Göygöldə minik maşını dərəyə aşıb, xəsarət alan var FOTO
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində “Renault” markalı minik maşını yoldan çıxaraq dərəyə aşıb.
Qəzadan sonra minik maşını qaz xəttinə çırpılıb. Nəticədə qaz xətti sıradan çıxıb, rayonun Hacıməlik qəsəbəsinin bir hissəsinə qazın verilməsində fasilə yaranıb.
Avtomobilin sürücüsü 1968-ci il təvəllüdlü N.Cəfərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətlərin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Göygöldə minik maşını dərəyə aşıb, xəsarət alan var FOTO
25 Noyabr 2024 23:37
Göygöldə minik maşını dərəyə aşıb, xəsarət alan var
25 Noyabr 2024 23:17
Göygöldə minik maşını dərəyə aşdı xəsarət alan var FOTO
25 Noyabr 2024 23:40
Göygöldə minik maşını ilə motosiklet toqquşub, xəsarət alan var
03 Aprel 2025 21:11

