Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Göygöldə yeni aqrar layihələr

Göygöldə yeni aqrar layihələr

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Göygöl rayonunda kənd təsərrüfatının inkişafı yeni mərhələyə qədəm qoyur. Ərzaqlıq buğda istehsalının artırılması, intensiv moruq bağlarının salınması və müasir heyvandarlıq təsərrüfatlarının yaradılması istiqamətində həyata keçirilən layihələr rayonun aqrar potensialının daha səmərəli istifadəsinə xidmət edir.

Rayon icra hakimiyyətinin başçısı Vüqar Novruzov və Prezident Administrasiyasının məsul əməkdaşı Ziya Məmmədov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində icrası nəzərdə tutulan layihələrlə yerində tanış olublar.

Səfər zamanı ilk olaraq ərzaqlıq buğda istehsalına dair iri təsərrüfatlara baxış keçirilib. Sahibkar Rafail Mustafayev 250 hektar ərazidə 1375 ton məhsul əldə etməyi, hər hektardan isə 60 sentner məhsuldarlığa nail olmağı hədəfləyir. Artıq 50 hektar sahədə şum işləri başa çatdırılıb.

Digər sahibkar Taleh Hüseynov isə 200 hektar sahədə 1000 ton buğda istehsal etməyi planlaşdırır. Layihə çərçivəsində iki pivot suvarma sisteminin quraşdırılması nəzərdə tutulur. Bu təsərrüfatda da 50 hektarda torpaq hazırlığı görülüb, işlər mərhələli şəkildə davam etdirilir.

Göygöldə intensiv bağçılıq istiqamətində də mühüm addımlar atılır. Sahibkar Qoşqar Rzayev 6 hektar, Fuad Zalov isə 8 hektar sahədə damcı suvarma sistemi ilə təmin olunmuş intensiv moruq təsərrüfatı yaradıb. Hər iki sahibkar gələcəkdə əlavə torpaq sahələri hesabına təsərrüfatlarını genişləndirməyi nəzərdə tutur.

Heyvandarlıq sahəsində həyata keçiriləcək layihələr də istehsalın əhəmiyyətli dərəcədə artmasına hesablanıb. Sahibkar Bəhruz Mustafa Avstriyadan 100 baş Simmental cinsli ətlik iribuynuzlu heyvan gətirməyi planlaşdırır. Layihə reallaşdıqdan sonra illik ət istehsalının 37 ton artacağı gözlənilir.

Yaşar Məmmədzadə isə Almaniyadan Holşteyn-Friz cinsli südlük heyvanların gətirilməsi üzrə layihə həyata keçirəcək. Bunun nəticəsində rayonda süd istehsalının ildə 390 min litr artacağı proqnozlaşdırılır. Hər iki layihənin icrasına 2026-cı ilin avqustunda başlanılıb və 2028-ci ilin sonunadək tamamlanması nəzərdə tutulur.

Sahibkarlarla keçirilən görüşlərdə onların gələcək planları, qarşılaşdıqları çətinliklər və təklifləri dinlənilib. Bildirilib ki, dövlətin təqdim etdiyi subsidiya, güzəştli kredit və digər dəstək mexanizmlərindən səmərəli istifadə aqrar istehsalın dayanıqlı inkişafında mühüm rol oynayır.

Səfərin davamı olaraq rayon icra hakimiyyətində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan təsərrüfatların, emal müəssisələrinin, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələrinin və Əlaqələndirmə Qərargahının üzvlərinin iştirakı ilə geniş görüş keçirilib. Toplantıda Dövlət Proqramı üzrə görülən işlərin icra vəziyyəti müzakirə olunub, zona müşavirəsində irəli sürülən təşəbbüslərin həyata keçirilməsi ilə bağlı qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Göygöldə həyata keçirilən bu layihələr rayonun aqrar inkişafına yeni təkan verməklə yanaşı, ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə də mühüm töhfə verməyi nəzərdə tutur.

Hamlet QASIMOV,
XQ-nin Gəncəbasar müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Sentyabr 2026 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see333

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see332

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see331

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see327

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see312

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see263

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see262

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see249

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see237

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see237

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see217

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see214

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see212

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see209

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see208

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see208

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see208

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see189

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri