Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Röya tanınmaz obrazda (Foto/Video)

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Baş idarə rəisinə yeni rütbə verildi

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

Güclü iradə və humanizm dəyərlərinin təntənəsi

Güclü iradə və humanizm dəyərlərinin təntənəsi

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirdiyi görüş, keçmişdə mövcud olan gərginliyin tamamilə aradan qaldırılması və regional sabitliyin möhkəmləndirilməsi istiqamətində davam edən səylərin beynəlxalq səviyyədə etirafının göstəricisi kimi qiymətləndirilir. Görüş zamanı dövlət başçımızın Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesində müsbət impulsun qorunmasının vacibliyinə toxunması, ikitərəfli ticarətin başlaması, eləcə də Azərbaycandan Ermənistana neft məhsullarının ixracının müsbət addım kimi qiymətləndirilməsi artıq tərəflər arasında sülhün praktik faydalarının hiss olunmasına imkan yaradır.

Səfər çərçivəsində paytaxt Əbu-Dabi şəhərində keçirilən "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimi mühüm tarixi hadisə olmaqla, ali mükafatın öz həqiqi və layiqli sahibinə-Azərbaycan Prezidenti, cənab İlham Əliyevə təqdim edilməsi humanizm dəyərlərinin təntənəsi və ölkə rəhbərinin güclü iradəsinin nəticəsidir. Bu tarixi hadisə Azərbaycan Liderinin müasir dünya nizamında sülhün və humanizmin əsas təşəbbüskarı kimi tanınmasını və reallaşdırdığı siyasətin effektivliyini bir daha təsdiqləməklə, sülhün qarşılıqlı etimad sayəsində gerçəkliyə çevrilə bilən strateji hədəf olduğunu dünyaya bəyan etdi.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin banisi Şeyx Zayedin şərəfinə təsis edilmiş, Papa Fransisk və Əl-Əzhər Böyük İmamı tərəfindən dəstəklənən nüfuzlu qlobal sülh və insan qardaşlığı mükafatı dünyanın ən prestijli humanitar və sülh yönümlü təltiflərindən biri hesab olunur. Bu mükafat eyni zamanda illərdir davam edən ədalətsizliyə son qoyan, regionda sülh və sabitlik yaradan, xalqlar arasında humanizm körpüləri salan bir Liderin strateji dühasına verilən layiqli qiymət, ölkə rəhbərimizin diplomatik məharətinin və sülhə nail olmaq üçün göstərdiyi qətiyyətin dünya miqyasında tanınması və yüksək dəyərləndirilməsidir. Şeyx Zayedin adını daşıyan bu mükafatın Prezident İlham Əliyevə təqdim edilməsi Azərbaycanın sülhpərvər siyasətinin, insan qardaşlığı ideallarının bütün dünya üçün bir mayaka çevrildiyinin təsdiqidir.     

Bu gün Prezident İlham Əliyevin adı qlobal sülh memarları ilə bir sırada çəkilir. O, təkcə öz xalqının maraqlarını qoruyan rəhbər deyil, həm də qlobal problemlərin həllində təşəbbüskar olan, sivilizasiyalararası dialoqa misilsiz töhfələr verən bir strateqdir. 

 Şeyx Zayedin adını daşıyan ali mükafata layiq görülməsini böyük şərəf adlandıran dövlətimizin başçısı sülh və insan qardaşlığı mövzusunda mühüm mesajlar verib bildirib ki, Əbu-Dabidəki bu mükafatlandırma mərasimi simvolikdir, çünki Ermənistan və Azərbaycan arasında danışıqların son mərhələsi ötən ilin iyul ayında Vaşinqtondakı tarixi sammitdən cəmi bir ay əvvəl burada baş tutmuşdu: "Burada, Əbu-Dabidə, qardaşımız Şeyx Məhəmmədin dəstəyi ilə sülhün bərqərar olması üçün yekun razılığa gəldik və sonra onu Vaşinqtonda rəsmiləşdirdik. Bir daha bu hörmətli və nüfuzlu mükafatı bizə təqdim etmək qərarını verən hər kəsə və sülhə çatmağımıza kömək edən hər kəsə minnətdarlığımı bildirmək istərdim".  Prezident əlavə edib ki, bu nümunə hələ də müharibədə olanlar üçün öyrənilməli və yol xəritəsi kimi qəbul edilməlidir: "Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişələrə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür". Prezidentin çıxışında Əbu-Dabinin adını xüsusi vurğulaması təsadüfi deyil. Bu, Azərbaycanın xarici siyasətində çoxşaxəlilik və regional tərəfdaşlığa verilən önəmi göstərir. Eyni zamanda sülhün yalnız Qərb mərkəzli deyil, həm də dost və qardaş ölkələrin platformasında əldə oluna biləcəyini sübut edir. Dövlət başçısının sülh prosesini digər münaqişələr üçün "yol xəritəsi" adlandırması xüsusi diqqət çəkir. Prezident mesaj verir ki, 30 illik işğal, dağıntılar və etimadsızlığa baxmayaraq, siyasi iradə olduqda sülh mümkündür.

Sözün əsil mənasında "8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında mühüm sənədlərin imzalanması, eləcə də sonradan Əbu-Dabidə baş tutan mükafatlandırma mərasimi, İlham Əliyevin özünü sərhəd xəttində dayanmağı bacaran və regionu sülhə, ticarətə, eləcə də nəqliyyat bağlılığına yönəldən siyasətçi rolunu təsbit etdi. Bu mükafat çoxillik qarşıdurmanı dayanıqlı sülh şəraitində birgəyaşayış prosesinə çevirən səylərin tanınmasının rəmzinə çevrildi.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, Vaşinqton Sammiti ilə Əbu-Dabi görüşlərinin bir-birini tamamlayan tədbirlər kimi təqdim edilməsi ölkəmizin balanslaşdırılmış xarici siyasətinin göstəricisidir. Bu, sülhün əldə olunmasında həm regional güclərin, həm də qlobal mərkəzlərin rolunun tanınmasıdır. Liderimiz beynəlxalq ictimaiyyətə göstərir ki, sülh, yalnız tərəflər arasında imzalanan müqavilə deyil, eyni zamanda qarşılıqlı hörmət, düzgün seçilmiş vasitəçilik və gələcək nəsillər üçün qurulan insan qardaşlığı körpüsüdür. 

Əldə olunan uğurlar nə qədər əhəmiyyətli olsa da, Prezident İlham Əliyev üçün ən böyük və əvəzolunmaz mükafat xalqımızın sonsuz inamı və sevgisidir. Xalqın nəzərində Prezident İlham Əliyev ölkəmizi işğal boyunduruğundan qurtaran əsl xilaskar,  bütün vədlərinə əməl edən, 44 günlük Vətən müharibəsində xalqın 30 illik həsrətinə son qoyan Müzəffər Ali Baş Komandan,  Azərbaycanı güclü, qüdrətli və dünyada söz sahibi olan bir güc mərkəzinə çevirən, humanizm prinsiplərinə üstünlük verən güclü iradəyə malik Liderdir.

Vüqar İsayev,

YAP Göygöl rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Fevral 2026 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see350

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see340

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see337

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see333

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see318

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see270

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see270

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see257

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see244

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see220

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see219

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see215

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see214

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see213

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see212

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see208

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see198

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see195

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri