Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İdman zallarında qəfil ölümlərin gizli SƏBƏBİ

İdman zallarında qəfil ölümlərin gizli SƏBƏBİ

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Bakıda idman zalında daha bir ölüm hadisəsi qeydə alınıb. Nizami rayonu ərazisindəki idman zallarından birində məşq edən 20 yaşlı Rəsul Nəsibov qəfil dünyasını dəyişib. İlkin ehtimala görə, gəncin ölümünə ürək çatışmazlığı səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Fitnes zalı necə seçilməlidir?

Təəssüf ki, Azərbaycanda idman zamanı qəfil ölüm halları ilk dəfə baş vermir. 2021-ci il oktyabrın 22-də Səbail rayonundakı idman zallarından birində 1991-ci il təvəllüdlü fitnes məşqçisi Teymur Məmmədrzayev vəfat edib. 2023-cü il martın 10-da 40 yaşlı Həsən Quliyev Bakıda idman zalında məşq edərkən qəfil halı pisləşərək dünyasını dəyişib. Həmin ilin mayında isə “Qarabağ” futbol klubunun futbolçusu Şirxan Həsənzadə məşq zamanı ürəyinin dayanması nəticəsində həyatını itirib.

"Bakupost" xəbər verir ki, 2025-ci il sentyabrın 29-da isə Azərbaycan ictimaiyyəti daha bir faciəvi xəbərlə sarsılıb.

Əməkdar artist Cabir İmanov 49 yaşında idman zalında məşq edərkən vəfat edib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. TƏBİB-in məlumatına görə, briqada hadisə yerində sənətçinin həkiməqədər ölüm faktını qeydə alıb.

Bu hadisələr idmanla məşğul olmağın sağlamlıq üçün faydaları ilə yanaşı, nəzarətsiz və düzgün planlaşdırılmamış fiziki yüklənmənin yarada biləcəyi təhlükələri də gündəmə gətirir. Xüsusilə gənclər arasında qısa müddətdə əzələ kütləsini artırmaq istəyi, ağır çəkilərlə məşq etmək, məşq proqramını orqanizmin imkanlarına uyğun seçməmək və steroid preparatlarından istifadə əlavə risklər yarada bilər.

Digər tərəfdən, idman zallarında tibbi təhlükəsizlik məsələsi də diqqət tələb edir. Məşq zamanı insanın vəziyyəti qəfil pisləşərsə, zal əməkdaşları ilkin tibbi yardımı göstərə bilirlərmi? Onlar ürək-ağciyər reanimasiyası qaydalarını bilirlərmi? Zallarda avtomatik xarici defibrilyator (AED) və təcili müdaxilə üçün zəruri avadanlıqlar varmı? Məşqçilərin tibbi hazırlığı və zalların fövqəladə hallara hazırlıq səviyyəsi nə dərəcədə qənaətbəxşdir?

Kardioloq Jalə Abbasova Musavat.com-a söyləyib ki, son vaxtlar gənclərdə qəfil ölüm hallarının mümkün səbəblərindən biri anadangəlmə damar patologiyaları, eləcə də zərərli vərdişlər ola bilər: “Bunlar erkən yaşlarda qəfil ölüm riskini artıran amillərdəndir. Digər mühüm səbəblərdən biri isə gizli, yəni əvvəlcədən aşkarlanmayan ritm pozğunluqlarıdır. Adətən ilkin müayinə zamanı elektrokardioqramma (EKQ) çəkilir, daha sonra isə xəstəyə Holter cihazı taxılaraq ürək ritmi müəyyən müddət ərzində izlənilir. Lakin bəzən bu müayinələrin nəticələrində heç bir problem aşkarlanmır”.

Həkimin sözlərinə görə, təcrübədə elə hallar olub ki, pasiyent idman zalında məşq edərkən narahatlıq hiss edib: “Holter müayinəsi aparılsa da, hər hansı pozuntu qeydə alınmayıb. Lakin şikayətlər nəzərə alınaraq əlavə müayinələr, o cümlədən elektrofizioloji müayinə aparıldıqda gizli ritm pozğunluqları aşkar edilib və bundan sonra müvafiq müdaxilə olunub. Buna görə də ilk növbədə bu amillər nəzərə alınmalıdır. Düzgün və əhatəli müayinələr aparılmalıdır. Xüsusilə ailəsində vaxtından əvvəl qəfil ölüm halları olan şəxslər heç bir şikayətləri olmasa belə, əvvəlcədən kardioloji müayinədən keçməlidirlər”.

Həkim qeyd edib ki, idman zamanı hər hansı narahatlıq, ürəkdöyünmə və ya digər şikayət yaranarsa, bunu gözardı etmək olmaz.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 02 Noyabr 2026 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see745

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see417

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see289

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see282

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see265

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see264

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see262

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see257

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see244

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see231

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see225

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see224

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see223

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see221

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see220

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see217

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see208

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see203

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see203

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri