Icma.az
close
up
RU
Görüşməyə hazırıq Qrenlandiyanın Baş nazirindən Trampa yaşıl işıq AzPolitika onlayn siyasiictimai qəzet

Görüşməyə hazırıq Qrenlandiyanın Baş nazirindən Trampa yaşıl işıq AzPolitika onlayn siyasiictimai qəzet

Qrenlandiyanın Baş naziri Mute Bourup Egede ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla görüşmədiyini, lakin belə bir görüş üçün hazır olduğunu bildirib.

Egede ölkəsinin amerikalılar tərəfindən dünyalarının bir parçası olaraq görüldüyünü ifadə edərək, “Qrenlandiya Qrenlandiya xalqına aiddir. Biz danimarkalı və ya amerikalı olmaq istəmirik. Biz qrenlandiyalı olmaq istəyirik”,-deyə bildirib.

Qeyd edək ki, 20 yanvardan etibarən ABŞ-də preziedntlik səlahiyyətlərinin icrasına başlayacaq Tramp "Truth Social" hesabında Qrenlandiyanın ölkəsinin nəzarəti altında olması barədə əvvəlki istəyini təkrarlayıb və adaya nəzarətin özləri üçün mütləq zərurət olduğunu bildirib.

Trampın sözləri Qrenlandiya rəsmilərinin qəzəbinə səbəb olub.

"AzPolitika.info"

seeBaxış sayı:96
embedMənbə:https://azpolitika.info
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri