Icma.az
close
up
RU
Görünməz qəhrəmanlar... Ayağı ilə ötürdüyü topu qızıla çevirən futbolçu

Görünməz qəhrəmanlar... Ayağı ilə ötürdüyü topu qızıla çevirən futbolçu

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Dayaq yarımmüdafiəçisi (“defensive midfielder”) mövqeyi, müasir futbolun ən strateji nöqtələrindən biridir. Bu mövqe futbolçuları meydanda görünməz (“invisible”) qəhrəmanlar kimi dəyərləndirilirlər. Çünki onlar çox iş görsələr də, hər zaman diqqət mərkəzində olmurlar.

Bəs, topla xarüqələr yaradan bu futbolçuların oyun zamanı fəaliyyəti nədir? Dayaq yarımmüdafiəçiləri müdafiə xəttinin önündə əsas yarımmüdafiəçilərdən geridə çıxış edirlər. Həm müdafiə, həm də hücum arasında körpü rolundadırlar. Onlar oyunlarda komandanın həm oyun qurucusu (“playmaker”) kimi iştirak edir, həm də əks hücum zamanı (“counter attack”) rəqib futbolçuların qarşısının alınmasında əvəzsiz rol oynayırlar. Bu mövqedə çıxış edən futbolçular çox güclü olmalıdırlar. Bir növ rəqib futbolçu üçün keçilməz səddə çevrilirlər. Dayaq yarımmüdafiəçiləri oyunu oxuma bacarığı, həmçinin dəqiq ötürmə qabiliyyətləri ilə də digər futbolçulardan seçilirlər.

Futbolda "gözəllik" axtaranlar vurulan qolları izləyirlər. Ancaq dayaq yarımmüdafiəçiləri qol vurmağa meyilli olmurlar. Diqqət mərkəzində olmamalarının əsas səbəbi də bu ola bilər. Keyfiyyətli oyun nümayiş etdirən məşhur dayaq yarımmüdafiəçilərinə Serxio Buskets, Xabi Alonso, Yaya Toure, Lukas Torreyra, Nqolo Kante, Kazemiro, Sami Xedira kimi futbolçuları nümunə göstərmək olar.

Məsələn, 29 noyabr 2010-cu ildə “Barselona” – “Real Madrid” qarşılaşmasında Buskets rəqib komandanın sürətli hücumlarının qarşısını alır, açar ötürmələrlə yenidən oyunu başlada bilirdi. Kantenin 15 iyul 2018-ci ildə Fransa-Xorvatiya qarşılaşmasındakı performansı isə yaddaşardan silinmir. Kante topu itirmir, hücum və müdafiə arasında balansı qura bilirdi. Rəqib xüsusilə bu futbolçunu "zərərsizləşdirməli" idi ki, Fransanı məğlub edə bilsin. Xabi Alonso isə 11 iyul 2010-cu ildə Dünya çempionatının finalında Hollandiya millisi ilə oyunda öz bacarığını ortaya qoydu. Cinahlardan, həmçinin mərkəzdən təşkil olunan hücumları dəf etməklə həmin oyunun görünməz qəhrəmanına çevrildi.

"Bəs sizcə bu mövqedə çıxış etdiyi halda “ulduzların arasından sıyrılıb, "Qızıl top"a sahib olmaq asan olarmı?!" Yuxarıdakı siyahını əlbətə uzatmaq olar. Dayaq yarımmüdafiəçilərindən Rodri “Qızıl top” mükafatını qazanaraq bunun mümkün olduğunu göstərdi. Rodrinin ən üstün cəhəti oyun zəkasına malik olmasıdır. O hər komandanın sahib olmaq istədiyi peşəkar oyun qurucusudur. Topu yaxşı saxlayır, meydanı dəqiq görür və rəqibin əks hücumlarının qarşısını peşəkar formada alır. Hətta mərkəz müdafiəçisi kimi də çıxış edir. Rodri oyun tərzinə görə Busketsə bənzədilir. İspan futbolçu həm uzun, həm də qısa, açar ötürmələr vermək baxımından da mövqeyinin ən yaxşılarındandır. Futbolçunun ötürmə dəqiqiyi 90 % üzərindədir.

Rodriqo Hernandez həm “Mançester Siti”, həm də İspaniya millisinin oyunlarında rəqiblərinin oyun planlarına ciddi təsir edə bilir və formasını geyindiyi komandasının lideri olurdu. 16 nömrəli top qovan bu futbolçu “Mançester Siti”də "Qızıl top"u qazanan ilk futboçudur. O, bu mübarizədə Vinisius Junior, Cud Bellinqe və Erlinq Haaland kimi dünya ulduzlarını geridə qoydu və mükafatı başı üzərinə qaldırdı.

Tam adıyla, Rodriqo Ernandez Kaskante futbolun "acı" sürprizi ilə qarşılaşanlardan biri oldu. Aldığı zədə səbəbilə futbola müvəqqəti fasilə verməyə məcbur olan Rodri, sağlamlığını bərpa etdikdən sonra yaşıl meydanlara qayıdacaq. Dünyanın müxtəlif ölkələrindən futbolsevərlərin dəstəyini hiss edən ispan yarımmüdafiəçi "yarım" saxladığı işi tamamlamaq üçün daha çox çalışır.

Yeri gəlmişkən şərəfini qoruduğu Mançester siti komandası son beş oyunun dördündə məğlub olub. Bu uğursuzluğun əsas səbəbi Rodrinin yoxluğu göstərilir. Görünən budur ki, baş məşqçisi Pep Qvardiolanın ispan futbolçuya hava-su kimi ehtiyacı var. Obrazlı desək, "batan gəmini xilas etmək" üçün Rodri zədəsini tezliklə bərpa etməsi lazımdır.

Ayxan Rizvan, Bizimyol.info üçün

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Noyabr 2024 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see404

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see387

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see336

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see299

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see293

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see259

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see258

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see231

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see223

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see209

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see179

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see179

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see151

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see139

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri