Icma.az
close
up
RU
Göydəniz Qəhrəmanov: Azərbaycan gəncliyi bundan sonra da ölkəmizdəki dinamik inkişafın aparıcı qüvvəsi kimi çıxış edəcək

Göydəniz Qəhrəmanov: Azərbaycan gəncliyi bundan sonra da ölkəmizdəki dinamik inkişafın aparıcı qüvvəsi kimi çıxış edəcək

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 30 yanvar, AZƏRTAC

Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki tarixi dönəmdə gənc nəslə diqqət və qayğı dövlət siyasətində prioritet istiqamətlərdən biri olub. Savadlı gənc kadrların yetişdirilməsi məqsədilə Ümummilli Lider hələ 1970-1980-ci illərdə Azərbaycan gənclərinin keçmiş Sovet İttifaqının ən qabaqcıl tədris müəssisələrində təhsil ala bilmələri üçün əməli tədbirlər görüb, böyük səylər göstərib. Əlbəttə ki, gənc nəslə diqqət və qayğı göstərilməsini önəmli məsələ kimi özündə ehtiva edən bu siyasət kursu Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra daha böyük uğurla davam etdirildi. Dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial vəziyyəti daim Ulu Öndərin diqqət mərkəzində idi. 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-dək ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Ulu Öndər Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarında ən yüksək bal toplayan abituriyentlərlə şəxsən görüşməsi, onlara Prezident təqaüdünün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir bariz nümunəsidir. Bütün bunlar Azərbaycan gəncliyinin potensialının milli mənafelərimizin təmin olunmasına, ölkənin inkişafına və dövlətimizin daha da güclənməsinə yönəldilməsi istiqamətində atılan müstəsna əhəmiyyətli addımlar idi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov söyləyib.

1993-cü ildən başlayaraq ölkəmizdə gənclər siyasətinin institutlaşdırılması məqsədilə görülən tədbirlərdən bəhs edən deputat xüsusi olaraq qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradılması müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətlərinin əlaqələndirilməsi işinə yeni təkan verib. “Əlbəttə ki, Ulu Öndər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakına zəmin yaratmaq, gənclər siyasətinin başlıca məqsəd, prinsip və istiqamətlərini, eləcə də təşkilati-hüquqi əsaslarını müəyyənləşdirmək üçün bir çox digər vacib sənədlər də imzalamışdı. O cümlədən Ümummilli Liderimizin gənclər forumunun keçirilməsi ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüs gənclərin təşkilatlanması istiqamətində atılmış növbəti mühüm addımlardan biri oldu. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi vəzifə qoyaraq demişdir: “Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır”. Bu tarixi hadisədən bir il sonra - 1997-ci il fevralın 2-də Ulu Öndər tərəfindən imzalanmış Sərəncama əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Həmin vaxtdan etibarən Azərbaycanda Gənclər Günü hər il təntənəli şəkildə qeyd edilir”, - deyə G.Qəhrəmanov bildirib.

Milli Məclisin deputatı, həmçinin vurğulayın ki, 2003-cü ildən sonra Heydər Əliyevin siyasi kursunu inamla davam etdirən Prezident İlham Əliyevin bu gün qətiyyətlə həyata keçirdiyi dövlət siyasəti Azərbaycan gənclərinin hərtərəfli inkişafını təmin edir. “Dövlətimizin başçısının müdriklik və uzaqgörənliklə yürütdüyü, gələcəyə hesablanmış siyasətin, bu sahəyə dövlət səviyyəsində göstərilən diqqət və qayğının sayəsində Azərbaycan gəncliyində özünəinam hissi artıb, gənc nəslin ölkənin ictimai-siyasi həyatındakı rolunun güclənməsinə, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə yaradıcı gəncliyin formalaşmasına əlverişli şərait yaranıb. 2022-ci il fevralın 2-də söylədiyi tarixi nitqində Prezident İlham Əliyev demişdir: “İndiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar”. Bu gün Azərbaycan qalib dövlət olaraq öz şanlı tarixinin ən şərəfli dövrünü yaşayır. Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə nəticəsində 30 illik işğala son qoyub. 2023-cü ilin sentyabrında isə ölkəmiz özünün ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Bu böyük zəfərlərin qazanılmasında vətənpərvər Azərbaycan gəncliyi müstəsna rol oynayıb. Rəşadətli Ordumuzun sıralarında mətanətlə döyüşən qəhrəman gənclərimizin fədakarlığı sayəsində tarixi Qələbə qazanılıb. Heç bir şübhə yoxdur ki, Azərbaycan gəncliyi bundan sonra da ölkəmizdə gedən dinamik inkişafın əsas aparıcı qüvvəsi kimi çıxış edəcək”, - deyə G.Qəhrəmanov vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Yanvar 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see169

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri