Icma.az
close
up
RU
Prezident İlham Əliyevin AMEA nın 80 illik yubileyindəki çıxışına həsr olunmuş dəyirmi masa keçirilib FOTO

Prezident İlham Əliyevin AMEA nın 80 illik yubileyindəki çıxışına həsr olunmuş dəyirmi masa keçirilib FOTO

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Dekabrın 3-də Sosial Tədqiqatlar Mərkəzində (STM) Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyindəki çıxışına həsr olunmuş “Sosial və siyasi elmlər müasir çağırışlar qarşısında: beyin mərkəzləri, akademik elm və universitetlərin vəzifələri” mövzusunda dəyirmi masa keçirilib.

Moderator.az xəbər verir ki, tədbirdə Milli Məclisin İnsan hüquqları komitəsinin və Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc çıxış edib. O bildirib ki, Prezident İlham Əliyevin yubiley mərasimindəki çıxışı Vətən müharibəsində Qələbənin beşinci ildönümü ilə bağlı qalibiyyət ruhunu alimlərlə bölüşmək və elmi hədəflərə yönəltmək məqsədini daşıyıb. Prezident çıxışında Azərbaycan dilinin qorunmasının vacibliyi, tarixi və mədəni irsin təbliği, süni intellekt, kibertəhlükəsizlik, sənaye və hərbi sənayenin inkişafı, bərpaolunan enerji və geoloji kəşfiyyat sahələrinə diqqət çəkilib. Dövlətimizin başçısı, həmçinin tariximizin elmi əsaslarla öyrənilməsi və toponimlərin qorunmasının əhəmiyyətini qeyd edib.

Daha sonra Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov, AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, ADA Universitetinin Dövlət idarəçiliyi və akademik məsələlər üzrə prorektorun müavini Anar Vəliyev, Təhsil Problemləri İnstitutunun direktor müavini Fuad Çıraqov, UNEC-in Elm Populyarlaşdırılması Mərkəzinin rəhbəri Etibar Əliyev, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, professor İsaxan Vəliyev və digər ekspertlər çıxış ediblər.

Vurğulanıb ki, elmi fəaliyyət gənc tədqiqatçılar üçün həm bilik mənbəyi, həm də milli inkişafın aparıcı dayağıdır. Prezident İlham Əliyevin alimlərə ünvanlanan çıxışı bütün tədqiqatçılar üçün daimi istinad nöqtəsi olmalıdır.

Çıxışlarda elmin inkişafı, təhsil inteqrasiyası, beyin mərkəzlərinin rolu, qlobal təhlükəsizlik çağırışları, dövlət idarəçiliyinin akademik əsasları və yeni tədqiqat istiqamətləri kimi mövzular geniş müzakirə olunub.

Tədbir ekspert müzakirələri və sual-cavab sessiyası ilə davam edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:54
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Dekabr 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri