Icma.az
close
up
RU
® “Gözəllik salonlarında təhlükəli yoluxucu xəstəliklərin yayılması əleyhinə təlimlər” adlı layihə yekunlaşıb

® “Gözəllik salonlarında təhlükəli yoluxucu xəstəliklərin yayılması əleyhinə təlimlər” adlı layihə yekunlaşıb

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Gözəllik salonlarında təhlükəli yoluxucu xəstəliklərin yayılması əleyhinə təlimlər” adlı layihəsini yekunlaşdırıb.

“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin sədri, layihə rəhbəri Ziba Nəbiyeva layihədən danışarkən deyib: “Qlobal çağırışlar təhlükəli yoluxucu xəstəliklərlə mübarizədə qüvvələri səfərbər edərək yeni yoluxmaların sayını və ölüm hallarını əhəmiyyətli dərəcədə azaltmağa yönəlibdir. Bu hədəflərə çatmaq üçün qlobal strategiya proqramında vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyəti xüsusilə vurğulanıb. Bu baxımdan təşkilatımız dövlətimizin təhlükəli infeksion xəstəliklərlə mübarizədə sosialyönümlü siyasətinə dəstək olaraq adıçəkilən layihəni icra edib”.

Layihənin məqsədi gözəllik xidməti göstərilən məkanlarda təhlükəli yoluxucu xəstəliklərin yayılması riskinin qarşısını almaq üçün profilaktik tədbirlərin həyata keçirilməsi, əhalinin və bərbər-manikürçü-vizajist ixtisası üzrə təhsil alan şəxslərin aidiyyəti mövzu üzrə maarifləndirilməsidir.

Layihə müddəti ərzində maarifləndirmə işləri bir neçə istiqamətdə aparılıb.

Əvvəlcə onlayn sorğu vasitəsilə xroniki viral hepatitlər, İnsanın İmmunçatışmazlığı Virusu (İİV/QİÇS) və vərəm xəstəliyi, eləcə də gözəllik xidməti məkanlarında bu infeksiyalara yoluxma riskini yaradan səbəblər barədə respondentlərin məlumatlılıq səviyyəsi araşdırılıb.

İştirakçısı 100 nəfər olan sorğunun nəticələri qənaətbəxş olmayıb. Belə ki, respondentlərin təxminən 50 faizi salonlarda manipulyasiya alətlərinin sterilliyi barədə sualları yanlış cavablandırıblar.

Sorğu bitdikdən sonra respondentlərə adı qeyd olunan xəstəliklərin və alətlərin sterilizasiya qaydaları barədə müvafiq maarifləndirici məlumatlar göndərilib.

Əhali arasında maarifləndirmə onlayn platformalar üzərindən televiziya verilişləri və videoposterlər vasitəsilə davam etdirilib.

“Gözəllik salonlarında təhlükəli infeksion xəstəliklərə yoluxma riski varmı?”, “İİV/QİÇS nədir? Ölüm hökmü, yoxsa yaşamaq ümidi?!”, “Vərəm hökmdür, yoxsa diaqnoz?! Vərəm barədə bilmədiklərimiz...” və “Viral hepatitlər nədir və gözəllik salonlarında yoluxma riski varmı?” adlı bir saatlıq 4 veriliş və bu verilişlər əsasında hazırlanmış əsas mesajları özündə ehtiva edən 22 ekspertin iki dəqiqəlik videoçıxışları, eləcə də 5 maarifləndirici videoposter hazırlanaraq sosial mediada yayımlanıb. Ümumilikdə televiziya verilişlərinə digər videomateriallarla birlikdə 46 mindən çox baxış sayı olub.

Maarifləndirmə canlı görüşlər, təlimlər vasitəsilə də aparılıb. Aidiyyəti peşə ixtisası üzrə təhsil alan tələbə və müdavimlərə 5 təlim keçirilib. “Gözəl ol və sağlam qal!” devizi altında baş tutan təlimlərdən biri özəl peşə tədris mərkəzində, digəri Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində, qalanları isə Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan Bakı Dövlət Peşə Təhsil Mərkəzlərində keçirilib.

Ümumilikdə, təlimlərdə 200 nəfərdən çox şəxs iştirak edib. Sonda sorğu anketləri vasitəsilə iştirakçıların bilikləri qiymətləndirilib. Nəticələr təlim materiallarının yüksək səviyyədə mənimsənildiyini göstərib.

Beləliklə, təşkilat layihə çərçivəsində götürdüyü öhdəlikləri artıqlaması ilə həyata keçirərək uğurlu nəticələrlə başa vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Oktyabr 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see275

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see253

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see175

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see163

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see149

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see147

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see145

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri