Güclü külək Bakıda fəsadlar törədib FOTOLAR
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Bakıda ötən gündən etibarən müşahidə olunan güclü külək bütün gecə boyu davam edib. Bununla əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gücləndirilmiş iş rejiminə fəaliyyət göstərib və küləyin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirirlər.
Bu barədə Avtosfer.az-a Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətinin məlumat verilib.
Qeyd olunur ki, noyabrın 15-i axşam saatlarından başlayaraq əsən güclü külək nəticəsində ümumilikdə 32 ağac sınıb, 36 ağacın isə budaqları qırılıb.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin növbətçi briqadaları hadisə yerlərinə operativ şəkildə cəlb olunub. Sınmış ağaclar və qırılmış budaqlar xüsusi texnika və əməkdaşların köməyi ilə ərazilərdən götürülüb, ətrafda təmizlik işləri aparılıb. Hadisələrin qeydə alındığı ərazilərdə piyadaların və nəqliyyat vasitələrinin hərəkətinə maneə yarada biləcək qalıqların aradan qaldırılması təmin edilib.
Qeyd edək ki, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirir,güclü küləkli hava şəraitinin davam etməsi ehtimalı nəzərə alınaraq Birliyin əməkdaşları şəhərin yaşıllıq ərazilərində nəzarət və monitorinq tədbirlərini həyata keçirirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 16 Noyabr 2026 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















