Icma.az
close
up
RU
GUAM PA nın videokonfrans formatında Büro və sessiya iclasları keçirilib.

GUAM PA nın videokonfrans formatında Büro və sessiya iclasları keçirilib.

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Martın 3-də GUAM Parlament Assambleyasının (GUAM PA) videokonfrans formatında Büro və sessiya iclasları keçirilib.
Newscenter.az xəbər verir ki, əvvəlcə GUAM PA-nın komitələrinin və Bürosunun iclasları keçirilib, gündəlikdə duran məsələlər müzakirə olunub, qurumun komitə iclaslarının yekunları, ötən sessiyasının yekun sənədinin layihəsi barədə və digər məsələlərə baxılıb, müvafiq qərarlar qəbul olunub.
Həmin gün GUAM Parlament Assambleyasının 17-ci sessiyası keçirilib. Sessiya çərçivəsində “GUAM üzvü olan dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün, iqtisadi və humanitar dayanıqlığının təmin edilməsi, ən ali məqsəd kimi” mövzusunda konfrans baş tutub.
Azərbaycan sədrliyi ilə keçirilən onlayn tədbiri giriş sözü ilə açan Milli Məclisin sədr müavini və GUAM PA-da nümayəndə heyətimizin rəhbəri Musa Qasımlı, konfransın mövzusu barədə danışıb. Qeyd olunub ki, GUAM üzvü olan dövlətlərin suverenliyi, ərazi bütövlüyü, iqtisadi və humanitar dayanıqlığı kimi mühüm məsələlərin müzakirəsi günümüzdə müasir çağırışlar fonunda çox aktualdır. Bildirilib ki, ölkələrimizin suverenliyi və ərazi bütövlüyü yalnız bizim müstəqilliyimizin təməli deyil, həm də sabit və dayanıqlı inkişaf üçün zəruri şərtlərdir. Hər bir dövlətin müstəqilliyi üçün bu əsas dəyərlərin qorunmasının vacibliyi xüsusi vurğulanıb.
Qeyd olunub ki, Azərbaycan üçün bu prinsiplər xüsusi əhəmiyyət kəsb edir. Təşkilata üzv ölkələr arasında siyasi, iqtisadi və humanitar sahələrdə dialoqu və əməkdaşlığı inkişaf etdirmək vacibdir. Bu, qarşılaşdığımız çağırışlara və təhdidlərə daha effektiv cavab vermək imkanı yaradacaq.
Musa Qasımlı qeyd edib ki, iqtisadi dayanıqlıq, dövlətlərin inkişafını təmin etmək üçün əsas amillərdən biridir. "Yaşıl Dəhliz" kimi birgə layihələr, regiondakı iqtisadi əlaqələri daha da möhkəmləndirəcək və uzunmüddətli iqtisadi sabitliyi təmin edəcək.
Milli Məclisin sədr müavini çıxışının sonunda xüsusi olaraq vurğulayıb ki, yalnız birgə səylərlə biz məqsədlərimizə çata bilərik. Suverenlik və ərazi bütövlüyü, iqtisadi və humanitar dayanıqlıq yalnız sözlər deyil, bizim fəaliyyətimizi istiqamətləndirməli olan prinsiplərdir.
İclasda Gürcüstandan deputat Tornike Çeişvili, Moldovadan deputat Aleksandr Trubka və Ukraynadan deputat Svyatoslav Yuraş iştirak ediblər.
Tədbirdə GUAM PA-nın 17-ci sessiyasının yekun sənədi olaraq Kommünike qəbul olunub.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 03 Mart 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri