Gözdən əlilliyi olan şəxslər üçün növbəti peşə kursuna başlanıb
Icma.az bildirir, 525.az portalına istinadən.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən gözdən əlilliyi olan şəxslərin məşğulluğuna dəstək məqsədilə növbəti peşə hazırlığı kursuna başlanıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən 525.az-a verilən məlumata görə, agentliyin Bakı Peşə Hazırlığı Mərkəzi və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin əməkdaşlığı çərçivəsində təşkil olunan kurs kompüter operatoru peşəsi üzrədir.
Xüsusi proqram əsasında kursa qeyd edilən kateqoriyaya aid 35 nəfər işsiz şəxs cəlb olunub.
Kurs başa çatdıqdan sonra buraxılış imtahanından müvəffəqiyyətlə keçən müdavimlərə sertifikatlar veriləcək və onların müvafiq sahə üzrə işlə təmin olunmalarına dəstək göstəriləcək.
Peşə hazırlığı kursu iki ay davam edəcək və cəlb olunan müdavimlərə aylıq təqaüd də ödəniləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 30 İyul 2025 23:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















