Icma.az
close
up
RU
Göygöldən müharibəyə çağırıldı, 156 düşmən əsgərini əsir götürdü, Qazaxıstana sürgün edildi

Göygöldən müharibəyə çağırıldı, 156 düşmən əsgərini əsir götürdü, Qazaxıstana sürgün edildi

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Uzun illər Azərbaycanda yaşamış bu hərbçinin hesabında 156 düşmən əsiri var. Onun başı üçün almanlar 25 min, canlı ələ keçirilməsi ümün isə 50 min reysmarka təklif edirdi. Xidmət dövrü ərzində 2 dəfə ağır olmaqla, 5 dəfə yaralanmışdı. Buna baxmayaraq, 1945-ci ilkdə o, Berlin şəhəri uğrunda döyüşlərə də qatıldı və  yalnız 1949-cu ildə təqaüdə çıxdı.

Lent.az Azərbaycanın Göygöl şəhərində yaşamış yunan əsilli sovet hərbçisi Vasili Fisatidi və onun şücayət yoluna işıq salır.

Jurnalistlər öz nəşrlərində onu fərqli formalarda adlandırıblar. Ancaq qəhrəmanın xarakterini və əməllərini əks etdirən ən uğurlu ləqəb "Kəşfiyyat Şahini"dir. 1940-cı ildə Azərbaycanın Xanlar şəhərindən (indki Göygöl) Qırmızı Ordu sıralarına rəssamlıq məktəbinin məzunu, Anapa şəhərində doğulmuş19 yaşlı yunan əsilli Vasili Fisatidi çağırılır. Tutqun baxışı və fotoqrafik yaddaşı olan gənc hərbi kəşfiyyat məktəbini bitirir. O hətta SSRİ-Almaniya müharibəsi zamanı cəbhədə xidmət edərkən peşə qabiliyyəti üçün imtahan verməli idi. 118-ci atıcı diviziyanın 69-cu artilleriya alayının topoqrafiya xidmətinin əməkdaşı kimi xidmət aparan Fisatidi ilk dəfə 1942-ci ilin avqust ayında özü haqda söz etdirdi. O vaxta qədər bir neçə dəfə düşmən döyüş birləşmələrinin yerləşdiyi yerə gedən hərbçi, 6 düşmən hədəfini təyin etdi və hücum zamanı üç yaralı həmkarını döyüş meydanından çıxara bildi. Buna görə "Döyüş Xidmətlərinə Görə"medalına layiq görüldü. Sonra o 140-cı piyada diviziyasının 69-cu kəşfiyyat bölüyündə tağım komandiri kimi fəaliyyət göstərdi və bir neçə yüksək mükafata: Qırmızı Bayraq ordeni, Qırmızı Ulduz, həmçinin Aleksandr Nevski Ordeni ilə təltif olundu. Döyüş tapşırıqlarını yerinə yetirən leytenant Fisatidi qətiyyətlə hərəkət edir və şəxsi nümunəsi ilə döyüşçülərini ruhlandırırdı. Vasili Fisatidinin günün istənilən vaxtında və istənilən vəziyyətdə alman əsiri tuta biləcəyinə inanılırdı. 1943-cü ilin avqustunda düşmənin arxasına keçən kəşfiyyatçılar, alman qərargahına qumbara atdılar, 9 əsgəri məhv etdilər, əsir götürdülər və sənədləri ələ keçirdilər. Həmin ilin sentyabr ayında bir qrup kəşfiyyatçı ilə Vasili Fisatidi düşmən müdafiəsinin ön cəbhəsində 43 alman əsgərini və zabitini əsir götürdü və hamısını bölmənin qərargahına apardı. 1944-cü ilin avqustunda leytenant Fisatidinin tağımı Volkovo kəndi uğrunda döyüşlərdə iştirak etdi. Kəşfiyyatçılar özlərini yaxşı göstərdilər, 40 düşməni məhv etdilər və 35 düşmən əsgərini əsir götürdülər. Ümumilikdə, müharibə illərində Vasili Fisatidi qərargahına 156 alman əsiri gətirdi. Kəşfiyyatçı müharibəni kapitan rütbəsi ilə bitirdi. 1949-cu ilə qədər Almaniyada Sovet işğalçı qüvvələri qrupunda xidmət etdi və sonra ailəsinin yerləşdiyi Azərbaycanın Zaqatala şəhərinə qayıtdı. Tezliklə yunan milliyətindən olan şəxslərin Qazaxıstana sürgünü ilə bağlı Fisatidi də deportasiyaya uğradı. Qazaxıstanda yaşayan, Sovet İttifaqı Qəhrəmanı adını almayan müharibə qəhrəmanı 1984-cü ilin noyabrına qədər yaşadı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://lent.az
archiveBu xəbər 17 Aprel 2025 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri