Göygöldə dəhşətli qəza 2 ölü, 2 yaralı FOTO VİDEO YENİLƏNİB
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Göygöldə iki nəfərin ölümü, iki nəfərin isə ağır yaralanması ilə nəticələnən qəzadan sonra duracağa aparılan avtomobil orada yanıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Şəmkir rayonunda qeydə alınıb.
Belə ki, Bakı-Qazax magistral yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində idarəetmədən çıxaraq dəmir arakəsməyə, daha sonra isə yolun kənarına aşan avtomobil Şəmkir rayonunda yerləşən duracağa gətirildikdən sonra yanıb.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
***08:47
Göygöldə ağır yol qəzası olub.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan beynalxalq avtomobil yolunun Bəhrambağ-Yeni Qızılca ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, idarəetməni itirən “Mercedes” markalı avtomobil dəmir bariyeri qıraraq aşıb.
Nəticədə iki nəfər ölüb, daha iki nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası və yol polisi əməkdaşları cəlb olunub.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 03 Noyabr 2025 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















