Icma.az
close
up
RU
“Gözəllik inyeksiyaları”

“Gözəllik inyeksiyaları”

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Gözəllik inyeksiyaları” (botoks və s.) köməyilə alında və qaşların arasındakı mimiki qırışları, burun-ağız ətrafındakı və gözlərin yanındakı qırışları aradan qaldırmaq olar.

Mimiki qırışlar ona görə əmələ gəlir ki, üzümüz daima “hərəkət edir” - biz gözümüzü qıyırıq, gülürük, gülümsəyirik və s. Metodun mənası ondan ibarətdir ki, dəri altına bəzi üz əzələlərini hərəkətsiz edən xüsusi preparatlar yeridilir. Nəticədə dəri hamarlaşır. Qırışlar dərhal deyil, bir neçə gün ərzində yox olur. Preparatın təsiri 5-6 ay davam edir. Preparatlar mimiki qırışlara nazik iynələrlə yeridilir. Hər bir sahəyə 10-15 iynə vurmaq lazımdır. İşlənəcək sahəni ağrısızlaşdırmaq üçün onun üzərinə əvvəlcə ya sərinləşdirici paket qoyulur və ya keyləşdirici krem vurulur.

“Gözəllik inyeksiyalarını” plastik cərrah və ya artıq bu sahədə xeyli təcrübəsi olan həkim-kosmetoloq etməlidir. Qeyri-professionalların əlində bu inyeksiyalar təhlükəlidir, belə ki, texniki cəhətdən düzgün yerinə yetirilməyən inyeksiya nəticəsində üzün əyilməsi, göz qapaqlarının sallanması baş verə bilər.

Proseduradan dərhal sonra işlərinizlə məşğul ola bilərsiniz. Proseduradan sonra 4 saat ərzində uzanmaq olmaz. 3 gün ərzində günəş vannası və antibiotik də qəbul etmək olmaz.

“Gözəllik inyeksiyalarından” sonra üz dərisinə qulluq edilməsi adi yolla aparıla bilər. Bu zaman yalnız üzün masajı zamanı tərpənməz əzələlər sahəsinə təzyiq etmək olmaz. Əgər effekti uzun müddət saxlamaq istəyirsinizsə, onda istənilən qızdırıcı proseduradan - hamam, sauna, üzün buxara verilməsi və s. imtina edin. Bunlar qan dövranını gücləndirdiyi üçün, nəticədə preparatın daha tez sorularaq orqanizmdən xaric olmasına səbəb olur.

Sonralar isə, botoks və ya digər preparat orqanizmdən xaric olduqca mimika da qayıdacaqdır. Amma botoks təsiri zamanı insan gözlərini qıymağı, üzünü turşutmağı tərgitmiş olur ki, bu da üz dərisinin vəziyyətinə müsbət təsir edəcəkdir. Yarım il və ya 8 aydan sonra “gözəllik inyeksiyaları” prosedurasını təkrar etmək olar

İnyeksiyanı yüksək hərarət olduqda, kəskin iltihabı proseslərdə, əzələ distoniyasında, hamiləlik zamanı, allergiyalı insanlara, həmçinin əvvəllər botulizm xəstəliyinə tutulmuş adamlara etmək olmaz.

Mimiki qırışlarla mübarizə aparan preparatlardan başqa, hal-hazırda üz dairəsini bərpa edən, dərinin elastikliyi və həcmini qaytaran, təkcə mimiki deyil, qocalıq qırışlarını da aradan qaldıran preparatlar hazırlanmışdır. Bu preparatları dəri “doldurucuları” adlandırırlar. Doldurucu qismində kollagen, gialuron turşusu əsasında hazırlanmış preparatlardan, insanın öz piyi istifadə oluna bilər.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 00:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see669

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see336

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see301

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see291

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see286

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see260

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see241

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see234

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see234

“Prezidentin verdiyi mesajlar regionumuzun gələcəyi baxımından böyük önəm kəsb edir” ŞƏRH

18 Avqust 2026 15:52see231

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see197

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see180

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ yə ixrac edildiyi açıqlanıb

19 Avqust 2026 04:53see178

Tramp İranla Hörmüz boğazı üzrə hazırlanan razılaşmaya görə Omana hədə qorxu gəlib

19 Avqust 2026 02:34see178

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see170

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see169

Bakıda 30 küçədə təmir işləri BİTDİ

18 Avqust 2026 19:15see168

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı FOTO

19 Avqust 2026 09:57see161

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see159

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri