Icma.az
close
up
RU
Göz yaşları içində gülüş , yaxud Polyanna sindromu Günel Musa yazır

Göz yaşları içində gülüş , yaxud Polyanna sindromu Günel Musa yazır

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Günel MUSA

Bəzən işlərimiz ürəyimizcə getmir. Elə anlar olur ki, günlər normal günlərdə olduğundan daha uzun, gecələr daha darıxdırıcı gəlir insana. Kədər boğazımızda bir düyün olub udqunmağımıza mane olur. Gah özümüzdən, gah da ətrafdan qaynaqlanan səbəblərdən bir bədbinlik qucaqlayır mənliyimizi. Hər birimiz zaman-zaman bizi əsir alan bu hissdən xilas olmaq üçün yardım gözləyirik. Günümüzdə hisslərimizi olduğu kimi yaşamaq və ifadə etmək hardasa mümkünsüzdür. Hamımızın dilinə dolanan bir "Yaxşıyam" kəlməsi var. Bəlkə də son illər şahid olduğumuz fəlakətlər, öz halımıza şükür etdirəcək itkilər, əziyyətlər yaşandığı üçün hər işin yaxşı tərəfini görməyə məcbur edirik özümüzü. Ədəbiyyatda "faciəli optimizm" adlanan bu vəziyyət həyatın gətirdiyi qaçılmaz faciələr içərisində insanın özünə bir yol tapması, hər anın içərisində xoşbəxt olmaq yox, bir məna axtarmaq, qısası, narahatlığın içində rahat olmağı öyrənməkdir. Hərdən mənə elə gəlir ki, hisslərimizin fərqində olub onlara axıb getməsi üçün zaman vermək lazımdır. Bəlkə elə Dantenin dediyi kimi, "cənnətə gedən bütün yollar cəhənnəmdən keçir"?! Hər gün milyonlarla insanın zülm çəkdiyini, hətta öldüyünü göz önünə gətirdikdə yaşadığımız dövrdə "faciəli optimizmə sığınmağa məcbur hiss edirik özümüzü. "Olum, ya ölüm - budur məsələ!.. Ölmək yatmaqdır sadəcə! Düşünün ki, ancaq yatmaqla bitə bilər bütün ağrıları ürəyin" - təxminən belə düşünür Şekspirin Hamleti. Çexovun Sonyası isə "Nə edə bilərik, yaşamaq lazımdır, yaşayacağıq, çox uzun günlər, boğucu axşamlar keçirəcəyik. Alın yazımızın bütün imtahanlarına səbirlə qatlanacağıq!" - deyə səslənir içində sıxılıb qaldığı dünyasından. Kədər və bədbəxtlik, təəssüf ki, təkcə romanlarda, filmlərdə, tamaşalarda deyil, həyatın hər yerində qarşımıza çıxır. Bədənin hər hansı bir yerində hiss edilən fiziki ağrı narahatlığın, ya da xəstəliyin səbəbi deyil, nəticəsidir. Çünki ağrı xəstəliyə səbəb ola bilməz. Xəstəlik olduğu üçün ağrı var. Xəstəlik bir səbəbdən bədəndə olub ağrı şəklində özünü büruzə verir. Hamletin, Sonyanın, ya da hər hansı birimizin psixoloji ağrı içində belə olduğunu düşünsək, bir insanın ağrısının hər hansısa bir şəkildə meydana çıxma səbəbinə baxmaq lazımdır.

İkinci Dünya müharibəsində əsir düşərgəsindən xilas olaraq həyatda qalmağı bacaran avstriyalı nevroloq, filosof Viktor Franklın əsasını qoyduğu logoterapiyaya görə, insanın faciələr qarşısında müsbət və konstruktiv tərəflərini ortaya çıxara biləcəyi təməl keyfiyyət onun inamıdır. Frankl üçün məna 3 əsas mənbədən bəslənir: məqsədli çalışmaq, bir şeyi və ya bir kəsi bütün qəlbi ilə sevmək, çətinlik və əzablar qarşısında cəsarətli olmaq. O, kənar təsirlərin nə olmasından asılı olmayaraq həyata münasibətimizi seçə biləcəyimiz fikrini müdafiə edir. Yəni ən pis vəziyyətdə, hətta cəhənnəmdə yaşasaq belə, biz həyata baxış bucağımızı seçməkdə tam azadıq. "Faciəli optimizm" anlayışı da məhz bu ideyadan doğur.

Mahiyyətində heç bir məna olmayan ağrıya bir anlam qazandırmağa çalışan məşhur psixoanalist - yazıçı Xuan David Nasio da əzabın içərisində nə bir dəyər, nə də bir məna olduğunu, ağrını azaltmaq üçün onu başqa bir şeyin ifadəsi kimi düşünmək və bir simvola çevirərək reallıqdan çıxarmaq lazım olduğunu deyir. Nasio düşünür ki, bu amansız bir hiss olan əzaba qarşı daha dözümlü olmağın ən yaxşı və yeganə terapiya yoludur. Belə nəticəyə gəlmək olar ki, içimizdəki əzab adlanan şeydən xilasın yeganə yolu düşüncədir.

Bütün ağrı və bədbəxtliyə rəğmən, yaşaya bilmək üçün düşüncə və fəlsəfənin nə qədər vacib olduğunu ən yaxşı ifadə edənlərdən biri də ispan filosofu esseist Xose Orteqa-i Qassetdir. Ona görə, düşünmək yaşamağı bacara bilməkdir. Orteqa-i Qasset insanın problemləri arasında özünü itirib ətrafında baş verənlər içində batdığı hissinin yaratdığı vəziyyətə "başqalaşdırma" adını verir. Bu vəziyyətdə insanın öhdəsinə düşən şey güclü bir çaba ilə özünün daxili dünyasına çəkilərək ətrafındakı xaosa hakim olmaq imkanları haqqında fikir yaratmaqdır.

İnsan həyatı boyu xoşbəxt, problemsiz, qayğısız yaşasaydı, bunun bir mənası olardımı? Bu sualın cavabını məşhur alman filosofu Maks Şeler verib. Şelerə görə, faciə kainatın vacib elementlərindən biridir və o hər şeydən əvvəl hadisələrin talelərin içində olan bizim müşahidə etdiyimiz bir xüsusiyyətdir. Şeler iddia edir ki, hətta faciədən qaynaqlanan ağrı bir nəfəs kimidir və bu nəfəsdə dünya quruluşunun müəyyən xüsusiyyəti görünür.

Optimizm son 20 ildə dünyada bir çox tədqiqatçının diqqətini çəkir. Realist olduğunu iddia edənlər optimist olmağı axmaqlıq sayırlar. Ancaq aparılan bir çox araşdırma göstərir ki, optimistlər əsl realistlərdir. Optimizm psixoloji xəstəliklərə yaxalanma riskini azaldır. Alimlər hesab edir ki, optimist insanlar daha uğurlu və yaradıcı olurlar. Pozitiv psixologiyanın qurucusu Martin Seliqman da insanın uğurunu üç şeyin müəyyənləşdirdiyini deyir: qabiliyyət, motivasiya və optimist olmaq. 

Əlbəttə, optimist olmaq bütün problemlərimizin həlli yolu deyil və insanın yerli-yersiz bütün vəziyyətlərdə optimist olması "zəhərli optimizm" adlanır. Tez-tez sosial şəbəkələrdə şəxsi və bəşəri problemlər, faciələr, dərdlər ilə lağlağı edən bir kütlə ilə qarşılaşırıq. Onlar hər zaman xoşbəxtlik pozaları verməyə proqramlanmış, hər şeyə stəkanın dolu tərəfindən baxmağa formatlanmış, sanki qətiyyən bədbin olmağa ixtiyarları çatmayan insanlardır. Dərdləri olsa belə, elə bil xoşbəxtlik standartını qorumağa məhkumdurlar. Əks təqdirdə xoşbəxt olmadıqları üçün özlərini günahkar hiss edərlər. İngilis nəzəriyyəçisi və ədəbi tənqidçi Terri İqlton qələmə aldığı "Optimist olmayan ümid" adlı kitabında qeyd edir ki "Çilli və ya yastıpəncəli olmaq nə qədər fəzilət sayılırsa, optimist olmaq da ancaq o qədər fəzilətdir". Çünki optimizm də fatalizmin bir növüdür və qeyd-şərtsiz itaət və sədaqət tələb edir. Müasir dövrün və şəhər həyatının klaustrofobik məkanları insanlardan eyni şeyi gözləyir: sədaqət və itaət.

İnsan bütün həyatını Polyannanın "Xoşbəxtlik oyunu" düşüncəsi ilə yaşayarsa, nə baş verər? Həddindən artıq pessimiz qədər "Zəhərli optimizm"in bir çox problemlərə yol aça biləcəyini də nəzərə almalıyıq. Məsələn, vaxtında yaşamadığımız kədər nikbinliyin tətikləməsi ilə gözləmədiyimiz bir anda həyatımıza daha güclü bir kədər olaraq qayıdır. Hisslərimiz özümüz haqqında vacib məlumatlar verir və onlar daxilimizdə xoşbəxtliyə, doyuma gedən yolda bələdçimiz ola bilər. Ona görə də emosiyalarımızı, neqativ hisslərimizi boğmaq özümüzü dəyərsiz hiss etməyimizə səbəb olar. Həddindən artıq optimist düşüncə mütəmadi istismar olunmağımıza şərait yaradır. İnsanların hər zaman yaxşı tərəfini görməyə çalışaraq pislikləri bağışlamaqla yaşadığmız istismarın ciddiliyinin fərqində olmuruq. Bu da bizim gələcəkdə daha ağır zərbələr almağımıza yol açır. Yekun olaraq, istər neqativ, istərsə də pozitiv olsun bütün hisslərimizi sahiblənib, onları tam hissetmək insan olmağın və yaşadığımızı hiss etməyin bir parçasıdır. Yerinə, vəziyyətə və ruh halımıza görə əzab çəkməyi də, göz yaşları içində gülümsəməyi də öyrənməliyik.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Aprel 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri