xüsusi təyinatlı təlimdə ilk yeri Vətən Müharibəsi Qəhrəmanı Cavid Behbudov, ikinci yeri baş leytenant Əmrah Məmmədov, üçüncü yeri isə Elnur Zeynalov qazanıb. Üç zabit də Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyin məzunudur. 

Bu təlimlərdən sonra Elnur Zeynalov xidmətini ordunun elitası sayılan Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı dəstəsində davam edib.

"Dəniz pişikləri" və yaxud dəniz canavarları...

Ordunun məxfi heyəti məhz Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarıdır. Onları müxtəlif adlarla səsləyirlər. Keçdikləri döyüş təlimdən asan sayılır, lakin bu təlimdən çıxmaq olduqca çətin, ağır və qəliz məsələdir. Dəniz Qüvvələrinin xüsusi təyinatlısı olmaq üçün xüsusi fiziki və zehni qabiliyyətin olmalıdır. Onlar havada, suda, quruda istənilən tapşırığı ən sürətli şəkildə icra edirlər. "Dəniz pişiyi" adını qazanmaq üçün ilk növbədə 3 və 6 aylıq ilkin təlim mərhələsi keçirilir. Bu təlimi uğurla başa vuranlar digər təlimlərə cəlb olunur. "Dəniz pişikləri" həm quruda, həm də dənizdə onlarla təlimə qatılır. Dənizdə keçdikləri təlimlərdə iki yerə ayrılır.

Məhz təlimlərin nəticəsidir ki, bu kiçik birlik müharibənin kilid nöqtəsi sayılan məqamlarda kölgə kimi gözə göründü. Heç kim onları görmədi, amma düşmən hər addımında onların nəfəsini ənsəsində hiss etdi. Onlar sızma, məhv etmə, susdurma tapşırıqlarını ən yüksək səviyyədə icra etdilər.  Düşmən isə onların bir adla səslədi - kabus!

Şanlı tarixin ilk günü...

Vətən müharibəsinin başlaması yüzlərlə zabitin arzusunu çin etdi. Azərbaycan əsgəri artıq döyüş meydanında mənfur düşmənə cavab verib, həsrətində olduğu torpağına geri qayıtdı. 27 sentyabr tarixindən etibarən baş leytenant Elnur Zeynalov da müharibənin qəhrəmanlarından birinə çevrildi.

Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları ilk tapşırığa Füzuli istiqamətindən başladı. Qısa müddət ərzində tapşırıq uğurla icra edildi. 29 sentyabr tarixində heyət növbəti əmri icra etdi - Mübariz postunun azad edilməsi!

"Görünmədən görmək, ölmədən geri dönmək"

Məhz bu fikir "dəniz pişikləri"nin döyüş tapşırığını ifadə edir. Onları görmək, tanımaq olmur. Onlar yalnızca tapşırığı yerinə yetirib, gözdən itirlər.

Bu xüsusi bölmə 2 oktyabr tarixində daha bir tapşırığa başlayır - Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin azad edilməsi... Bu kənd ordunun irəliləməsi üçün vacib istiqamətlərdən biri idi. Məhz bu kənd vasitəsi ilə düşmən əsas yolları əldə saxlayırdı. Həmçinin Böyük Mərcanlı istiqaməti döyüşün başladığı əraziyə yaxın olduğu üçün düşmən tez-tez burdan digər istiqamətlərə təminat göndərir, müxtəlif qruplar burada tərtiblənib döyüşə qatılırdı. "Dəniz pişikləri" axşam saatlarında kənd istiqamətində döyüşə başlayır. Elnur Zeynalov qrup komandiri olaraq bu döyüşdə yer alır. Qısa müddət ərzində kənd azad edilir.

Darmadağın edilən üçüncü müdafiə eşelonu

Döyüşün ilk çətin məqamı birinci müdafiə eşelonunun, yəni "Ohanyan səddinin" yarılması olsa da, üçüncü müdafiə eşelonunun məhv edilməsi xüsusi əhəmiyyət daşıyırdı. Müxtəlif istiqamətlərdə geri çəkilən düşmən Cəbrayıl rayonunun Əmirvarlı kəndi istiqamətində cəmləşmişdi. Burada ermənilərin həm yüksək sayda canlı qüvvəsi, həm də maddi texniki bazası yerləşirdi.

Əmirvarlı döyüşləri müharibənin əsas məqamlarından biri sayılırdı. Bu kənd azad edildiyi halda Qubadlı, Zəngilan və eləcə də Şuşa istiqamətinə qapı açılır, ordu daha sürətli şəkildə irəliləyə bilirdi.

Cəbrayıl rayonu relyefinə görə çətin döyüşün aparıldığı ərazidir. Rayonun düzənlik hissəsi çox olduğu üçün hücum etmək, irəliləmək çətinləşirdi. Xüsusən da hakim yüksəkliklər düşmən nəzarətində olduğu üçün ağır artilleriya da bu istiqamətdə hər an atəş açırdı. Ərazinin çətinliyi, döyüşün ağırlığına görə bu tapşırıq dəniz canavarlarına həvalə olunur. Qrup komandiri Elnur Zeynalovun tapşırığı bəlli idi - ən az itki ilə ən qısa zamanda eşelonu darmadağın etmək!

Əmirvarlı döyüşləri heyətin zəfəri ilə bitər. Bu istiqamətdə "dəniz pişikləri"nin 3 döyüşçüsü şəhidlik zirvəsinə ucalır.

Onları birinci Ali Baş Komandan təbrik etdi

22 oktyabr 2020-ci il - Qubadlı şəhərində ilk dəfə Azərbaycan Ordusunun ayaq səsləri eşidilir. Qubadlı tapşırığı çətin tapşırıqlardan bəlkə də birincisi sayılırdı. Baş leytenant Zeynalov döyüşdən əvvəl heyətinə söyləyir ki, "Nə qədər çətin olsa da, bu yoldan qayıtmaq olmaz. Biz ya qalib olacağıq, ya da şəhid. Amma tapşırığı uğurla yerinə yetirəcəyık!"

Dəniz xüsusi təyinatlıları gecə saatlarında Qubadlı tapşırığına başlayır. Əraziyə iki tərəfdən - dağ yolları və körpü istiqamətindən hücum edirlər. Düşmən Azərbaycan Ordusunu yalnız bir istiqamətdə - körpü yolu ilə gözləyir. Buna görə də şəhərə girən körpünü dağıdırlar. Lakin müzəffər döyüşçülər körpünün ətrafından hərəkət edərək döyüşə başlayırlar. Qısa müddət ərzində düşmən hər tərəfdən mühasirəyə düşür və Qubadlıda Azərbaycan bayrağı dalğalanır.

25 oktyabr tarixində Qubadlı şəhəri "dəniz pişikləri"nin qəhrəmanlığı, şücaəti nəticəsində düşməndən azad edilir.  Qubadlının azad olunması məruzəsini də məhz Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları məruzə edir. Bu zəfər münasibəti ilə heyəti ilk təbrik edən də Müzəffər Ali Baş Komandan olur.

Hərbi Dəniz Qüvvələrinin şah əsəri

30 oktyabr 2020-ci il... Baş leytenant Elnur Zeynalovun son, "dəniz pişikləri"nin isə ən çətin döyüş tapşırığı...

Birinci Qarabağ müharibəsində çox nadir ərazilər var ki, orada heç bir döyüş əməliyyatı aparılmayıb. Daha doğrusu, əməliyyat aparmaq üçün nə heyət, nə də maddi-texniki baza olub. Böyük bəla adı ilə tanınan Qızılqaya yüksəkliyi də məhz bu ərazilərdən biridir.

Yüksəklik Xocavənd ərazisində olsa da, Qarabağın müxtəlif hakim yüksəkliklərinə və eləcə də Beyləqan istiqamətinə kimi bir neçə ərazinin müşahidəsini buradan aparmaq olur. Həmçinin yüksəkliyin düzənliklərlə əhatələnməsi hücum edən tərəfi açıq hədəfə çevirir. Məhz bu səbəblərdən də Qızılqayaya alınmaz qaya adı verilir, buranın azad olunması mümkünsüz sayılırdı. Lakin dəniz xüsusi təyinatlılarının qarşısında heç bir maneə tab gətirə bilməz. Onlar mümkünsüzü mümkün edir. Qızılqaya tapşırığı dəniz xüsusi təyinatlılarının cəsarətinin, qorxmazlığının, peşəkarlığının və canlı əfsanə olmasının bariz sübutudur. Məhz bu tapşırıq belə göstərir ki, niyə onlar dəniz canavarı adına layiq görülüb.

Dəniz xüsusi təyinatlıları Qızılqayaya iki ayrı qrupla, fərqli istiqamətlərdən hücum ediblər. Heyət bilirdi ki, bu tapşırıq əsas döyüş tapşırıqlarından biridir və bu yoldan qayıtmamaq da var...

Vətəni vətən edən, sevdaya döndərən torpağa qanını tökən igidlərdir. O igidlər ki, cəsarəti, qəhrəmanlığı, qorxmazlığı ilə tarix yazdılar. O igidlər ki, "şərəf həyatdan ucadır" deyib Qızılqayanı canları bahasına azad etdilər. Bir neçə saat ərzində alınmaz qayada Azərbaycan bayrağı dalğalandı. Elnur, Fərrux, Ruslan, Elvin, Zaur isə bu uğurda əbədilik qazandı.

Elnur Zeynalov xidmətə başlayanda iki arzusu vardı. Xocalını azad etmək və şəhadət qazanmaq... O bir arzusuna - şəhidlik zirvəsinə çatır. Xocalının azad olmasını isə silah yoldaşlarına həvalə olunur... Baş leytenant qəlbində sonsuz vətən sevgisi, üzərində şanlı forması ilə ayrıldığı Naxçıvana son dəfə 2 noyabrda gəlir. Və elə Naxçıvan da şəhidini böyük qürur və izdihamla qarşılayır.

"Sonunu düşünən qəhrəman olmaz!"

Bu sözlər şəhidimizin məzarında yazılıb. Onun igidliyindən, cəsarətindən və ən əsası vətən sevdasından soraq verir. Elnur və onun kimi yüzlərlə qəhrəman sonu düşünmədi. Çünki onlar vətən sevgisinin son yox, sonsuzluq olduğunu bilirdilər. Onlar bilirdilər ki, Vətən üçün irəli addımlayan hər oğulun adı tarixə, gələcəyə yazılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Sentyabr 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see358

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see227

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see177

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see172

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see162

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see161

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see155

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see154

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see139

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see139

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see136

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see135

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see134

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see133

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see133

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri