Icma.az
close
up
RU
“Güclü Azərbaycan güneylilər üçün həm ümid, həm nümunədir AKTUAL

“Güclü Azərbaycan güneylilər üçün həm ümid, həm nümunədir AKTUAL

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan və İran prezidentlərinin son günlərdəki bəyanatları həm regionda, həm də Güney Azərbaycanda ciddi müzakirələrə səbəb olub. İran Prezidenti Məsud Pezeşkiyanın Tehranda söylədiyi “Biz azərbaycanlılarla qohumuq, qardaşıq. Sərhədləri imperyalistlər çəkib, əks halda biz ayrılmazdıq” sözlərindən bir neçə gün sonra Prezident İlham Əliyevin verdiyi “Mən və Pezeşkiyan hər ikimiz bir qan və bir dildən gəlmişik, hər ikimiz azərbaycanlıyıq” bəyanatı diqqətdən kənarda qalmadı.

Siyasi şəhçilər bu açıqlamaların sadəcə milli kimlik vurğusu olmadığını, arxasında həm Tehran, həm də Bakı üçün mühüm siyasi mesajların dayandığını qeyd edirlər.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Güney Azərbaycanlı milli aktivist Elyar Türkər də məsələyə geniş münasibət bildirib.

Onun sözlərinə görə, hər iki prezidentin açıqlamaları ilk baxışda azərbaycanlıların etnik bağlarına vurğu kimi görünsə də, əslində geosiyasi fon nəzərə alınmalıdır:

“Son günlərdə İran rəsmiləri dəfələrlə Azərbaycanı İsraillə əməkdaşlıqda ittiham etdilər. Bu kontekstdə Pezeşkiyanın azərbaycanlı kimliyinə istinad etməsi təsadüfi deyil. Tehran bu gedişlə Bakı ilə Təl-Əviv arasında məsafə yaratmaq, Azərbaycan–İsrail strateji münasibətlərinə kölgə salmaq istəyir".

Elyar Türkər əlavə edib ki, Prezident İlham Əliyevin Pezeşkiyan barədə müsbət fikirlər səsləndirməsi sevindirici haldır:

“Azərbaycan prezidenti bu yanaşma ilə ilk növbədə Güney Azərbaycanın türklərinə bir mesaj verir: "Sizdən olan hər kəs bizim üçün hörmətlidir". Digər tərəfdən isə Pezeşkiyanın azərbaycanlı kimliyini ön plana çıxarmaqla İran daxilində Azərbaycana münasibətdə daha müsbət yanaşmaların formalaşmasına şərait yaratmaq istəyir”.

Elyar Türkər: "Azərbaycan Respublikasının güclənməsi, güclü Azərbaycan Güney Azərbaycan türkləri üçün həm ümid, həm də nümunədir"

Həmsöhbətimiz vurğulayıb ki, bütün bunlara baxmayaraq, İranın Azərbaycan siyasətində son qərar sahibi nə Pezeşkiyan, nə də başqa məmurlardır:

“Burada son söz sahibi Xamenei və SEPAH-dır. Son 35 ilin təcrübəsi – xüsusilə Qarabağ müharibələrinin hər iki mərhələsində və Zəngəzur dəhlizi məsələsində açıq şəkildə göstərdi ki, İran hakimiyyəti heç vaxt Azərbaycan Respublikasının inkişafını istəməyib. Əksinə, hər vasitə ilə onun qarşısında dayanmağa hazır olub”.

Müsahibimizin fikrincə, bu siyasətin əsas səbəbi Güney Azərbaycan faktorudur:

“Azərbaycan Respublikasının güclənməsi Güney Azərbaycan türkləri üçün həm ümid, həm də nümunədir. Bu isə xalqımızın beynində qaçılmaz bir sual yaradır: ‘Niyə biz müstəqil olmayaq və inkişaf etməyək?’ Məhz bu həqiqət İran rejimi üçün dözülməzdir və onun mövcudluğu üçün birbaşa təhdid təşkil edir”.

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 29 Avqust 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri