Icma.az
close
up
RU
Gözəlləşəndə şikəst olanlar 100 kosmetoloq a iş açıldı

Gözəlləşəndə şikəst olanlar 100 kosmetoloq a iş açıldı

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kosmetologiya, plastik-estetik cərrahlıq və o sahələrə müraciət edənlərin sayı günü-gündən artır. Gözəlləşmək isə bəzən insanın bütün sağlamlığını əlindən alır. Lisenziyasız, tibb təhsili olmadan həkim-kosmetoloq, plastik-estetik cərrah kimi çalışanların xəstələrə vurduğu ömürlük ziyanlar – çapıqlar, qüsurlu toxumalar, yaralar, çürüyən bədənlər təəssüf ki, tez-tez gündəmə gəlir. "Ucun ətin şorbası"na qaçanlar isə  çox zaman ömürlük travma ilə yaşayırlar.

Bəs görəsən, ötən il və bu ilin yanvar ayının ilk yarısında sözügedən şəxslərlə bağlı neçə şikayət əsasında yoxlama aparılıb? Onlara hansı cəzalar, cərimələr tətbiq olunub?

Səhiyyə Nazirliyinin Analtik Ekspertiza Mərkəzindən Lent.az-ın sorğusuna cavab olaraq bildirildi ki, 2025-ci il ərzində və 21.01.2026-cı il tarixinədək müddətdə vətəndaş şikayətlərinə və mediada yayılan məlumatlara əsasən plastik, estetik, rekonstruktiv cərrahiyyə əməliyyatları üzrə plandankənar yoxlamalar həyata keçirilib:

“26 özəl tibb müəssisəsində yoxlama keçirilib, 12 hüquqi şəxsə və 23 fiziki şəxsə protokol yazılıb. Bu protokollardan 12-si İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi (Sertfikasiyadan keçmədən özəl tibbi praktika ilə məşğul olma), 2-si  215.4 və 215.1  (Sertfikasiyadan keçmədən özəl tibbi praktika ilə məşğul olma və Lisenziyadan kənar fəaliyyət), 17-si 215.1 (Lisenziyadan kənar fəaliyyət), 2-si– 602.4 (Müəssisə rəhbəri yoxlamaya şərait yaratmadığı üçün plandankənar yoxlamanın keçirilməsi mümkün olmaması) və 2 protokol – 210.1 (Lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma) üzrə tərtib edilib.

Daxil olan şikayətlər əsasında kosmetoloji işlər üzrə plandankənar yoxlamalar həyata keçirilib. Ümumilikdə, 12 gözəllik salonu və ya tibb müəssisəsində yoxlama aparılıb, 10 hüquqi şəxsə, bundan başqa 55 kosmetoloq və ya kosmetoloji işlə məşğul olan şəxsə protokol yazılıb.

34 protokol – İXM-in 210.1-ci maddəsi, 20 protokol – 215.1-ci maddəsi, 8 protokol – 215.4-cü maddəsi, 1 protokol – 215.1 və 215.4-cü maddələr, 2 protokol - 602.4-ci maddələrinə əsasən tərtib edilərək, növbəti icraata göndərilib”.

AEM-dən bildirildi ki, qanunsuz fəaliyyətlə rastlaşdıqları zaman vətəndaşların mərkəzə bir neçə formada müraciət edə bilərlər:

“Vətəndaşlar aptek təşkilatlarında və özəl tibb müəssisələrində qanunsuz fəaliyyətlə yaxud şübhəli hallarla rastlaşdıqda “Bir pəncərə” sektoruna,  (012) 596 05 20 qaynar xəttinə, yaxud [email protected] e-mailinə, eləcə də www.pharma.az-a (“Müraciət” bölməsi) müraciət edə bilərlər.

Daxil olan bütün müraciətlər qanunvericiliyə uyğun şəkildə araşdırılır, zərurət olduqda həmin müəssisələrdə plandankənar yoxlamalar həyata keçirilir”.

Məsələnin problemli kökü ondan ibarətdir ki, bir çox hallarda bu kimi “həkim” və “kosmetoloq”lar şikayət daxil olana kimi onlarla prosedur icra edir, fəaliyyətlərini davam etdirirlər. Yalnız şikayətlərdən sonra onların fəaliyyəti məhdudlaşır.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli Lent.az-a açıqlamasında bildirib ki, öz sahəsinə aid olmayan işləri görənlər, insan sağlamlığına zərər verənlərə qanunvericilik çərçivəsində ciddi cəzalar verilməlidir:

“Müvafiq tibb ixtisası, sertifikatı olmayan, həmçinin bütün texniki prosedurlardan keçməyən istənilən həkim, orta tibb işçisi insan sağlamlığı üçün təhlükə yaradır. Ümumiyyətlə, bu şəxslərin öz ixtisaslarına uyğun olmayaraq fəaliyyət göstərmələri qəti formada uyğun deyil və bu addımın qarşısı hər vasitə ilə alınmalıdır.

Sahibkarlıq subyektlərinin auditi Səhiyyə Nazirliyi və digər məsul orqanlar tərəfindən müəyyənləşmiş qaydalara uyğun şəkildə aparılır. Bu audit həm də əsassız yoxlamaların qarşısını almaq üçün tətbiq olunur. Lakin bir çox hallarda bu kimi pozuntularla qarşı-qarşıya qaldığımıza görə plandankənar yoxlamaların aparılması da vacibdir. Burada konkret hansısa vətəndaş müraciətindən, auditdən söhbət gedir. Mənim fikrimcə, insan sağlamlığı həddindən çox vacib olduğu üçün burada fərqli yanaşma tətbiq olunmalıdır. Ən azından qrafik əsasında müəyyənləşmiş müddət ərzində bütün müəssisələrdə nəzarət mexanizmi qurulmalıdır. Yaxud da hər 6 ayda bir tibb müəssisəsi tərəfindən Səhiyyə Nazirliyinin Analtik Ekspertiza Mərkəzinə rəsmi şəkildə məlumat göndərilməlidir ki, həqiqətən də orada çalışanlar öz ixtisaslarına uyğun şəkildə fəaliyyət göstərirlər. Bu addımın müsbət tərəflərindən biri də müəssisələrin öz üzərlərində nəzarət mexanizminin olmasını hiss etmələridir.

Öz sahəsinə uyğun olmayan, insan sağlamlığına zərər verən, eləcə də qanunvericiliyə uyğun olmayan formada tibb fəaliyyəti göstərən şəxslərə qanunvericiliyin bütün normaları ciddi formada tətbiq olunmalıdır. Bu, həm öz ixtisası üzrə yetişmiş mütəxəssislərə qarşı haqsızlıqdır, həm də insanların sağlamlığına qarşı məsuliyyətsiz davranış gələcəkdə ağır nəticələrə gətirib çıxarır. Mütləq bu prosesin qarşısını almalıyıq”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla Lent.az-a açıqlamasında qeyd edib ki, problem Azərbaycan səhiyyə sistemində akkreditasiya sisteminin olmamasıdır:

“Bu problem təbabətin əksər sahələrində, o cümlədən gəlirli hesab olunan kosmetologiya və estetik cərrahlıqda mövcuddur. Təəssüf ki, lisenziya sistemini indiyə qədər tətbiq edə bilməmişik. Hələ də əndirəbadi sertifikasiya imtahanı kimi üsullar davam edir. Bunların tibb elminin inkişafına faydası yox, ziyanı var. Bundan fərqli olaraq akkreditasiya sistemi yaradılmalı, uğurla tətbiq olunmalı və hər bir həkimə fəaliyyət lisenziyası verilməlidir. Belə olduqda heç kim bu lizensiyadan kənara çıxa bilməyəcək, pozuntuya yol verdiyi təqdirdə hüquqi məsuliyyət yaranacaq. Amma indi gedib hansısa həkimə “sən niyə kosmetoloji prosedurlar aparırsan?” deyib, istinad edə biləcəyimiz hüquqi mexanizm yoxdur ki, onun fəaliyyətini qadağan edək. Bu baxımdan lisenziya akkreditasiya sistemində xüsusi təlimatlar olur: kim hansı sahə ilə məşğul ola bilər, onun təhsil səviyyəsi, tələbləri nələr olmalıdır. Lisenziya da məhz bunun əsasında verilir. Bəs görəsən, Azərbaycan səhiyyəsi hələ də nəyə görə bu sistemə keçə bilmir? Deməli, ortada başqa maraqlar var, məsələ budur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:288
embedMənbə:https://lent.az
archiveBu xəbər 27 Yanvar 2026 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see336

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see308

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see268

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see252

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see250

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see246

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see241

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see233

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see230

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see227

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see217

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see216

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see214

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see209

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see207

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see204

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see202

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see201

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see186

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri