Icma.az
close
up
RU
Göz həkimliyindən prezidentliyə Qardaşı ölməsəydi, Bəşər prezident olmayacaqdı

Göz həkimliyindən prezidentliyə Qardaşı ölməsəydi, Bəşər prezident olmayacaqdı

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Suriyada əsrin təxminən dörddə biri qədər hakimiyyətdə qalan Bəşər Əsədin həyatı qardaşının qəfil ölümü ilə dəyişmişdi. Oftalmoloq (göz həkimi) olmaq üçün tibbi təhsil alan Bəşər Əsəd 2000-ci ildə atası Hafiz Əsədin ölümündən sonra prezident seçilmişdi. O zaman ölkədə islahatlar aparacağını vəd edən Bəşər Əsəd bunun əvəzinə ölkəsini qan gölünə çevirdi.
Modern.az Suriyanın devrilən prezidenti Bəşər Əsədlə bağlı yazını təqdim edir.
O, 1965-ci ilin 11 sentyabrımda Dəməşqdə Hafiz Əsədin ailəsində göz açıb.
Bəşər doğulandan beş il sonra -1970-ci ildə müdafiə naziri olan atası Hafiz Əsəd dövlət çevrilişi nəticəsində Suriyada hakimiyyət başına gəlib. Əsəd nəsli Suriyada şiə-ələvilər təriqətinin üzvləridir. Suriyada bu təriqətin üzvləri 12 faiz təşkil edir.
Hafiz Əsəd beş övlad atası idi: qızı Buşra, oğulları Basel, Bəşər, Mahir və Məcid...
Suriya mənbələrinə görə, Hafiz Əsəd özündən sonra böyük oğlu Baseli hakimiyyətə hazırlamaq istəyib. Basel təhsilinə görə, mühəndis idi. O, kompüterdən yaxşı baş çıxarırdı. İdmanda da nailiyyətləri var idi. 90-cı illərin ortalarında o atası kimi hərbidən partiya karyerasına qədər yol keçmişdi. Lakin onun 1994-cü ildə avtomobil qəzasında həlak olması atasının bütün arzularının üstündən xətt çəkdi. Hafiz Əsəd yeni varis üzərində düşünməyə məcbur oldu. 

O zaman prezidentin üçüncü oğlu Mahir Əsədin 42 yaşı var. Ərəb dünyasında özünün dəlisov xarakteri ilə tanınan Mahiri çox zaman Səddam Hüseynin oğlu Udayla müqayisə edirdilər. Atası onun bu xarakterinin dəyişməsi üçün Mahiri orduya göndərmişdi. Hafiz Əsəd guman edirdi ki, ordu bu ipə-sapa yatmayan oğlunu ağıllandıracaq. Lakin Mahir prezident qvardiyasında kapitan rütbəsinə qədər yüksəlsə də, həyat tərzini dəyişə bilməmişdi.
Prezidentin ən kiçik oğlu Məcid 1979-cu ildə doğulub. Suriyada və kənarda Məcid haqqında yaxşı imic yoxdur. Onu “ana uşağı” sayırdılar. Bundan əlavə, Məcidin adı narkobizneslə bağlı qalmaqallarda da çox hallanıb. Odur ki, atası hesab edirdi ki, Məcid heç bir dövlət işinə və hərbiyə yaraya bilməz.
Bəşər Əsəd ailəsinin üçüncü övladıdır. O, ibtidai və orta təhsilini elit ərəb-fransız liseyi sayılan Dəməşqin “Huriyyə” məktəbində alıb. Məlumatlara görə, o yaxşı oxuyub və nümunəvi şagird olub. 1982-ci ildə liseyi bitirən Əsəd hərbi xidmətə gedib. Qayıdanda isə Dəməşq Unversitetinin həkim-oftalmoloq ixtisasına daxil olub.

1988-ci ildə unversiteti bitirən Bəşər Dəməşqdə yerləşən “Tişrin” hərbi hospitalında göz həkimi işləməyə başlayıb. Daha sonra 1991-ci ildə təkmilləşmə kursu üçün Londona gedib. Orada Bəşər prezident oğlu kimi tanınmasın deyə başqa ad altında “Müqəddəs Mariya” xəstəxanaında işləyib. İşlədiyi müddətdə Bəşər Əsəd beynəlxalq elmi simpoziumlarda iştirak edib, daha çox suriyalı siyasi intelektuallar dairəsində görünüb.

1994-cü ilin fevralında Bəşər Əsəd Londondan təcili olaraq Dəməşqə qayıtmağa məcbur olub. Buna səbəb atasının hakimiyyətdə varis kimi təsdiq etdiyi böyük qardaşı Baselin avtomobil qəzasında həlak olması idi. Hafiz Əsəd Bəəs Partiyasında müzakirələrdən sonra siyasi hakimiyyəti ötürmək üşün özünün varisi olaraq Bəşərin üzərində dayanmalı olmuşdu.

Bəzi məlumatlara görə, Bəşərin namizədliyini Hafiz Əsədə general Behcət Süleyman təklif edib. Beləliklə, Bəşər həkimlik karyerasına son verərək, atasının varisi postuna hazırlaşmağa başlayıb.

Vətənə qayıtdıqdan sonra Bəşər Homs şəhərindəki Hərbi Akademiyaya qəbul olunub və dərhal Respublika Qvardiyasının kapitanı rütbəsini alıb. Atası nüfuzlu və təcrübəli hərbçiləri onun hərbi hazırlığının artırılmasına cəlb edib. Bir sıra məlumatlara görə, Bəşər Əsədin 1994-1995-ci illərdə şəxsi hərbi məsləhətçisi rus zabiti olub. 1995-ci ildə Bəşər tank taboruna rəhbərlik etməyə başlayıb. Ona 1996-cı ildə mayor, 1997-ci ildə polkovnik-leytenant rütbəsi verilib. 1999-cu ildə isə polkovnik olub. 

Atası hələ sağ ikən Bəşər paralel olaraq dövlət işləri ilə də məşğul idi. O, Hafiz Əsədin siyasi müşaviri kimi vətəndaşların müraciət və şikayətlərinə baxır,  korrupsiyaya qarşı mübarizə üzrə büroya rəhbərlik edirdi.
Bəşər eyni zamanda ölkədə investisiya siyasətinə rəhbərlik edirdi. O, “yeni suriyalılar” adlandırılan gənc biznesmenlərin maraqları üçün lobbiçilk fəaliyyəti göstərirdi. Həmin dövrlər Bəşər həm də aktiv şəkildə xarici siyasətlə məşğul olmağa başlamışdı.

1994-cü ildən Bəşər Əsəd Suriya Kompüter cəmiyyətinə də rəhbərlik edirdi. Onun səyləri nəticəsində 1998-ci ilin sonunda Suriyada internet meydana çıxmışdı. 2000-ci ildən isə mobil telefonlar işləməyə başlamışdı.

Həmin vaxtlar Suriyada həmvətənliləri onu “Doktor Bəşər” çağırırdılar.

1999-cu ildə prezident Hafiz Əsədin səhhəti pisləşməyə başlamışdı. Bu səbəbdən o, hakim Bəəs Partiyasının əvvəlcədən planlaşdırılan qurultayını çağıra bilmədi. Bu qurultayda Bəşər partiyanın mərkəzi rəhbər orqanına gətirilməli idi. 10 iyun 2000-ci ldə Hafiz Əsəd ürəktutmasından vəfat etdi. Həmin gün parlament prezidentlik üçün lazım olan yaş həddini tələsik 40-dan 34-ə saldı. 11 iyunda Bəşərə general-leytenant rütbəsi verildi və o, ali baş komandan təyin edildi.
2000-ci il 17-20 iyun aralığında keçirilən Bəəs Partiyasının qurultayında Bəşər Əsəd baş katib seçildi. 27 iyunda prezident səlahiyyətlırini icra etməyə başladı. İyulun 10-da referendum nəticəsində Bəşər Əsəd 92,29 faiz səslə Suriya prezidenti seçildi.

Özünün ilk prezidentlik illərində Bəşər Əsəd həbsxanalarda olan siyasi məhbusları azad etmişdi. Onun prezidentlik fəaliyyətinin ilk dövrlərində Suriyada ilk müstəqil qəzet nəşr olunur, siyasi forumlar bərpa edilirdi. 2003-cü ilin martında parlamentə ilk dəfə olaraq müstəqil deputatlar da keçə bildi.
10 may 2007-ci ildə Bəşər Əsəd prezidentliyə vahid namizəd olaraq parlament tərəfindən təsdiq edildi. 27 may 2007-ci ildə 97,62 faiz səslə yenidən prezident seçildi.
Bəşər Əsəd 2000-ci ildə İngiltərənin paytaxtı Londonda tanış olduğu Əsma Əsəd ilə evlənib.
Əsma Suriyada ən tanınmış və hörmət edilən Hömsə şəhərinin sünni məzhəbli nümayəndələrindəndir. Əsmanın anası Suriyanın Böyük Britaniyadakı səfirliyinin birinci katibi olub, atası isə Kardioloji Mərkəzin aparıcı məsləhətçisi. Əsma Londonda doğulub və boya-başa çatıb. Əsma London universitetinin Krallıq Kollecində oxuyub, 1996-cı ildə oranı əla qiymətlərlə bitirib, kompüter elmləri üzrə elmi dərəcə və fransız ədəbiyyatı fakültəsinin diplomunu alıb. Ərəb, ingilis, ispan və fransız dillərini bilir. Təhsilini başa vurandan sonra “Deutshe Morgan Grenfill” (indiki “Deutsche Bank”da) ticarət və satış bölməsinin analitiki işləyib. 1998-ci ildə “İnverstment Banking Division of JP Morgan”a işləməyə keçib, beləcə üç il şirkətin Paris və Nyu-York ofislərində çalışıb.
2000-ci ildə toyları olarkən Əsmanın 20, Əsədin isə 30 yaşı var idi. Birinci ledi ilə prezidentin toy mərasimi dəbdəbəli və hay-küylü olmayıb, mərasimə yalnız qohum-əqrabaları və ərlə-arvadın dostları dəvət olunublar.
O zaman bu toy barədə bütün qəzetlər yazsa da, səhifələri yalnız Bəşərin şəkilləri bəzəyirdi. Bu təbii idi, Suriyada şəxsi həyat qapalı qalırdı.
Bəşər Əsədin anası heç vaxt ictimaiyyət qarşısında görünməmişdi, müsahibə verməmişdi. Əsmanın gəlişi ilə bu ənənəyə son qoyuldu. İlk dəfə suriyalılar prezidentin xanımını 2001-ci ildə gördülər. Bəşər Əsəd Bolqarıstan prezidentini qarşılayarkən həyat yoldaşı ilə gəlmişdi.
Suriyanın birinci ledisinin həyat tərzi və davranışları Şərq qadınlarına xas olan mövcud stereotiplərlə üst-üstə düşmürdü. Bu gənc və xarici görünüşcə diqqəti cəlb qadın cəmiyyət üçün açıq və siyasi cəhətdən fəal idi. Onu tez-tez televiziya ekranlarında da görmək olardı. Birinci ledi müsahibə verməkdən çəkinmir və bu zaman öz şəxsi fikirlərini, baxışlarını söyləyirdi.

Bəşər və Əsma Əsədin üç övladı – iki oğlu və bir qızı doğulub. Bəşər böyük oğlunu atasının şərəfinə Hafiz adlandırıb. Ondan kiçik oğlu Kərim adlanır, qızlarına Zeyn adı qoyublar. Prezident ailəsi hansı ölkəyə rəsmi görüşə gedirsə, uşaqlarını da özləri ilə aparırdı.
Suriyanın birinici ledisi Əsma Əsəd qadınların cəmiyyətdə rolunun artırılmasına yönəlik bir sıra mühüm sosial və humanitar layihələrə rəhbərlik edib. 2008-ci ilin avqust ayında Əsma Əsəd ərəb dünyasının ilk birinci ledisi tituluna layiq görülüb. Bu, ərəb dünyasında ən hörmətli ad hesab olunur. Bu titul hər il əhəmiyyətli sosial layihələrin reallaşdırılmasına cəhd göstərdiklərinə görə ərəb ölkələrindən birinin birinci ledisinə verilir.
Öz ölkəsini və xalqını şəxsi ambisiyalarının əsirinə çevirən diktatorlar çox vaxt aqibəti bəlli olan yolla gedirlər. Prezident kürsüsünü əldə saxlamaq üçün kütləvi repressiyalar, işgəncələr, total qorxu və nəzarət kimi sərt metodlardan istifadə edirlər.
Bəşər Əsəd də bu yolla getdi... Nəticədə Suriyada iç savaş başladı, ölkə parçalandı, silahlı qruplaşmalar meydana çıxdı…
Suriyada vəd etdiyi islahatları gerçəkləşdirməyən Bəşər Əsədə qarşı xalq hərəkatı 2011-ci il martın 15-də ölkənin cənubundakı Dera şəhərində bir qrup tələbənin məktəbin divarına “Ey həkim, növbə sənindir!” yazması ilə başlayıb. O günlər ərəb ölkələrində liderlərin devrildiyi “ərəb baharı” günləri idi. O vaxtdan bəri 13 ildir milli barışıq yolunda önəmli addımlar atmayan Bəşər Əsədə vəd olunan növbə çatdı...
Suriyada 13 illik vətəndaş müharibəsinin sonunda Bəşər Əsəd rejimi devrildi. Noyabrın 27-dən üsyana qalxan “Heyət Təhrir əl-Şam” (HTŞ) müxalif silahlı qruplaşması 12 gün ərzində paytaxt Dəməşqə çatdı. 8 dekabr 2024-cü il tarixindən devrilən prezident Bəşər Əsəd İran və Rusiya kimi himayədarlarından dəstək olmayanda çarəni ölkəsini tərk edib qaçmaqda gördü...
Beləliklə, Suriyada Bəəs partiyasının 61 illik hakimiyyəti sona çatdı.
A.Qorxmaz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Dekabr 2024 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see170

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see149

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see139

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see135

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see134

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see133

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see131

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see129

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see126

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see126

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see125

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see121

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see121

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see120

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see119

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri