Icma.az
close
up
RU
Gözlə görünməyən təhlükə... Dəniz suyunun faydaları və zərərləri nələrdir? Hansı xəstəlik riski daşıyır?

Gözlə görünməyən təhlükə... Dəniz suyunun faydaları və zərərləri nələrdir? Hansı xəstəlik riski daşıyır?

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əslində dəniz və isti qum həm əhval, həm də fiziki sağlamlığımız üçün çox önəmlidir. Amma dəniz suyunun da infeksiyaya səbəb olma riski var. Bəzən dəniz suyu dəridə, gözlərdə, həzm və nevroloji sistemdə inkişaf edə biləcək bəzi infeksiyalarla sağlamlıq üçün təhlükə yarada bilər. Yoluxucu xəstəliklər yay aylarında çirkli sularla qarışmış çirkab sularda, dayaz sularda, təmizlənməmiş hovuz və dənizlərdə ən çox rast gəlinən xəstəliklər sırasındadır.

Suyun çirklənməsi də mikrobların təbii çoxalmasına kömək edir. Bu mikroblar yaralı dəri, qulaq, göz, ağız və burun vasitəsilə insanlara yoluxa bilər. Mikroblar vasitəsilə birbaşa dəniz suyundan infeksiyaya yoluxma riski olduqca azdır, lakin izdihamlı çimərliklərdə, isti, durğun sularda və kanalizasiya ilə çirklənmiş sularda risklər əhəmiyyətli dərəcədə arta bilər.

Dəniz sularındakı cərəyanlar suyun, xüsusən də çirkli və köpüklü suların təmizlənməsinə kömk etsədə, durğun sular və kanalizasiya ilə qarışan dənizlər bir çox xəstəliklərin yaranma riskinə səbəb ola bilər. Kifayət qədər təmiz olmayan bu sulara sıx məruz qalma infeksiya yolu ilə ciddi xəstəliklərə səbəb ola bilər.

Dəniz suyunun tərkibində təbii minerallar və duz var, ona görə də tez-tez dəriyə müsbət təsir göstərir. Lakin çirklənmiş dəniz suyu uzun müddət üzərimizdə qalsa, müxtəlif infeksiyalara səbəb ola bilər. Xüsusilə dəridə kəsiklər və sıyrıqlar varsa, dənizdən sonra dərini sabun və su ilə təmizləmək yaxşıdır.

Dəniz suyu infeksiyalarından biri olan sistit xüsusilə qadınlarda rast gəlinən sidik yollarının infeksiyasıdır. Çirkli sulara, eləcə də yaş çimərlik paltarlarına uzun müddət məruz qalmaq bu riski artıra bilər. Eyni zamanda infeksiya səbəbiylə göbələk və bakteriyaların yaratdığı dəri xəstəlikləri də görülə bilər. Dəridə qaşınma, səpgi, açıq yaralar, quruluq və günəşə qarşı həssaslıq kimi bir sıra əlamətlərlə özünü göstərir.

Dəniz suyu infeksiyası üçün evdə müalicə variantları mövcud deyil. Dəniz infeksiyasının mövcudluğunu göstərən bəzi simptomlarla qarşılaşsanız, gecikmədən həkimə müraciət etməyiniz faydalı olardı. Yalnız bu şəkildə infeksiyalardan xilas ola bilərsiniz.

Dəniz suyu infeksiyası bir neçə gün ərzində özünü göstərə bilər və bir neçə həftə davam edə bilər. Bəzən infeksiyanın növündən asılı olaraq bu müddət daha uzun ola bilər. Bəzi infeksiyalar yüngül simptomlarla özünü göstərsə də, digərləri həyat üçün təhlükə yarada bilər.

İnfeksiyanın müalicəsi çox vaxt bir neçə gün ərzində yaxşılaşmaya səbəb ola bilər. Digər tərəfdən, infeksiyanın növündən asılı olaraq, 1-2 həftə və ya daha çox davam edən müalicə ilə sağalma əldə edilə bilər.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 23 İyul 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri