Göyçayda AĞIR QƏZA: Ölən var FOTO YENİLƏNİB
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Göyçayda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 19-da saat 12:30-da 1991-ci il təvəllüdlü şəxs Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
"Ona dəqiqləşdirilməmiş çoxsaylı travmalar diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyəti ağır qiymətləndirilən pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir", - deyə məlumatda bildirilir.
***09:36
Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, VAZ-2107 markalı avtomobil idarəetmədən çıxaraq hasara çırpılıb. Nəticədə avtomobildə olan 35 yaşlı Vasif İsmayılov ölüb, həmyaşıdı Nurlan Cəbrayılov xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 20 Noyabr 2026 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















