Icma.az
close
up
RU
Görünməyən düşmən: Bağırsaqları məhv edən maddələr tapıldı

Görünməyən düşmən: Bağırsaqları məhv edən maddələr tapıldı

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Geniş istifadə olunan kimyəvi maddələrin insan sağlamlığı üçün risk yaratdığı müəyyən olunub. Laboratoriya sınaqlarında tədqiqatçılar sağlam bağırsaq bakteriyalarının böyüməsini əngəlləyən 168 kimyəvi maddə müəyyən ediblər.

“Yeni Sabah” “Nature Microbiology”yə istinadla xəbər verir ki, bu maddələr  bağırsaq mikrobiomunun tarazlığını pozmaq potensialı daşıyır.

Bağırsaq mikrobiomu həzm sistemimizdə olan minlərlə bakteriya növü və mikroorqanizmdən ibarət olan sistemdir. Bu sistem xərçəng, yuxusuzluq, ürək xəstəlikləri, 2-ci tip şəkərli diabet və vaxtından əvvəl doğuş kimi bir çox sağlamlıq problemləri ilə əlaqələndirilir.

Alimlər təbii mühitdə asanlıqla parçalanmayan və “əbədi kimyəvi maddələr” kimi tanınan PFAS da daxil olmaqla, ümumilikdə 1076 kimyəvi çirkləndiricini 22 müxtəlif bağırsaq bakteriyası növü üzərində test edərək 168 toksik kimyəvi maddə müəyyənləşdiriblər.

Toksik olduğu aşkarlanan maddələr arasında kənd təsərrüfatında istifadə olunan pestisidlər, xüsusilə, herbisidlər və insektisidlər ilə plastiklərdə və yanğına davamlı maddələrdə istifadə olunan sənaye kimyəvi maddələri yer alıb.

Bu kimyəvi maddələr adətən qida, içməli su və ətraf mühit vasitəsilə bədənimizə daxil olur və araşdırmaya görə onların çoxunun bağırsaq bakteriyalarına təsir etdiyi əvvəllər bilinmirdi.

Tədqiqatın müəlliflərindən olan Kembric Universitetinin araşdırmaçısı İndra Rouks belə deyib:

“Bəzi kimyəvi maddələrin bu qədər güclü təsirə malik olması bizi təəccübləndirdi. Məsələn, yanğına davamlı maddələr və plastikləşdiricilər kimi bir çox sənaye kimyəvi maddələrinin yaşayan orqanizmlərə təsir etmədiyi düşünülürdü, amma təsir edirmiş”.

İnsanların bu kimyəvi maddələrə nə dərəcədə məruz qaldığı və bunun real həyatda bağırsaq sağlamlığını necə təsir etdiyi hələlik aydın deyil. Lakin əvvəlki araşdırmalar ətraf mühit çirkləndiricilərinin bağırsaq mikrobiomunu dəyişdirərək piylənmə və insulin müqavimətinə səbəb ola biləcəyini göstərib.

Laboratoriya testlərində bəzi bakteriyaların kimyəvi çirkləndiricilərdən qaçmaq üçün funksiyalarını dəyişdirdiyi müşahidə olunub. Bu proses, bəzi bakteriyaların antibiotiklərə qarşı davamlılıq qazanmasına səbəb olub. Alimlər qeyd edir ki, bu təsirin insan bağırsağında da baş verməsi halında infeksiyaların müalicəsini çətinləşdirə və artan antimikrob müqavimət (AMR) riskinə səbəb ola bilər.

Kimyəvi maddələrlə bağlı təhlükəsizlik testləri adətən dar məqsədlərə fokuslanır. Məsələn, göbələk əleyhinə dərmanın parazit sporlarını nə qədər yaxşı məhv etdiyi kimi testlər aparılır. Lakin bağırsaq bakteriyaları üzərində mümkün təsirlər isə çox vaxt nəzərə alınmır.

Tədqiqatçılar bu toksik təsirlərin real dünyada insan sağlamlığına yansıyıb-yansımadığını anlamaq üçün kimyəvi maddələrə məruz qalma ilə bağlı daha çox sahə məlumatına ehtiyac olduğunu bildiriblər.

Bu arada, kimyəvi maddələrə məruz qalmanı azaltmaq üçün insanların evdə pestisid istifadəsindən çəkinməsi və meyvə-tərəvəzləri yaxşı yuyaraq istehlak etmələri tövsiyə olunur.

Aydan Hacı 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 30 Noyabr 2025 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri