Icma.az
close
up
RU
Gözlənilməz trafik artımı və saytların çöküşü

Gözlənilməz trafik artımı və saytların çöküşü

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bir neçə gün öncə Azərbaycanın bir sıra veb-saytları və internet resurslarına girişdə məhdudiyyətlər yanandı. Bir neçə saatlıq ölkədə fəaliyyət göstərən çoxsaylı xəbər saytlarının işində ciddi dayanma müşahidə olundu. Yayılan məlumatlarda problem qlobal internet infrastrukturunun əsas oyunçularından biri sayılan "Cloudflare" şirkətində yaranan kütləvi nasazlıqla izah edildi. Şirkətin xidmətlərində baş verən çökmə nəticəsində onlarla xəbər portalına və böyük sayda media resursuna giriş çətinləşdi, bəzi hallarda isə tam bloklandı. Ekspertlər yaranan problemin "Cloudflare" kimi geniş istifadə olunan infrastrukturun provayderlərinin fəaliyyətinə bu dərəcədə böyük təsir göstərməsinin səbəbini çox sayda resursun bir mərkəzi şəbəkə qatından asılı vəziyyətdə olması ilə əlaqələndirdilər.

İstifadəçilər "Cloudflare"dən asılı olur

"Cloudflare" mərkəzi ofisi ABŞ-da yerləşən nəhəng texnologiya şirkətidir. Dünyanın ayrı-ayrı ölkələrində ofisləri olan şirkət 2009-cu ildə təsis edilib. Şirkətin əsas missiyası "daha yaxşı bir İnternet qurmaq"dır. "Cloudflare"dən istifadə edən saytlar müəyyən mənada ondan "asılı" vəziyyətdə olur. Bu səbəbdən də "Cloudflare" şəbəkəsində problem yaranan kimi bu, həmin saytların da əlçatmaz olmasına səbəb gətirib çıxarır.

"Cloudflare" internetin mühüm infrastruktur provayderlərindən biridir. Dünya üzrə minlərlə vebsayt "Cloudflare" istifadə edir, o cümlədən kiçik şəxsi saytlar, böyük müəssisələr və platformalar. Onun genişmiqyaslı şəbəkəsi (data mərkəzləri, DNS) internetin etibarlı və sürətli işləməsində mühüm rol oynayır.

"Cloudflare" qlobal internet infrastrukturunda əsas rollardan birini oynayır

İT mütəxəssisi Fərid Pərdəşünasın sözlərinə görə, "Cloudflare" servisindən istifadə edən saytlar trafiki bu platforma üzərindən yönləndirdiyi üçün çökmələr baş verib: "Cloudflare" beynəlxalq miqyasda etibarlı, güclü, DDOS hücumlarına qarşı qoruma təklif edən, "content delivery network" və DNS təminatçısı kimi tanınır. Bu çöküşdən əsasən saytlarını DDOS hücumlarından qorumaq və sürət, təhlükəsizlik qazanmaq üçün "Cloudflare" platformasından istifadə edən resurslar təsirlənib. "Cloudflare" beynəlxalq miqyasda etibarlı, güclü, DDOS hücumlarına qarşı qoruma təklif edən, "content delivery network" və DNS təminatçısı kimi tanınır. Bu çöküşdən əsasən saytlarını DDOS hücumlarından qorumaq və sürət, təhlükəsizlik qazanmaq üçün "Cloudflare" servisindən istifadə edən resurslar təsirlənib. Dövlət saytları (gov.az) təsirlənmədi. Çünki bu domen zonasında yerləşən kritik informasiya sistemləri lokal qoruma mexanizmlərindən istifadə edir və trafiki xaricə ötürmədikləri üçün bu tip qlobal nasazlıqlardan təsirlənmirlər. "Cloudflare" ona görə çökdü ki, servisində "gözlənilməz trafik artımı" qeydə alınıb. Şirkət bunu "spike in unusual traffic" - yəni anormal trafik sıçrayışı kimi təsvir edib. Bu, şəbəkə daxilində yükün balanssızlaşmasına və trafikdə genişmiqyaslı xətalara səbəb olub. "Cloudflare" qlobal internet infrastrukturunda əsas rollardan birini oynayır və internet trafikinin təxminən 20 fazi onun üzərindən keçir. Buna görə də yaranan nasazlıq dünyanın bir çox saytında eyni anda problemə gətirib çıxarır".

Qlobal miqyasda kütləvi çöküş 

"Cloudflare"nin özündə platforma səviyyəli problem, yəni datamərkəzlərarası sinxronizasiya problemi, proqram təminatı yenilənməsi zamanı xəta və ya qlobal şəbəkə kəsintisi baş verən zaman həmin xidmətə bağlı olan minlərlə sayt eyni anda dayanır. Bu, saytların öz serverlərinin çökdüyü anlamına gəlmir. Sadəcə olaraq, istifadəçi trafiki "Cloudflare"də "keçid nöqtəsində" ilişdiyi üçün resursa çıxış təmin olunmur. Belə vəziyyətlər qlobal miqyasda sanki kütləvi çöküş təsiri yaradır.

Xarici asılılıqlardan yaranan fəsadlar

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, "Cloudflare" kimi qlobal anti-DDoS xidmətlərində yaranan fasilələr Azərbaycanda 9000-dən çox milli resursumuzun da fəaliyyətinə təsir göstərdi. Baş verən hadisə milli rəqəmsal infrastrukturun dayanıqlığı ilə bağlı mühüm bir reallığı üzə çıxardı: xarici asılılıqlar ciddi fəsadlar verə bilər: "Yəni rəqəmsal suverenlik dediyimiz məhz bu tip məsələlərdir. Qlobal problemə baxmayaraq, kritik təhlükəsizliyə cavabdeh olan XRİTDX və DTX-nin təsir dairəsindəki əksəriyyət dövlət qurumlarının saytları normal çalışdı. Qısa bir monitorinq aparmaqla müəyyən etdim ki, vacib  gov.az-lar normal çalışır. XRİTDX tərəfindən qurulan və mühafizə edilən dövlət informasiya ehtiyatlarına (AzStateNet və gov.az zonası) baş verən qlobal problem heç bir təsir göstərməyib. Təhlükəsizliyə cavabdeh olan bu qurumlar, əlbəttə, bahalı olsa da, böyük xərclər tələb etsə də, kritik infrastrukturun dayanıqlığı üçün lokal mühafizə sistemlərindən və daxili AzStateNet şəbəkəsindən istifadə edir. "Cloudflare" xidmətindən istifadə edən Azərbaycanın özəl və bəzi ictimai sektorunun, media sektorunun çox sayda resursları isə fəaliyyətini dayandırıb. Özəllər və digər resurslar adətən dayanıqlı, rahat və güvənli fəaliyyət üçün daha ucuz və əlçatan olan "Cloudflare" xidmətlərindən istifadə edirlər. Amma görünən odur ki, bu tip güvənli qlobal resurslar da çökə bilir".

Ən etibarlı qlobal xidmətlər də 100 faiz zəmanət vermir

Osman Gündüz bildirib ki, qlobal güvənli bir resursun sıradan çıxması ölkə daxilində biznesin dayanmasına səbəb oldu: "Bu, hər birimiz üçün, xüsusilə də kritikə aid olan özəllər üçün ciddi bir dərsdir. Demək, hətta ən etibarlı qlobal xidmətlər belə 100 faiz zəmanət vermir. Xarici asılılıq nəzarətinizin xaricində olan risk deməkdir. Düşünürəm ki, hibrid müdafiə strategiyasına üstünlük verilməsi - yalnız bir xarici xidmətdən asılı olmaq əvəzinə, yerli təhlükəsizlik həlləri ilə qlobal xidmətləri birləşdirən hibrid modellərə keçid daha doğru olardı. Eyni zamanda dövlət tərəfindən milli statusa malik olan özəl və ictimai resursların, informasiya resurslarının dayanıqlığı üçün, onlar hətta kritikə aid olmasa da, təhlükəsizlik perimetrinə daxil edilməsi üçün səylər göstərilməsi doğru və faydalı olardı".

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:302
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Noyabr 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see466

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see307

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see305

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see297

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see243

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see240

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see227

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see227

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see222

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see219

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see215

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see213

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see209

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see208

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see206

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see198

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see193

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see190

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see188

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri