Icma.az
close
up
RU
Erhan Toker: Bizə Avropa oyunları deyil, uçuşlar təsir edir

Erhan Toker: Bizə Avropa oyunları deyil, uçuşlar təsir edir

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"LANDAU Lions" basketbol klubunun baş məşqçisi Erhan Toker Azərbaycan Basketbol Liqasının VII turunda "Gəncə" üzərində qazanılan 85:62 hesablı qələbəni şərh edib.

İdman.Biz xəbər verir ki, mütəxəssis sıx oyun qrafikinin və Avropa turnirlərində iştirakın komandanın hazırlığına çətinlik yaratdığını bildirib.

"İsveçrə səfərindən sonra çox məşq etmək imkanımız olmadı. Cəmi bir fiziki hazırlıq və bir taktiki məşq keçirə bildik. Qrafikimiz kifayət qədər gərgin idi. Avropa arenasında və yerli çempionatda ardıcıl oyunlar keçirmək çətinlik yaradır. Bütün bunlara baxmayaraq, qələbə qazanmaq üçün hər kəs əlindən gələni etdi. Yaxşı müdafiə olunduq. Son üç oyunda müdafiədəki səhvlərimizi düzəltməyə nail olmuşuq. "Naxçıvan"la görüşdə hücumda istədiyimiz səviyyədə deyildik, bu gün isə hücumda da yaxşı oynadıq. Belə davam etsək, qələbələrimizin sayı artacaq", - deyə Toker bildirib.

Baş məşqçi komandanın hələ də heyətlə bağlı çətinliklər yaşadığını vurğulayıb.

"Hələ də heyət baxımından çətinlik çəkirik. Mövsümün bu mərhələsində belə problemlərlə üzləşdik. Ola bilsin ki, qarşıdakı mərhələdə rəqiblərimiz də oxşar çətinliklərlə qarşılaşsınlar. Buna görə də mövcud vəziyyətlə barışmalı və işimizi buna uyğun qurmalıyıq", - deyə mütəxəssis əlavə edib.

Avropa turnirlərindəki oyunların komandanın çıxışına təsiri barədə suala cavab verən Toker əsas problemin uzun səfərlər olduğunu bildirib.

"Oyunların özü deyil, uçuşlar təsir edir. Uzun səfərlərimiz olur, tranzit uçuşlardan istifadə edirik. Qısa müddətdə geri qayıdarkən də eyni şərtlərlə üzləşirik. Oyun yorğunluğunun üzərinə bu amillər də əlavə olunduqda, təbii ki, təsirini göstərir. Digər bir məsələ isə saat fərqidir. Məsələn, son İsveçrə səfərimizdə Bakı vaxtı ilə saat 23:30-da oynamışdıq və səhəri gün yola düşmüşdük. Azərbaycana qayıtdıqdan sonra bütün bunlar istər-istəməz öz təsirini göstərir", - deyə baş məşqçi qeyd edib.

Xatırladaq ki, "LANDAU Lions" "Gəncə" üzərində qələbədən sonra altı oyunda 9 xal toplayaraq Azərbaycan Basketbol Liqasının turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 15 Noyabr 2026 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri