Göyçayda parkda qıza görə qətl törədən yeniyetməyə hökm oxundu
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Göyçayda qız görə qətl törətməkdə təqsirləndirilən yeniyetmə Səid Bayramlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az-ın məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə S.Bayramlı 9 il azadlıqdan məhrum edilib.
İttihama görə, Səid Bayramlı tanışı Günayla yaşadığı binanın yaxınlığındakı parkda görüşərkən Hüseyn Feyzullayev ona söz atıb. R.Feyzullayev ona həbsdə yatdığını bildirib və ondan məhəllədə qızla görüşməyi qadağan edib. Aralarında yaranan mübahisə zamanı R.Feyzullayev Səidi döyüb.
Xəsarət alan Səid evlərinə gələrək qisas almaq məqsədi ilə evlərindən mətbəx bıçağı götürüb geri qayıdıb. O, R.Feyzullayevi 10 bıçaq zərbəsi ilə qətlə yetirib.
Qətli törədərkən S.Bayramlının 17 yaşı olub.
Samir Əli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 11 İyun 2025 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















