Icma.az
close
up
RU
Güclü dövlətin qarantı nədir?

Güclü dövlətin qarantı nədir?

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dövlətimiz dini, milli dəyərlərə hər zaman hörməti ilə seçilib. Axı hər bir millətin tarix boyunca inkişaf etmiş, zaman-zaman azacıq dəyişmiş həm dini, həm də milli dəyərləri var və hər bir xalqı millət kimi formalaşdıran da bu dəyərləridir. Bəzən fərdlərə görə dəyişən milli dəyər anlayışı çox zaman ümumi rahatlıq və vətən naminə birlikdəlik nümayiş etdirmək deməkdir. Çünki bir milləti var edən və daima dik saxlayan dini-milli-mənəvi dəyərləridir və dövlətimizin rəhbəri bunu bildiyi üçün hər zaman dini və milli dəyərlərimizə hörmətlə yanaşıb.

Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan həm dini, həm də milli-mənəvi dəyərlərimiz Azərbaycanın yüksək əxlaqi xüsusiyyətlərinin təcəssümüdür, bu dəyərlərimiz ən azı duz-çörək qədər hamımıza əzizdir. Dünya xalqları arasında öz qədim milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı var etdiyi, əsrlərdir yaşatdığı və gənc nəsillərə təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə dünya mədəni irsində özünəməxsus yer tutur.

Uzun illər boyu aparılan tədqiqatlar, araşdırmalar qədim köklərə malik Azərbaycanın bir çox adətini əsrlər boyu qoruyub saxladığını üzə çıxarır, necə deyərlər atadan oğula, oğuldan da öz oğluna keçir. Azərbaycanın milli dəyərləri orta əsrlərdə formalaşan, o gündən bu günədək demək olar ki, konteksdən çıxarılmayan, itirilməyən dəyərlərdir. Bizim “türk-islam dəyərləri” adlandırdığmız əxlaq qaydaları da millət olaraq formalaşmağımızda da əhəmiyyətli rola malikdir.

Dini dəyərlər, həmçinin milli-mənəvi dəyərlər və Azərbaycançılıq bizim hər birimiz üçün qiymətli və müqəddəs amillərdir. Xalqımız əsrlər boyu qoruduğu, tarixin bəzi dönəmlərindən talanaraq, məhv edilərək əlindən alınmağa çalışılan adətləri bu günədək gətirib çıxara bilib, bu da milli özünüdərkin formalaşmasına böyük kömək edib. Düzdür, tarix boyu bu sərvətimizə göz dikən yadellilər olub, amma bir millətin dəyəri onun qanında, genetikasındadır, o səbəbdən də milli-mənəvi dəyərlərimizi bizdən almaq cəhdləri həmişə boşa çıxıb, atalar demişkən, yel qayadan heç nə apara bilmir, tozdan başqa.

Məhz o səbəbdəndir ki, Azərbaycanda milli dövlətçilik və milli-mənəvi dəyərlər sıx daxili vəhdətdədir. Dövlət idarəsi, cəmiyyətin təşəkkülü də bu fondadır. Yalnız milli kimliyi bəlli olan və özünü bir millət kimi dərk edən xalqın bu cür inkişaf konsepsiyası ola bilər. Ümummilli lider nəinki bu konsepsiyanı yaratdı, həm də çox böyük ustalıqla, səbr və təmkinlə həyata keçirdi. “Mən fəxr edirəm ki, azərbaycanlıyam!”- deyən ulu öndər bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində durdu.

Ulu Öndər deyirdi ki, Azərbaycançılığımızı, milli ideologiyamızı, mədəniyyətimizi, mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirməliyik. Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə sönməz məhəbbət duyğularıyla yanaşan Ümummili Lider yaxşı başa düşürdü ki, aydın və dərk olunmuş milli ideologiya hər bir xalqın irəliyə doğru inkişafının yol göstərəni və bələdçisidir.

Ulu öndər Heydər Əliyev islamiyyətlə bağlı olan dini-mərasim və adətlərin də layiqincə keçirilməsi üçün hər cür şərait yaratmışdı. Çünki müasirlik milli kökü, adət-ənənəni, dini dəyərləri itirmək demək deyil, adət-ənənə, milli-mənəvi kökümüz elə müasirlik ənənələrinin fonunda da var ola bilir. Düzdür, zaman dəyişdikcə hər bir cəmiyyətə xas olan insanın psixologiyası, yaşam tərzi, milli dəyər anlayışı da müəyyən qədər dəyişə bilər. Nəsillərin dəyişilməsi ilə dəyərlərin mahiyyəti də dəyişir, amma Azərbaycan kimi milli kökünə bağlı olan ölkələrdə bu baş vermir. Bir ölkənin, müstəqil bir dövlətin ən böyük problemləri o zaman yaranır ki, o ölkədə mənəviyyat məsələsi arxa plana keçirilir. İqtisadi, siyası məsələlər mənəviyyatdan önə keçirsə o ölkədə, o xalqda rifah halı yaxşılaşmaz, insanlar birlik olmaz. Müstəqilliyin əsas üstünlüyü mənəvi məsələlərə diqqət ayırmaqdır.

Ailə və ağsaqallıq institutları, doğma dil, din, əxlaqi və mental dəyərlərə söykənən dövlətçilik sistemi əslində bizim milli-mənəvi sərvətimizdir, şansımızdır. Sarsılmaz dövlətlər bu dəyərlər üzərində yaranır və inkişaf edir. İndi o dövlətlər güclüdür ki, onlar tarixləri ilə bu günlərinin sintezini düzgün qura biliblər. Azərbaycan öz tarixi böyunca məhz milli-mənəvi dəyərlər fonunda qurulan dövlətçilik sistemi ilə var olub, inkişaf edib və elə də davam edəcək.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti çərçivəsində hazırlanıb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Dekabr 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see474

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see345

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see316

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see286

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see258

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see256

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see252

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see246

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see236

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see225

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see212

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see210

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see210

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see209

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see205

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see203

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see203

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see200

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see193

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri