Icma.az
close
up
RU
İlan ilində bizi nə gözləyir?

İlan ilində bizi nə gözləyir?

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Qarşıdan gələn 2025-ci il Şərq təqviminə görə yaşıl taxta (ağac) İlan ilidir. Çində ilanlara kiçik əjdahalar deyilir. Əsasən, müdriklik, zəriflik və çevrilmə ilə əlaqələndirilir. İlan ili tez-tez dəyişikliklər və yeni imkanlar ili hesab olunur ki, bu da onu digər illərdən fərqli edir. Şərq mədəniyyətinə və ənənələrinə əsasən, İlan ili ondan düzgün istifadə edənlərin ilidir. SİA kaspi-yə istinadən xəbər verir ki:

İlan etibar və səmimiyyətə üstünlük verir

Yaşıl taxta ilan müdrik, dərrakəli və xarizmatik hesab olunur. Bu işarə altında doğulan insanlar çətin vəziyyətlərdə tez-tez soyuqqanlılıq və ehtiyatlılıq göstərirlər. Bir element kimi taxta ilan rahatlıq keyfiyyəti və böyümə arzusu gətirir. Yaşıl rəng yenilənməni, həyatı və təbiətlə harmoniyanı simvollaşdırır. İlan yaradıcılığı çox sevir və ətrafdakılara ilham verir. İnsanlara intuisiya və düşüncə ilə orijinal həll yollarını tapmağa kömək edir. Bundan başqa, yaşıl taxta ilan bilik və ağlı qiymətləndirir, özünü daim inkişaf etdirməyə çalışır. Dəyişən şərtlərə asanlıqla uyğunlaşmaya imkan verən yeni fikir və imkanlara açıqdır.

Şəxsi münasibətlərə gəlincə, ilan etibar və səmimiyyətə üstünlük verir. İlan yaxşı bir dost və ortaq ola bilər, ancaq bəzən qısqanclığa meyil göstərir. Beləliklə, yaşıl taxta ilan böyümək və özünü ifadə etmək imkanları və irəliləməyə hazır olan hər kəs üçün ilhamla dolu bir il vəd edir.

Süfrəmizi hansı təamlar bəzəməlidir?

Şərqdə yeni il süfrəsi üçün uğuru simvolizə edən və xüsusi əhəmiyyət kəsb edən yeməklər hazırlamaq adətdir. Məsələn, Yeni il süfrəsinə buğda bişirilmiş balıq verilir. "Balıq" Çin dilində "artıq" sözü ilə uyğundur. İlin sonundakı artıqlıq, bir insanın növbəti ildə daha çox qazana biləcəyi deməkdir. "Sazan əjdaha qapısından atladı" atalar sözü də uğurla əlaqələndirilir ki, bu da əjdahadan sonra gələn İlan ilində uğur qazanmaq və statusu artırmaq deməkdir. Bundan başqa, İlan ilini toyuqdan hazırlanan yeməklərlə də qarşılamaq yaxşı hesab edilir.

İlan ilində nə hədiyyə etmək lazımdır?

İlan ilində içində pul olan qırmızı zərf vermək yaxşı adətdir. Bundan başqa, ilin simvolu olan oyuncaq, həmçinin çay, gözəl qablar və şirniyyatlar hədiyyə etmək də uğurlu sayılır. Amma qara və ağ çiçəklər, pulqabı, saat, güzgü, ayaqqabı hədiyyə etmək məsləhət deyil. Çinlilər inanırlar ki, insan başqasına pulqabı verməklə öz sərvətini ona ötürür. Güzgü xəyalları cəlb edir və "saat vermək" ifadəsi "cənazədə iştirak etmək" ilə uyğundur. Ona görə qədim Şərqdə İlan ili astanasında bu cür hədiyyələr pis əlamət olduğundan məqbul sayılmır.

Necə geyinək?

Yeni ildə qırmızı rəngli geyimlərə üstünlük verilir. Bu rəng güc və firavanlığı təmsil edir. İlan ilində doğulanlar isə sarı rəngli geyimə üstünlük versələr, onlar üçün yaxşı olar. Çünki bu rəng onlara bol uğur gətirir. Qızıl və qəhvəyi rəngli paltar geyinilməsi pis hesab olunur. İnanclara görə, bu rənglər ilanlar üçün bədbəxtlik gətirir.

"İlan ili yanvarın 29-da başlayır"

Astroloq Səbuhi Rəhimli deyir ki, 31 dekabrdan 1 yanvara keçəndə Miladi təqvimi ilə il dəyişir, yenilənir: "Yəni 2024-cü il bitir, 2025-ci il başlayır. Lakin astronomik cəhətdən Əjdaha ili estafeti İlan ilinə 29 yanvar 2025-ci ildə Bakı vaxtı ilə 16:35-də ötürəcək. Bu il 16 fevral 2026-cı ilə qədər davam edəcək. İlan ili dünyada siyasi il hesab olunur. Müşahidələr bunu göstərir ki, bu illərdə heç vaxt böyük müharibələr olmayıb. Daha çox ölkədaxili, məhəllədaxili kiçikhəcmli konfliktlər olub. Bunlar əsasən ilin ikinci yarısında müşahidə olunur. Çünki ilin birinci yarısında obrazlı desək, ilan özündən qabaq əjdahanın törətdiyi yanğınları söndürməklə məşğuldur. Beləliklə, İlan ili müharibə ili deyil, əksinə, müharibələrin bitdiyi ildir. Böyük təbii fəlakətlər, o cümlədən zəlzələ, fırtına, qasırğa kimi dağıdıcı hadisələr İlan ilinə xarakterik deyil".

"Qıtlıq, qısqanclıq, boşanmalar ili"

"İlan ili həmişə qıtlıqla müşahidə olunub. Bahalıq, devalvasiyalar, iqtisadi krizis ilidir. Əsas mənfisi budur. Qənaətcil, ehtiyatlı insanlar bu prosesdən uduşlu çıxacaqlar. Təəssüf ki, ilan həm də qısqanclıq, şübhələr ilidir. Müşahidələr göstərir ki, bu illərdə boşanmalar daha çox olur. Bu il xüsusən şübhə və qısqanclıqdan uzaq olmaq məsləhət görülür", - deyə astroloq bildirir.

İlanın dostu kim, düşməni kimdir?

Astroloq qeyd edir ki, Çin təqvimində ilan, xoruz və öküz dost illərdir: "Lakin qaban (donuz) ili İlan iliylə düşməndir. Bu, Çin təqviminə əsasən belədir. Elmi cəhətdən isə hər bir ilin öz oyun qaydaları, kodları var. Planları və sirlərini açmayan, şübhələrdən uzaq, öz işi ilə məşğul olan, yəni bildiyi, bacardığı işlə məşğul hər kəs bu il qazanclı olacaq, uğur qazanacaq. Bəzən deyirlər ki, öz ilim özümə düşmədi. Xeyr, belə şey yoxdur. Deməli, həmin adam öz ilinin qaydalarına, kodlarına uyğun yaşamayıb, ona görə də onun üçün uğursuz olub.

İlin aparıcı planeti Merkuridir. Hər bir planetin himayəsində əsasən iki bürc var və Merkurinin də himayəsindəkilər əkizlər və qız bürcləridir. Biri hava, biri torpaq ünsürüdür. Deməli, hava və torpaq ünsürlü bürclər bu il daha şanslı olacaqlar. Hava ünsürləri tərəzi, əkizlər, dolça (sutökən), torpaq ünsürləri - buğa, qız, oğlaq digərlərindən bir addım öndə olacaqlar".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://sia.az
archiveBu xəbər 31 Dekabr 2024 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gənclərimizi müasir elmi trendlərlə tanış etmək çox vacibdir”

11 İyun 2026 21:09see399

Bu gün Dünya Çempionatı başlayır Açılış matçının saatı

11 İyun 2026 09:12see231

Vüsal Aslanovun müşaviri AZCON un layihə rəhbəri təyin edilib

12 İyun 2026 15:07see226

İranlı deputatdan Azərbaycanla bağlı SENSASİON ÇIXIŞ

10 İyun 2026 22:12see222

Azərbaycanla münasibətlərimiz strateji səviyyəyə yüksəlib Amerikalı senator

10 İyun 2026 21:34see220

Bu məkanlar BŞİH dən alındı

10 İyun 2026 21:24see217

Nevroloqlarımız İstanbul konfransında

11 İyun 2026 12:02see208

Şamaxı millimizin müdafiəçisini transfer etdi RƏSMİ

10 İyun 2026 21:22see204

284 saylı məktəbdə birinci sinfə qəbul ləğv olunub? VİDEO

10 İyun 2026 23:51see201

Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib

11 İyun 2026 12:01see197

Günəşdən qoruyucu krem əvəzinə bundan istifadə olunur

12 İyun 2026 04:27see189

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

10 İyun 2026 21:23see187

Məktəblərdə mobil telefonların qadağası ilə bağlı nəzarət mexanizmləri tətbiq edilir

10 İyun 2026 21:50see186

Karapetyanın bloku Ermənistanda seçkilərin nəticələrinin ləğv edilməsini tələb edir

12 İyun 2026 12:13see185

Vuçiç istefa verəcək: “Sizə xəbər verəcəyəm”

11 İyun 2026 13:32see179

Bu rayonda 122 hektarda aqropark yaradılacaq AÇIQLAMA

12 İyun 2026 04:07see179

Bir dəqiqəyə bir kiloqram bal yedi

11 İyun 2026 01:11see179

Vuçiç Baş nazir olmaq istəyir

11 İyun 2026 03:08see173

Azərbaycanda yeni bankın yaradılması TƏKLİFİ Faizlər daha əlçatan olacaq

11 İyun 2026 16:24see160

Makrona gələ bilməyəcəyini dedi

12 İyun 2026 01:11see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri