Icma.az
close
up
RU
Ukrayna NATO üçün neytral dövlət olmalıdır Alman deputatlar

Ukrayna NATO üçün neytral dövlət olmalıdır Alman deputatlar

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Almaniyanın Bundestaqında təmsil olunan “Almaniya üçün Alternativ” (AfD) partiyasının xarici siyasət üzrə deputatları iki proqram sənədi təqdim ediblər. Sənədlərdə Ukraynaya yardımın dayandırılması, Rusiya ilə münasibətlərin bərpası və ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə praqmatik əməkdaşlığın gücləndirilməsi təklif olunur. Təqdimat Berlində keçirilib.

Modern.az-ın xəbərinə görə, sənədləri fraksiyanın xarici siyasət üzrə nümayəndəsi Markus Frohnmaier, sədr müavini Ştefan Koyter və xarici əlaqələr üzrə işçi qrupunun sədr müavini Gerold Otten təqdim ediblər.

Almaniya-Rusiya münasibətlərinə dair sənəddə deputatlar “Şimal axını” qaz kəmərinin yenidən istifadəyə verilməsini və Rusiyadan ucuz qaz tədarükünün bərpasını tələb ediblər. Bundan başqa, Rusiyaya qarşı iqtisadi sanksiyaların ləğvi və Kiyevə hərbi yardımın dayandırılması təklif olunub.

Sənəd müəllifləri Ukraynadakı münaqişəni mümkün qədər tez başa çatdırılmalı olan faciə adlandırıb və sülh razılaşmasının münaqişə tərəflərinin təhlükəsizlik maraqlarını nəzərə almalı olduğunu bildiriblər.

Deputatların fikrincə, Ukrayna NATO və Avropa İttifaqına üzvlük perspektivi olmayan neytral dövlətə çevrilməlidir. Onlar Krım da daxil olmaqla, bütün ərazilərin geri qaytarılmasını qeyri-real hesab ediblər.

Eyni zamanda, deputatlar atəşkəs və ya sülh müqaviləsindən sonra Ukraynanın dövlət kimi mövcudluğunun və ərazisinin qalan hissəsinin təhlükəsizliyinin təmin edilməsini təklif ediblər. Bunun üçün mümkün qədər münaqişəyə cəlb olunmamış dövlətlərin qarant rolunda çıxış etməsi nəzərdə tutulur.

Qeyd edək ki, yeni sənəddə AfD fraksiyası 2022-ci ildə yaydığı və Rusiyanın hərəkətlərini pisləyən bəyanatları təkrarlamayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Noyabr 2026 19:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see387

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see365

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see352

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see314

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see293

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see275

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see264

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see262

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see259

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see254

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see238

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see238

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see237

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see231

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see226

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see224

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see206

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see206

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see203

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri