Icma.az
close
up
RU
Göyün 7 ci qatından Azərbaycana gələn bəla BİZİ NƏ GÖZLƏYİR?

Göyün 7 ci qatından Azərbaycana gələn bəla BİZİ NƏ GÖZLƏYİR?

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu il Azərbaycanda yay mövsümünün ötən illərlə müqayisədə daha sərin və dəyişkən keçir.

Ölkə.az musavat.com-a istinadən xəbər verir ki, mütəxəssislər bunu jet stream adlanan, yüksək troposfer hava axınlarının dalğalanması ilə izah edirlər. Jet stream təxminən 10-15 km hündürlükdə qərbdən şərqə doğru hərəkət edən çox sürətli hava cərəyanıdır. Bu cərəyan qütb və mülayim enliklər arasındakı temperatur fərqləri nəticəsində yaranır və hava sistemlərinin hərəkətinə ciddi təsir edir. Normalda bu axınlar düz xətt üzrə hərəkət etsə də, bu il dalğalanaraq bəzi yerlərdə cənuba doğru dərin enişlər formalaşdırıb. Ölkəmizin yerləşdiyi qurşaq jet stream-in endiyi ərazilərdə yerləşir. Nəticədə, şimaldan gələn sərin hava kütlələri daha tez-tez və dərin şəkildə Azərbaycana daxil olur. Eyni zamanda günəş radiasiyasını azaldan buludlu və rütubətli hava şəraiti yayda tipik olan quru və isti havanı əvəzləyib. Bu da yay aylarında mülayim temperaturun və dəyişkən havaların müşahidə olunmasına səbəb olur.

Mütəxəssislər deyirlər ki, əgər bu cür dalğalanmalar davamlı xarakter alsa, Azərbaycanın 9 iqlim tipinə sahib olan müxtəlif bölgələri də öz xarakterini dəyişməyə başlayacaq. Normalda Qarabağda, Yuxarı Qarabağ və Şərqi Zəngəzurda yay ayları daha quru və günəşli keçir. Ancaq jet stream sərin hava gətirdikcə buludlu və yağıntılı günlər arta bilər, bu da kənd təsərrüfatında məhsuldarlığı dəyişə bilər. Məsələn, üzümçülük və taxılçılıq iqlim dəyişməsində ciddi şəkildə təsirlənə bilər. Abşeron yarımadası və Bakıda iqlim yarımsəhra və quraq subtropikdir. Bu bölgə artıq sərin, rütubətli və küləkli yaylarla üzləşir. Hərarətin azalması bir qədər komfort yaratsa da, yüksək rütubət və uzunmüddətli buludlu hava psixoloji və ekoloji tarazlığı poza bilər. Günəş enerjisi hasilatı kimi sahələrdə də azalma olacaq. Lənkəran-Astara zonasında jet stream-in təsiri ilə yağıntıların artması torpaq eroziyasını və daşqın riskini artıra bilər. Limon, çay və feyxoa kimi məhsulların keyfiyyətində dəyişiklik ola bilər. Qazax-Tovuz və Aran rayonlarında, əkinçilik üçün həyati önəm daşıyan bu bölgələrdə dəyişkən hava şəraiti əkin mövsümünü ləngidə və məhsulun yetişmə dövrünü uzada bilər. Aran zonasında uzun müddətli sərinlik torpaq temperaturunu aşağı salır. Naxçıvan kontinental iqlimə malik ərazidir. Burada jet stream-in təsiri ilə qışlar daha sərt, yaylar isə daha mülayim ola bilər. Bu, əhalinin yaşayış komfortunu artırsa da, kənd təsərrüfatı və su ehtiyatlarına təzyiq yarada bilər. Əgər jet stream-dəki bu dəyişkənliklər iqlim sistemimizin yeni reallığına çevrilərsə, artıq yalnız hava haqqında deyil, su ehtiyatları, ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı strategiyaları haqqında ciddi düşünmək zamanıdır.

Nəticə olaraq, 2025-ci ilin yayında temperatur normadan 3-5 dərəcə aşağı müşahidə olunur. Günəşli günlərin sayı azalır. Nisbi rütubət yüksəlir, bu da insan bədəni üçün narahatlıq yaradır. Yağıntıların regionlar üzrə qeyri-bərabər paylanması müşahidə olunur. Hazırda yaşananlar qlobal iqlim dəyişikliklərinin lokal göstəricisi hesab olunur. Jet stream-də baş verən bu cür dəyişikliklər elə-belə hadisə deyil, bu iqlim sisteminin tarazlığının pozulmasının əlamətidir. Alimlərin fikrincə, Arktik bölgədə buzlaqların əriməsi nəticəsində temperatur fərqləri zəiflədikcə, jet stream-lər də əvvəlki qədər güclü və düz xətt üzrə hərəkət edə bilmir. Onların zəifləyib “dalğalanması” nəticəsində ekstremal hava şəraiti daha tez-tez baş verir. Bir yerdə sel, digər yerdə quraqlıq, bir bölgədə anormal isti, digərində isə kəskin soyuma baş verir.

Azərbaycan kimi keçid zonasında yerləşən ölkələr üçün bu xüsusilə kritikdir. Mütəxəssislər proqnozlaşdırırlar ki, getdikcə su anbarlarının idarə olunması çətinləşəcək, məhsul planlaması qeyri-müəyyən duruma gələcək. Turizm sektoru mövsümi sabitliyini itirəcəksə, iqlimlə əlaqəli xəstəliklər artacaq. Dalğalanmalar nəticəsində iqlim şəraitində baş verən dəyişikliklər beynəlxalq səviyyədə “iqlimlə əlaqəli sağlamlıq riskləri” adlanır və bu məsələ artıq ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) və bir çox tədqiqat institutları tərəfindən qlobal təhdid kimi tanınır. Azərbaycanda iqlim dəyişkənliyi fonunda artması gözlənilən xəstəlik qrupları və risklər də bəllidir.

Yüksək rütubət, uzun sürən buludlu hava, günəş işığının azalması kimi amillər mövsümi depressiya, xroniki yorğunluq və yuxu pozuntuları riskini artırır.

Nisbi rütubətin artması və hava təzyiqində tez-tez dəyişikliklər fonunda tənəffüs yolları xəstəlikləri də çoxalır. Bronxial astma, allergik rinit, xroniki bronxit, ağciyər emfizeması daha kəskin formada təzahür edir.

Bu xəstəliklər xüsusilə Sumqayıt, Lənkəran, Mingəçevir və Bakı kimi sənaye və rütubətli iqlimə malik şəhərlərdə daha çox yayılır. Bundan başqa, soyuq və rütubətli hava, gecə-gündüz temperatur fərqlərinin artması revmatoloji və oynaq xəstəlikləri, revmatizm, artrit, osteoxondroz, fibromialgiya kimi xəstəliklərin simptomlarını gücləndirir. Bu vəziyyətlər xüsusilə dağlıq və dağətəyi zonalarda yaşayan yaşlı əhali üçün təhlükədir. Yağıntının və temperaturun dəyişməsi ağcaqanad, gənə, siçan kimi həşəratların çoxalmasına şərait yaradır. Bu da öz növbəsində yoluxucu xəstəliklərdən leyşmanioz, Krım-Konqo qızdırması, qızılca və hepatit A kimi yoluxucu xəstəliklərin artmasına yol açır. Ağcaqanadların çoxalması isə yaxın gələcəkdə malariyanın yenidən aktivləşmə riskini artırır.

Eyni zamanda su ilə bağlı xəstəliklərin də artacağı riski böyükdür. Qeyri-stabil yağıntı, sel və su çatışmazlığı arasında dəyişən dövrlər bağırsaq infeksiyalarının, dizenteriya, salmonellyoz, qurd invaziyalarının, ishal və dehidratasiya hallarının artmasına gətirib çıxaracaq. İqlimlə əlaqəli bu xəstəliklər xüsusilə uşaqlar və yaşlılar üçün risklidir. Mütəxəssislər bildirirlər ki, əgər jet stream-in əksi olsa və ani istilər baş versə, hərarətlə bağlı kəskin pozuntular, istivurma, dehidratasiya, hipotoniya və ürək-damar problemləri kəskin şəkildə özünü biruzə verəcək. Belə olacağı təqdirdə yaşlılar, xroniki xəstəliklərdən əziyyət çəkənlər, açıq havada çalışanlar, kənd təsərrüfatı və tikinti sahələrində çalışanlar, uşaqlar və körpələr xüsusi risk altındadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://olke.az
archiveBu xəbər 02 İyul 2025 23:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see272

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see208

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see192

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see182

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see150

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see149

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see147

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see144

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri