Icma.az
close
up
RU
Gözəllik ondursa doqquzu dizayn, bəzəkdir

Gözəllik ondursa doqquzu dizayn, bəzəkdir

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Getdiyimiz bütün məkanlarda gözoxşayan dizayn ilə hazırlanmış al-əlvan dekor işləri həmişə diqqətimizi cəlb edir. Müasir dövrdə bütün bu işlər müxtəlif dizayn və dekor şirkətləri tərəfindən həyata keçirilir. Artıq 10 ildən çoxdur fəliyyət göstərən “Bakı Strafor Kəsim” MMC də belə məkanlardandır.

Bura Bakının mərkəzindən xeyli uzaq məsafədə – Mərdəkanda yerləşir. Bir çox tədbirlərdə gördüyüm qeyri-adi əl işlərinə olan həvəsim və marağım məni bura gətirib çıxardı. Ustalar hər biri öz işini peşəkarlıqla yerinə yetirirdi. Kimisi, strafor (penoplast) üzərində oyma işləri görür, dizayn verir, kimisi də hazır olan maketi boyayırdı. Şirkətin rəhbəri Nahid Eminov və ofis meneceri Zeynəb Nəsirova bizi mehriban qarşıladılar. Nahid bəy sahibkar vəzifəsinə peşə təhsili ilə yüksəldiyini dedi:

– Mədəniyyət və Sənətkarlıq üzrə Peşə Təhsil Mərkəzindən “Tornaçı” ixtisası üzrə məzun olmuşam. Öz işimin sahibi olana qədər çətin yollardan keçmişəm. Uzun illər başqa bir müəssisədə usta kimi çalışırdım. Daha sonra bu kiçik emalatxananı yaratdım. Burada rəssam və dizayner kimi işləməyə başladım. Hazırda həm dizayner, həm də rəhbər kimi fəaliyyət göstərirəm. Şirkətin əsas məqsədi dövlət əhəmiyyətli tədbirlərin yüksək səviyyədə təşkil olunmasıdır. Çox sayda maraqlı layihələrə imza atmışıq. Ən yaddaqalan işimiz isə Şuşada – Cıdır düzündə nümayiş olunan səməni maketi idi.

Nahid Eminov məhsulların hazırlanma prosesindən də danışdı:

– Bizimlə bir çox rəssam, heykəltəraş və dizaynerlər əməkdaşlıq edirlər. Straforun üstünlükləri çoxdur. Sifarişlərin tez və vaxtında hazırlanması üçün olduqca əlverişli materialdır. Mənfi cəhəti isə kövrək olmasıdır. Biz bunu istehsal zamanı nəzərə alır, daha davamlı materiallardan istifadə edirik. Bütün mərhələlər yüksək dəqiqlik və ən son texnologiyalar ilə həyata keçirilir. Şirkətimizdə dövlət əhəmiyyətli tədbirlərdən əlavə, 3d və 2d dizaynda toy və ad günü dekorlarının kəsimi, hazırlanması və qurulması işləri də icra olunur. Müştərinin sifariş etdiyi eskizləri əvvəlcə dizaynerlər hazırlayır. Bunun üçün Siensi adlanan aparat vasitəsilə kəsimlər həyata keçirilir. Müəyyən hissələr kəsildikdən sonra heykəltəraşlar tərəfindən yonulma prosesinə başlanır. Sonra hazır olan maketləri ustalar xüsusi maye ilə üzləyir, daha gözəl və əlvan görünməsi üçün örtük çəkirlər. Sonda isə rəssam tərəfindən boyama texnikası həyata keçirilir.

N.Eminovdan bu iş üçün tələbə hazırlayıb-hazırlamadıqlarını da soruşduq. Bildirdi ki, bu sahəyə marağı olan tələbələr var ki, oxuduqları peşə liseyindən təcrübə keçmək üçün müraciət edirlər. Ötən il Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən 5 saylı peşə liseyindən bura müraciət olunmuşdu və 4 tələbə təcrübə keçməyə gəlirdi. Artıq həmin təhsil ocağında dekor-dizayn tərtibatı işləri üzrə ayrıca fakültə yaradılıb. Məhz yaradıcılığın bu sahəsi ilə məşğul olan tələbələr orada təhsil alırlar. Onlarla əməkdaşlıq etmək üçün müqavilə imzalanıb.

Xatırladaq ki, əsası 2013-ci ildə qoyulmuş bu şirkət yarandığı gündən korporativ və özəl tədbirlərin, o cümlədən şəhər və dövlət miqyaslı geniş tədbirlərin peşəkar səviyyədə təşkil edilməsi ilə fərqlənir. Şirkət çox sayda maraqlı və müxtəlif layihələrə imza atmışdır. Mərkəz Azərbaycan Hava Yolları, Gənclər və İdman Nazirliyi, “Nargis Fund”, Heydər Əliyev Fondu, bir sıra dövlət və özəl müəssisələri ilə əməkdaşlıq edir.

Fidan SALMANOVA
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Aprel 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see466

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see307

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see305

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see297

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see243

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see240

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see227

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see227

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see222

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see219

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see215

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see213

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see209

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see208

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see206

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see198

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see193

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see190

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see188

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri