Gözəllik salonunda arvadının üzərinə “kislota” tökən şəxsə cəza verildi
Icma.az, Pravda.az portalına istinadən məlumat yayır.
Gəncə Şəhər Məhkəməsində xüsusi amansızlıqla qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Arif Səfərzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Liza Xanməmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, 4 il müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 02 iyul 2024-cü il tarixdə, saat 17:40 radələrində Gəncə şəhəri, Nəriman Nərimanov prospektində yerləşən gözəllik salonlarının birində qeydə alınıb.
Belə ki, Arif Səfərzadə gözəllik salonunda işləyən arvadı, zərərçəkmiş Nahidə Səfərzadənin (adı, soyadı şərtidir) yanına gəlib. O, əlində gətirdiyi ağ rəngli qabda olan qatı sulfat turşusunu (“kislota”) qəsdən qadın üzərinə ataraq zərərçəkmiş şəxsuin sağlamlığa az ağır zərər vurub.
Hadisədən sonra Arif Səfərzadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
O, məhkəmədə ifadəsində bildirib ki, zərərçəkmiş şəxs 1 il 9 ay qanunsuz olaraq onu psixi xəstəxanada saxlatdırıb. Oradan çıxdıqdan sonra ətrafdakılar ona arvadını cavan oğlanla gördüklərini deyiblər. Bundan əsəbiləşərək özü ilə “kislota” götürüb Nahidənin işlədiyi gözəllik salonuna gedib. Çöldə salondan insanların çıxdığını gözləyib, sonra içəri girib və qadının üzərinə “kislota”nı töküb.
Kamal Məmmədov


