Göz xəstəliklərini erkən mərhələdə aşkar edən yeni üsul
Icma.az, Saglamolun portalına istinadən məlumat verir.
İNQİLABİ KƏŞF
Yaponiyanın Kobe Universitetindən olan alimlər göz xəstəliklərinin, xüsusilə diabetik retinopatiyanın erkən mərhələdə diaqnostikasında yeni texnologiya hazırlayıb. Yeni metod immun hüceyrələrin, yəni mikroqliyanın retina daxilindəki aktivliyini görməyə imkan verir. Bu isə xəstəlik əlamətləri hələ aşkarlanmazdan əvvəl baş verən dəyişikliklərdir.
Tədqiqat zamanı alimlər siçanlar üzərində xüsusi baş fiksatoru, kontakt linzalar və xüsusi obyektivdən istifadə edərək canlı retina görüntüləri əldə edib. Nəticələr göstərib ki, diabet zamanı mikroqliya hüceyrələri hiperaktiv hala gəlir. Bu da iltihabi proseslərin damarların zədələnməsindən əvvəl baş verdiyini göstərir.
Araşdırma çərçivəsində sınaqdan keçirilmiş Liraglutid adlı dərman vasitəsi mikroqliyanın aktivliyini normallaşdırıb. Maraqlısı odur ki, bu təsir qan şəkəri səviyyəsinə təsir etmədən əldə olunub. Bu isə yeni müalicə və diaqnostika üsullarının inkişafına yol açır.
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 14 Oktyabr 2025 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















