Icma.az
close
up
RU
Göygöldə əri tərəfindən şiddət görən qadın evdən qaçdı TƏFƏRRÜAT

Göygöldə əri tərəfindən şiddət görən qadın evdən qaçdı TƏFƏRRÜAT

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Göygöl rayonunda ər-arvad arasında yaşanan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə rayonun Murovdağ qəsəbəsində baş verib. 1986-cı il təvəllüdlü İlkin Məmmədov kənddə yerləşən birgə yaşadıqları evdə arvadı Səbinə (ad-soyad şərtidir – red.) ilə mübahisə edib. 
Mübahisənin baş verməsinə səbəb Səbinənin İlkinin sərxoş halda və gec saatlarda evə gəlməsi barədə irad bildirməsi üstündə yaranıb. 
Bu zaman İlkin Məmmədov əl və ayaq zərbələri ilə qadının baş, qarın nahiyyələrinə zərbə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən İlkin Məmmədovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, qəsəbədə ailəsi ilə birlikdə yaşayır: “Rəsmi olaraq heç bir yerdə işləmirəm. Səbinə  ilə 2 ildir ki, evliyik, bu evlilikdən 1 azyaşlı oğlumuz var. Hadisə günü, gecə saat 3 radələrində Səbinə ilə birlikdə yaşadığım evə gəldim. Həmin vaxt sərxoş vəziyyətdə olmuşam. Bu zaman arvadım mənə niyə gec gəlməyim barədə irad bildirdi. Bu vaxt mən də onun barəsində xoşagəlməz sözlər eşitdiyimi söylədim, onu qısqandığımı bildirdim. Bu zaman aramızda mübahisə baş verdi. Baş vermişmübahisə zamanı  əsəbləşərək bir dəfə şillə ilə Səbinənin üz nahiyyəsinə və bir dəfə də təpiklə qarın nahiyyəsinə vurdum. Daha sonra mübahisənin dayanması üçün evin digər otağına keçdim. Həmin vaxt arvadım evdən getdi”.
İş üzrə zərərçəkmiş Səbinənin sözlərinə görə, gecə saat 3 radələrində əri İlkin birgə yaşadıqları evə sərxoş halda gəlib və səbəbsiz yerə mübahisə yaratmağa başlayıb: “Mən İlkindən sakitləşməsini istədim. Amma o, mənim barəmdə nalayiq sözlər eşitdiyini dedi və yenidən üzərimə hücum edərək təpiklə qarın nahiyyəmdən, əli ilə də sağ gözümdən zərbə vurdu. Bundan sonra İlkin paltarlarını geyinmək üçün digər otağa keçdi. Mən evdən çıxaraq qaçdım. Sonradan aldığım xəsarətlərə görə özümü pis hiss etdiyim üçün Göygöl Rayon Mərkəzi Xəstəxanasına müraciət edərək müalicə olundum”.
Bu işə Göygöl Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Qadın da ərini bağışlaması, onunla birlikdə yaşayacağı barədə məhkəməyə ərizə təqdim edib. 
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində cinayət təqibinə xitam verilib.
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Noyabr 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri