Icma.az
close
up
RU
Guardian: “Polşada ukraynalı qaçqınlara münasibət dəyişib”

Guardian: “Polşada ukraynalı qaçqınlara münasibət dəyişib”

Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AzVision.az xəbər verir ki, Böyük Britaniyanın “The Guardian” nəşrinin məlumatına görə, Rusiya-Ukrayna münaqişənin dördüncü ilinin sonuna polyakların qonaqpərvərliyi tükənir və ictimai rəy sorğularına əsasən, onlar ukraynalılara qarşı getdikcə mənfi münasibət bəsləyir və onları “nankor və fayda hərisləri” kimi qiymətləndirirlər.
“Rəy sorğularından birinə əsadsən, ukraynalı qaçqınların dəstəklənməsi və qəbulu 2022-ci ildəki 94%-dən bu gün 48%-ə düşüb. Digər sorğunun nəticələri isə, Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olmasına polyakların dəstəyinin 2022-ci ildəki 85%-dən 2025-ci ildə 35%-ə düşdüyünü göstərir”, - qəzet yazır.
BMT-nin Qaçqınlar üzrə Agentliyinin sentyabr ayı statistikasına görə, Polşada təxminən bir milyon ukraynalı qaçqın var. Ukraynalıların nadir hallarda polisə insidentlər barədə məlumat vermələrinə baxmayaraq, onlara qarşı “şözlə və fiziki hücumların” sayı artır.
- Cəmiyyətdə belə bir fikir var ki, biz ukraynalılara artıq heç nə borclu deyilik”, - Xarici Əlaqələr üzrə Avropa Şurasının üzvü Petr Buras deyib.
Navrotski ukraynalı qaçqınları məyus edib “The Guardian” yazır ki, polyakların ukraynalılara qarşı artan düşmənçiliyi Polşada miqrasiya və tarixi incikliklərlə bağlı getdikcə sağçılığa doğru meyllənən siyasi debatlardan qaynaqlanır. Üstəlik, 2025-ci ilin iyununda sağçı populist Karol Navrotskinin Polşa prezidenti seçilməsi bu prosesi daha da sərtləşdirdi.
Avqust ayında isə, Polşa prezidenti Karol Navrotski ukraynalı qaçqınlara maliyyə dəstəyinin genişləndirilməsini nəzərdə tutan qanun layihəsinə veto qoyub. Əvəzində onun özünün təklif etdiyi qanun ukraynalıların işləyəcəyi halda belə müavinətlər almasını nəzərdə tutur.
“Anti-Ukrayna əhval-ruhiyyəsi ilk dəfə 2023-cü ildə Polşada geniş miqyasda ortaya çıxdı. O vaxtlar internetdə Ukraynaya meylli hər hansı məqalə çoxsaylı mənfi şərhlərlə qarşılanırdı. Amma elə gəlirdi ki, bu “rəqəmsal nifrət” internetdən kənara yayılmayacaq. Lakin 2025-ci ilin yayından etibarən bir çox ukraynalı “Ukrayna Evi”nin əməkdaşlarına “polyaklardan, əsasən şözdə” hücumlardan şikayət etməyə başlayıb”, - Polşadakı “Ukrayna Evi”nin təmsilçisi Aleksandr Pestrikov vurğulayıb.
Petr Burasın sözlərinə görə, 2022-ci ildə Ukraynanın dəstək səviyyəsi anormal idi. İndi sanki bu yanaşma normal vəziyyətə qayıdır. Ukrayna ilə münasibətlər isə tarix, narazılıqlar və fikir ixtilafları ilə yüklənib. Lakin əksər Avropa ölkələrindən fərqli olaraq Polşada anti-Ukrayna əhval-ruhiyyəsi heç də rusiyapərəst olmaq demək deyil.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://azvision.az
archiveBu xəbər 23 Dekabr 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see415

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see278

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see277

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see275

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see261

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see257

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see243

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see237

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see234

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see212

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see202

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see197

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see196

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see192

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see191

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see191

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see183

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see168

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see168

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri