Icma.az
close
up
RU
Gözəgörünməzlər içərisində gözə görünən yazar

Gözəgörünməzlər içərisində gözə görünən yazar

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Dünyada söz və fikir qədər dəyərli heç nə yoxdur. Bəlkə elə bu səbəbdəndir ki,  ədəbiyyatla bağlı sonsuz fikirlər söyləmək, müxtəlif mülahizələr irəli sürmək mümkündür. Bu dəfə haqqında söhbət açacağım gənc yazar Azərbaycan ədəbiyyatının  söz adamları arasında önəmli yerlərdən birini tutur. 1990-cı ilin bir payız günündə Bakının Yeni Suraxanı qəsəbəsində dünyaya göz açmış Nemət Mətinin həyata olan baxışı da fərqlidir. Bunu qələmə aldığı hekayələrində də görmək mümkündür. O, yaradıcılığa ictimai-sosial hadisələri və psixoloji problemləri özündə əks etdirən məqalələr yazmaqla başlasa da, sonra ədəbi-bədii yazılar yazmağı qərara alıb. Bir-birinin ardınca maraqlı hekayələr yazan gəncin bu arzusu da gerçəkləşir. Yazıları yerli mətbu orqanları ilə yanaşı, bir sıra əcnəbi ölkələrin nəşriyyatlarında dərc olunmağa başlayır. Bədii yaradıcılığa 2012-ci ildə başlayan Nemət Mətini başqalarından fərqləndirən əsas cəhət olduğu, yaşadığı mühitdə baş verən hadisələri daha aydın müşahidə edib, düşüncələrində olduğu kimi göstərməkdir. Bu gənc yazar nə vaxtsa gördüyü, eşitdiyi hadisələri də bura əlavə edərək, hekayələrini öz yazıçı təxəyyülü ilə daha da zənginləşdirir. 

Yazıçı deyir ki, əgər bir yazıçı ədəbi mühitdə inkişaf etmək istəyirsə oxucunun qəlbinə yol tapan yazılar yazmalıdır. Yəni, daha səlis yazıb aramla hərəkət etməli, kəmiyyətdən çox keyfiyyətə üstünlük verməlidir. Azərbaycan dilini yazılarında düzgün istifadə etməyi bacaran yazıçı oxucunu əsərlərində baş verən hadisələrin gerçək olduğuna inandırmağa çalışır. 

Nemət Mətinin “Sonuncu Uçuş” adlı hekayələr  kitabı 2020-ci ildə Türkiyədə nəşr olunub. İlk kitabı isə “Ədəbiyyat və kütlə” adlanır. “Gözəgörünməzlər” adlı növbəti, üçüncü kitabı onu oxuculara daha çox sevdirib. 

Hazırda ilk romanı üzərində işləyən yazıçının ədəbi mühitdə deyəcəyi çox sözü var. Həyatda özünü tapa bilməyən, çətinliklərlə üzləşən və daim mübarizə yolunu seçən insanların həyatından yazmağı daha çox sevir. Ana dilinə xüsusi sevgi bəsləyən bu vətənpərvər gənc Azərbaycan ədəbiyyatına daha çox müraciət edir. Düşünür ki, doğma dildə yazılan kitabları oxumaq gənc yazarlara həm danışıq, həm də yazı dilində cümləni düzgün istifadə etməyə yaxından kömək edir. İnsan öz ana dilində nəsə oxuyanda, yazanda sanki başqa aləmə düşür. Bu da ona yazıb-yaratmaq üçün böyük ruh yüksəkliyi verir.Tərcümə olunmuş kitabları oxuyanda isə o hissi duya bilmirsən. Nə qədər güclü tərcümə olunsa da onu orijinaldan oxumaq daha yaxşıdır. Kitab sərgilərində də iştirak edən Nemət Mətin oxucularını görəndə çox sevinir. Onun fikrincə, böyük ruh yüksəkliyinə səbəb olan bu insanlar gəlib yazıçı ilə tanış olur, onun söz dünyasına bir anlıq da olsa səyahət edirlər. Yazıçı fikirləşir ki, sərgilərdə daha tez-tez iştirak etmək üçün yeni kitab nəşr etdirməlisən. Nemət Mətin də belə yazarlardandır. Özünün də dediyinə görə, ildə iki və ya üç sərgidə iştirak edir. 

Biz də öz növbəmizdə bu gənc yazara yeni yaradıcılıq uğurları arzuladıq. 

Sonda onu da xatırladaq ki, Nemət Mətin “Edebiyyat.az” saytının baş redaktoru və “Biz” klubun üzvüdür. 

Fidan SALMANOVA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Noyabr 2024 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see485

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see278

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see263

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see254

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see253

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see253

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see246

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see246

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see238

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see224

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see219

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see218

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see218

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see213

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see211

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see209

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see204

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see198

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see197

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri