İndoneziya Prezidenti 2027 ci ildə Azərbaycana səfər edə bilər
Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İndoneziya Prezidenti Prabovo Subianto 2027-ci ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sammitində iştirak etmək üçün Azərbaycana səfər edə bilər.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bu barədə İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi Bakıda keçirilən biznes-forumda bildirib.
Diplomat qeyd edib ki, gələn il ölkələr diplomatik münasibətlərin qurulmasının 35 illiyini qeyd edəcəklər:
"İndoneziya Prezidenti Prabovo Subiantonun 2027-ci ildə İƏT sammitində iştirak etmək üçün Azərbaycana səfər edəcəyinə ümid edirik. Bu, ölkələrimiz arasında diplomatik münasibətlərin 35 illiyinin qeyd olunması çərçivəsində əsas hadisələrdən biri olacaq".
Səfir vurğulayıb ki, yüksək səviyyəli səfərlər ikitərəfli münasibətlərin daha da inkişafı və möhkəmləndirilməsi üçün şərait yaradacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 24 Noyabr 2026 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















