Icma.az
close
up
RU
Gözəllik salonlarında təhlükəli infeksion xəstəliklərlə bağlı təlimlər davam edir

Gözəllik salonlarında təhlükəli infeksion xəstəliklərlə bağlı təlimlər davam edir

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Gözəllik salonlarında təhlükəli yoluxucu xəstəliklərin yayılması əleyhinə təlimlər” adlı layihə çərçivəsində növbəti təlimini keçirib.

"Cebheinfo.az" xəbər verir ki, “Gözəl ol və sağlam qal!” devizi altında təşkil olunan təlim İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində baş tutub.

Tədbiri giriş sözləri ilə açan İctimai İaşə və Xidmət üzrə BDPTM-in direktoru Fatma Çandirova “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin hazırda icra etdiyi layihənin zəruriliyini diqqətə çatdırıb.

İctimai Birliyin sədri, layihə rəhbəri Ziba Nəbiyeva çıxışında İctimai İaşə və Xidmət üzrə BDPTM-də bərbər-vizajist-manikürçü ixtisası üzrə təhsil alan tələbələrə təlimin keçirilməsi təşəbbüsünün dəstəklənməsinə görə Peşə Təhsili üzrə Dövlət Agentliyi və Mərkəzin rəhbərliyinə təşəkkürünü bildirib.
O, qeyd edib ki, təhlükəli xroniki infeksion xəstəliklərin zamanında aşkarlanıb müayinə və müalicəsinin aparılması olduqca vacib məsələdir.

“Məsələn, viral hepatitlərin B, D və C növləri, eləcə də İnsan İmmunçatışmazlığı Virusu (İİV) xronikləşməyə meyilli və uzun müddət simptomsuz və ya zəif simptomlarla keçən xəstəliklərdəndir. Zamanında müalicə olunmadıqda xroniki viral hepatitlər qaraciyər sirrozu və xərçənginin, İİV infeksiyası isə Qazanılmış İmmun Çatışmazlığı Sindromunun (QİÇS) yaranmasına səbəb ola bilir”, - deyə Z. Nəbiyeva bildirib.

Birliyin sədri törədicisi Kox çöpləri olan vərəmin də xronik yoluxucu xəstəlik olduğunu diqqətə çatdırıb. Vərəm təhlükəli yoluxucu xəstəliklər arasında ən çox ölümə səbəb olandır. Vərəm infeksiyasının xroniki gedişata malik olması ətraf mühit amillərinə yüksək dərəcədə davamlı olan mikobakteriyaların xaric olmasına səbəb olur. Bu da öz növbəsində xəstəliyin yayılmasına şərait yaradır.

Önləyici profilaktik tədbirlərin vaxtında və davamlı aparılması yoluxucu xəstəliklərin yayılmasının və yaradığı fəsadların qarşısını almaqda mühüm rol oynayır. “Bugünkü təlimin keçirilməsində əsas məqsədimiz gözəllik xidməti göstərilən məkanlarda xroniki viral hepatitlər, İİV/QİÇS və vərəm kimi təhlükəli infeksion xəstəliklərin yayılması riskini artıran səbəblər barədə aidiyyəti peşə ixtisası üzrə təhsil alan tələbələri məlumatlandırmaq və sanitar-gigiyena qaydalarına ciddi şəkildə riayət etməyi təşviq etməkdir”, - deyə Z.Nəbiyeva söyləyib.

Layihə rəhbəri Ziba Nəbiyeva daha sonra elektron təqdimat vasitəsilə xroniki virus hepatitləri və İİV/QİÇS infeksiyaları haqqında əsas bilgiləri, ötürülmə yolları, qorunma üsulları, müayinə və müalicə, eləcə də gözəllik salonlarında istifadə edilən manipulyasiya alətlərinin dezinfeksiya və sterilizasiyası qaydaları barədə iştirakçılara ətraflı məlumatlar verib.

Bu xəstəliklərdən qorunma yollarını təblığ edən animasiya çarxları nümayiş olunub.

Vərəm xəstəliyinin əsas aspektləri barədə təqdimatla təlimçi, həkim Mətanət Qaraxanova çıxış edib. O, bu xəstəliyin simptomları, epidemiologiyası, ətraf mühitə davamlığı, yoluxma və xəstələnmə arasındakı fərq, ağciyərdən kənar vərəm formaları, müalicənin fasilə vermədən düzgün aparılmasının önəmliyi barədə danışıb.

Hava-damcı yolu ilə ötürülən infeksiyaların profilaktikası məqsədilə gözəllik xidməti göstərilən məkanların mütəmadi havalandırılması, açıq səthlərin dezinfeksiya edilməsi və işçilərin tibbi müayinələrə cəlb edilməsinin vacibliyi təlim iştirakçılarına çatdırılıb. Qoruyucu vasitələrdən düzgün istifadə qaydaları əyani şəkildə nümayiş olunub.

Təlimin sonunda verilən məlumatların mənimsənilmə səviyyəsini yoxlamaq üçün sorğu anketləri paylanılıb.

Məlumatlandırmanın əhatə dairəsini genişləndirmək məqsədilə İctimai İaşə və Xidmət üzrə BDPTM-ə xüsusi dizaynla hazırlanmış, xroniki virus hepatitlərinin yoluxma yolları əks olunan maarifləndirici divar stendi, tələbələrə isə aidiyyəti mövzularla bağlı buklet və kitabçalar verilib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Oktyabr 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri