Gözdən əlil cütlük: Təzə ailə qurduğumuz vaxtlar həmişə qorxurdum ki, ayrılacağıq
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Arzunun vaxtı" verilişinin yeni buraxılışının qəhrəmanları gözdən əlil cütlük Eltun və Fatimə Cəfərovlar olublar.
Proqramda Fatimə Cəfərova həyat yoldaşı Eltuna olan sevgisini belə ifadə edib:
"Onu çox sevirəm, varlığını hiss etmək mənim üçün çox önəmlidir. O, mənə sahib çıxır, çəkdiyim əziyyəti dəyərləndirir. Həyatda yaşama səbəbim bir qızım və bir də Eltundur".
Eltun Cəfərov isə "onu görmədiyim zaman darıxıram. Təzə ailə qurduğumuz vaxtlar həmişə qorxurdum ki, ayrılacağıq" deyib. Cütlük, həmçinin tanışlıq hekayələrini də bölüşüb.
"Eltunun qohumu onun adından mənə mesajlar yazmağa başladı. Mən də təsirə düşərək Eltuna aşiq oldum. Sonra isə danışmağa başladıq", - deyə Fatimə bildirib.
Ətraflı Baku TV-nin videomaterialında::
Gözdən əlil cütlük: "Təzə ailə qurduğumuz vaxtlar həmişə qorxurdum ki, ayrılacağıq"


