Icma.az
close
up
RU
Dillərin Diplomatiya Üzərində Görünməyən Təsiri

Dillərin Diplomatiya Üzərində Görünməyən Təsiri

Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

Diplomatiya tarixinə nəzər yetirdikdə, gizli danışıqlardan tutmuş açıq müzakirələrədək, dillərin və üslubların nə qədər həlledici rol oynadığını müşahidə edirik. Siyasi manevrlər, sülh razılaşmaları, ittifaqlar – bütün bu mürəkkəb proseslərin arxasında təkcə maraqlar deyil, həm də dillə qurulan əlaqə dayanır. Dil təkcə ünsiyyət vasitəsi deyil, o zehniyyətin aynası və güc münasibətlərinin ifadəsidir.

Beynəlxalq təşkilatlarda istifadə edilən dillərə diqqət yetirdikdə – ingilis, fransız, ərəb, rus, ispan və çin dillərinin üstünlüyü aydın görünür. Bu dillər tarixi hegemonluqların izidir. Məsələn, BMT-də rəsmi dillər arasında yer alan fransız dili bir çox Afrika ölkəsində diplomatik münasibətlərdə üstünlük daşıyır. Bu, keçmiş müstəmləkə bağlarının hələ də dillə davam etdiyini göstərir.

Diplomatiya – sözlərin, jestlərin və simvolların incə və ustalıqla seçildiyi bir sənətdir. Bu sənət yalnız formal danışıqlardan ibarət deyil; arxasında dərin mədəniyyətlərarası anlamlar, psixoloji kodlar və dilin özü ilə bağlı görünməyən bir təsir sahəsi mövcuddur. Hər bir diplomatik cümlə, hər bir ifadə, sadəcə informativ deyil – həm də emosional, mədəni və siyasi bir yüklə yüklənmiş olur.

Dil həm körpü, həm də baryer ola bilər. Diplomatik sənədlərdə istifadə olunan terminlərin seçimi, sadəcə texniki məsələ deyil, bəzən bütöv bir millətin mövqeyini və tarixi yaddaşını əks etdirir. Zaman-zaman səhnənin arxasında qalan, lakin böyük nəticələr doğuran məhz dillərin özüdür. Bir söz, bir termin və ya bir ifadə beynəlxalq münasibətlərin istiqamətini dəyişdirə, bəzən isə qarşıdurmanın alovunu söndürə bilər.

Sözlər tərcümə olunur, lakin mənalar yox. Tərcümə işindəki ən böyük təhlükə məhz budur. Diplomatik sənədlərdə, bəyanatlarda və danışıqlarda bir sözün orijinal məna yükünü itirməsi bütöv bir prosesə təsir edə bilər. Məsələn, ərəb dilində tez-tez istifadə edilən “كرامة” (kəra:mə) “ləyaqət” ifadəsi, təkcə şəxsi şərəf deyil, eyni zamanda kollektiv bir millətin heysiyyətini ifadə edir. Bu söz bir neçə diplomatik çıxışda işlədildikdə, Qərbdə sadəcə etik dəyər kimi görünə bilər, amma ərəb auditoriyası üçün bu, kimlik məsələsidir. Bir ərəb diplomatının danışıqlarda "حل سلمي" (ḥal silmiy) — “sülh yolu ilə həll” ifadəsini işlətməsi təkcə humanist mövqe deyil, eyni zamanda regional yaddaşa hörmətin göstəricisidir. 

Diplomatın hansı dildə danışması təsadüfi deyil. Hər bir dil seçimi, hər bir salamlaşma və ya bəyanat hansısa məqsədə xidmət edir. 2001-ci ildə Yaponiyanın Baş naziri Koizumi’nin Türkiyə parlamentində türkcə “Türk milleti böyük millətdir” deməsi yaddaşlarda qaldı. Bu təkcə jest deyildi – strateji dostluq mesajı idi.
Diplomatiyada işlənən terminlər səssiz qışqırıq kimidir. Aydın deyil, amma tanışdır.

Ərəb dilində: حق تقرير المصير  (ḥaq taqriru-l maṣir) — “öz müqəddəratını təyin etmək hüququ”   bu, xüsusilə Fələstin məsələsində güclü hüquqi və mənəvi yük daşıyır.
Rus dilində: “братские народы” — “qardaş xalqlar” bu ifadə, Rusiya diplomatiyasında yumşaq güc və nostalji vasitəsi kimi işlədilir. “Национальные интересы”  -  “milli maraqlar” ifadəsi də eyni şəkildə dərin siyasi mənaya malikdir və ətrafındakı kontekstdən ayrıldıqda yanlış təəssürat yarada bilər. “На равных условиях” - “bərabər şərtlərlə” ifadəsi, rus diplomatiyasının özünü bərabər hüquqlu aktor kimi təqdim etmə niyyətini əks etdirir.

İngilis dilində: “credible deterrence” - “inandırıcı çəkindirmə” ABŞ-ın təhlükəsizlik strategiyalarında əsas rol oynayır. İngilis diplomatiyasının sevdiyi ifadələrdən biri isə “rules-based international order” - “qaydalara əsaslanan beynəlxalq nizam” terminidir.

Türk siyasətində isə “bölgesel istikrar” ifadəsi, Türkiyənin qonşuluq siyasətində sabitlik və təhlükəsizlik prioritetini əks etdirir. Diplomatik danışmalarda sıx işlənən “karşılıklı çıkar” ifadəsi, Türk diplomatiyasının qarşılıqlı hörmət və fayda əsaslı siyasətini təmsil edir.

Bəzən bir dövlətin qaldırmadığı bayrağını onun dili qaldırır. Bəzən bir silahın edə bilmədiyini bir cümlə edir. 

Dünyanın gələcəyi bu görünməz səslərin səhnəsində yazılır və bu səhnədəki hər bir söz tarixə yazılan bir izdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://adalet.az
archiveBu xəbər 26 May 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see399

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see383

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see313

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see308

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see233

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see217

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see215

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see213

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see206

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see203

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see193

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see190

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see188

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see182

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see181

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see180

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see178

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see165

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri